Azərbaycan Hava Yollarından Naxçıvan reysləri ilə bağlı VACİB MƏLUMAT
Azərbaycan Hava Yollarının 29 avqust 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.
Sonxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
"Hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.
Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır.
Qeyd etmək vacibdir ki, uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən verilmir. Qərarlar marşrut boyunca, qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir.
Belə meteoroloji hallar uçuşun təhlükəsizliyinə ciddi təsir göstərdiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul edirlər", - qurumdan bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 204 Tarix: 29 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kanaldan su götürərkən faciəvi şəkildə öldü
Tərtər rayonunda bir nəfər su kanalında boğulub. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Cəmilli kəndində qeydə alınıb. Kənd sakini, 65 yaşlı Ağa Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Bir neçə saat sonra onun meyiti hadisə yerində
29 avqustAzərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar - Yeni ƏLİFBA
Özbəkistanda Azərbaycan və özbək rəsmilərinin öz dillərində danışaraq bir-birini anlaması ortaq tükcə məsələsini yenidən gündəmə gətirib. Uzun müddətdir türk respublikaları arasında ortaq ünsiyyət dilinin yaradılması müzakirə olunur. Bunun gerçəkləşməsi nə dərəcədə realdır? Hansı məqamlara diqqət yetirməliyik?
30 avqust21 marşrutun yolu dəyişdirilir - Sərnişinlərin nəzərinə!
Paytaxtın və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məhdudiyyət səbəbindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavə
29 avqustAzərbaycan banklarının xalis xarici aktivləri 21 %-ə yaxın artıb
Bu ilin avqustun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 10,1 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i müqayisədə 2,5 %, ilin əvvəlinə nisbətən 23,9 %, 2025-ci ilin avqustun 1-i ilə müqayisədə isə 20,
29 avqustBərgüşadçay su anbarına 130 milyon manat xərclənəcək
"Tikilməkdə olan obyektlərin müdiriyyəti" publik hüquqi şəxsi Bərgüşadçay su anbarının tikintisinin II mərhələsi çərçivəsində təsərrüfatlara suvarma suyunun verilməsi üçün magistral və paylayıcı boru kəmərlərinin tikintisi ilə bağlı açıq tender elan edib. -ın əldə etdiyi məlumata görə, layihəni
29 avqustBuna görə 70 manat dövlət rüsumu alınacaq
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. "Unikal" xəbər verir ki, yeni qanunla Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyya
30 avqustAzərbaycanda manatla geniş pul kütləsi 20 %-ə yaxın artıb
Bu ilin avqustun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 53 milyard 925,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən 8,15 %, 2025-ci ilin avqustun 1-i ilə müqayisəd
29 avqust