Gəlininin məzarı üçün su götürmək istəyərkən - Kanalda boğuldu

Gəlininin məzarı üçün su götürmək istəyərkən - Kanalda boğulduTərtər rayonunda kanala düşərək boğulan 63 yaşlı Ağa Məmmədovun ölümünün təfərrüatı məlum olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Cəmilli kənd sakini Ağa Yapon oğlu Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya düşüb.

Yaxınlarının sözlərinə görə, Ağa Məmmədov vaxtaşırı gənc yaşda vəfat edən gəlininin məzarını ziyarət edirmiş.

Bildirilib ki, o, hadisə günü də məzarlığa gedib və məzarın ətrafındakı yaşıllığı sulamaq üçün kanaldan su götürmək istəyib. Lakin su götürərkən ehtiyatsızlıqdan kanala düşüb. Güclü su axını nəticəsində onun meyiti bir neçə kilometr uzağa aparılıb.

Qeyd edək ki, hadisədən bir neçə saat sonra onun meyiti düşdüyü yerdən bir neçə kilometr aralıda kanalın Borsunlu kəndi ərazisindən keçən hissəsində, suötürücü qapıların yaxınlığında sakinlər tərəfindən aşkarlanıb.

Faktla bağlı araşdırma davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 481   Tarix: 29 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ

"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər

16 noyabr
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr
.

Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma

Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli

15 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

Məktəblərdə payız tətili başladı

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind

16 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c

16 noyabr
.

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:

17 noyabr