ABŞ-nin Venesuela planı üzə çıxdı: 17 neft yatağı gündəmdə
ABŞ sentyabr ayında Venesuela ilə uzunmüddətli enerji sazişi bağlandığını elan etməyə ümid edir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" adları açıqlanmayan mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, ABŞ dövlət katibi Marko Rubio və ABŞ-nin energetika naziri Kris Rayt sazişi elan etmək üçün gələn ayın əvvəlində Venesuelaya səfər etməyi planlaşdırırlar. Lakin neft-qaz sənayesinin bəzi mütəxəssisləri müəyyən edilmiş müddətə qədər əhəmiyyətli bir razılaşmanın hazırlanacağına şübhə ilə yanaşırlar.
Məqalədə vurğulanır ki, razılaşmanın qarşısında çoxsaylı maneələr var. Qəzet belə bir sazişin hazırlanmasının başa çatdırılması üçün Venesuela Konstitusiyasına dəyişikliklər edilməsinin tələb oluna biləcəyini də bildirir.
Məlumata görə, tərəflər ABŞ-yə Venesueladakı ən azı 17 neft yatağının uzunmüddətli icarə hüququnun verilməsini müzakirə edirlər. Söhbət Venesuelanın neft ehtiyatlarının üçdə birini əhatə edən uzunmüddətli müqavilələrdən gedir.
Nəşrin məlumatına görə, bu, Vaşinqtona təxminən 90 milyard barel Venesuela neftinə çıxış əldə etməyə imkan verəcək.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə hücum edib, ölkə Prezidenti Nikolas Maduronu həyat yoldaşı Seliya Floreslə birlikdə saxlayaraq ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairəsi üzrə federal məhkəməyə çıxarılıblar. Onlara narkotik ticarətində iştirak ittihamı irəli sürülüb. Maduro və həyat yoldaşı təqsirlərini qəbul etməyiblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 161 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bektenov Qazaxıstanın yeni baş naziri təyin edilib
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Oljas Bektenovun Qazaxıstanın Baş naziri təyin edilməsi haqqında fərman imzalayıb. xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. "Dövlət başçısının fərmanı ilə Oljas Abayeviç Bektenov Qazaxıstan Respublikasının Baş nazir
31 avqust5 ildir gölməçədə yaşayır, suyun içində yemək yeyir
Hindistanın Qərbi Benqal ştatında yaşayan 16 yaşlı İqbal Şeyxin dərisində qəfil başlayan və uzun müddət keçməyən şiddətli yanma hissi onun həyatını tamamilə dəyişib. xarici mediaya istinadən xəbər verir ki, bədənini bürüyən güclü yanma hissini azaltmağın yeganə yolunu sərin suda qalmaqda görən gənc günlərin
30 avqustTrampın çıxışlarının məzmununa pul qoyuluşu edən şəxs cərimələndi
ABŞ Prezidenti Donald Trampın çıxışlarının məzmunu ilə bağlı mərclər edən teleprompter operatoru 172 min dollardan artıq məbləğdə cərimə ödəməyə məcbur edilib. xəbər verir ki, bu barədə ABŞ-nin Əmtəə Füçersləri Ticarəti Komissiyasının (CFTC) yaydığı rəsmi məlumatda bildirilir. Qurumun rəsmi interne
30 avqustKanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı
Kanada "Rosnano" korporasiyasının sabiq rəhbəri Anatoli Çubaysın (Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi - red.) adını özünün sanksiya siyahılarından xaric edib. xəbər verir ki, bu barədə "Canada Gazette" məlumat yayıb. Kanada Çubaysa qarşı sanksiyaları 2025-ci ilin iyun ayınd
30 avqustKor siçanların görmə qabiliyyəti göz damcıları ilə bərpa edildi
Alimlər görmə qabiliyyətini itirmiş siçanların yenidən işığı qəbul etməsinə imkan verən xüsusi göz damcıları hazırlayıblar. xəbər verir ki, preparat gen terapiyası, göz implantı və ya xüsusi işıqlandırma sistemlərindən istifadə etmədən görmə funksiyasını qismən bərpa edib. Tədqiqatçılar işığa həssa
30 avqustVenesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını açıqlayıb
ABŞ və Venesuela arasında neft sahəsində əməkdaşlığa dair bağlanmış saziş təsdiqlənmiş ehtiyatı 65 milyard barel neft olan 17 strateji yatağın işlənməsini nəzərdə tutur. "Report" xəbər verir ki, bu barədə Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqesin öz "Telegram"
30 avqust