650-yə yaxın bal toplayan abituriyentlər bu səbəbdən KƏNARDA QALIR - AÇIQLAMA

650-yə yaxın bal toplayan abituriyentlər bu səbəbdən KƏNARDA QALIR - AÇIQLAMATibb ixtisasları üzrə təhsil haqqının azaldılması tələbələr və ailələr üçün maliyyə baxımından müsbət addım olsa da, tibbi təhsilin yüksək xərc tələb edən xüsusiyyətləri səbəbindən keyfiyyət məsələsi də gündəmə gəlir. Xüsusilə klinik təcrübə, laboratoriyalar, simulyasiya imkanları, müasir avadanlıq və təcrübəli müəllim heyətinin təmin olunması davamlı maliyyələşmə tələb edir. Ali təhsil müəssisələrinin qiymətləndirilməsində də maddi-texniki baza, kadr təminatı və təhsilin keyfiyyəti kimi göstəricilər nəzərə alınır.

Bəs, tibb ixtisasları üzrə təhsil haqlarının aşağı salınması universitetlərin maddi-texniki bazasına və tələbələrin praktiki hazırlığına təsir göstərə bilərmi, keyfiyyətin aşağı düşməsinin qarşısını almaq üçün dövlət və universitetlər tərəfindən hansı maliyyə və nəzarət mexanizmləri tətbiq olunmalıdır?
650-yə yaxın bal toplayan abituriyentlər bu səbəbdən KƏNARDA QALIR - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, ali təhsil müəssisələrinə qəbul hər il olduğu kimi, bu il də müəyyən çətinliklərlə müşayiət olundu. O cümlədən tibb ixtisası üzrə yüksək bal toplayan çoxsaylı abituriyentlər kənarda qaldı.

"Təxminən 60 nəfərin 600-dən artıq bal toplamasına baxmayaraq, bu ixtisasa qəbul ola bilmədiyi bildirilir. Bir tərəfdən, tibb Azərbaycanda əmək bazarında tələbatın olduğu sahələrdən biridir. Digər tərəfdən isə Azərbaycanda tibb təhsilinin yetərli olmadığını düşünən bəzi məzunlar əlavə təcrübə və rezidentura üçün Türkiyə, Almaniya və digər ölkələrə üz tuturlar. Bu isə onların bir hissəsinin sonradan Azərbaycana qayıtmaması və nəticədə beyin axınının güclənməsi riskini yaradır. Bu il Azərbaycan Tibb Universitetində bəzi ixtisaslar üzrə təhsil haqqının 1000 manat azaldılmasının təhsilin keyfiyyətinə ciddi təsir edəcəyini düşünmürəm. Hesab edirəm ki, əvvəlki illərdə müəyyənləşdirilən təhsil haqları Azərbaycan əmək bazarının və əhalinin maliyyə imkanlarının reallıqlarına tam uyğun deyildi. Bu il qiymətlər müəyyən qədər həmin imkanlara uyğunlaşdırılıb. Lakin ödənişli təhsil haqlarının hələ də 4000 manatdan yüksək olması, bəzi ixtisaslarda isə 5000 manata çatması aztəminatlı ailələr üçün ciddi maliyyə yüküdür".

Ekspert bildirib ki, xüsusilə 600, 635, hətta 650-yə yaxın bal toplayan abituriyentlərin maddi səbəblərdən və ya plan yerlərinin məhdudluğu səbəbindən tibb təhsilindən kənarda qalması ali təhsilə qəbul sistemi ilə bağlı problemdir:

"Bu məsələdə Dövlət İmtahan Mərkəzi tərəfindən daha geniş islahatların aparılmasına ehtiyac var. Bu il 600-dən artıq bal toplayaraq tibb ixtisasına qəbul ola bilməyən abituriyentlərə hərbi həkimlik və mühəndislik kimi digər istiqamətlər üzrə imkanların təklif edilməsi mütərəqqi addım sayıla bilər. Lakin bunun problemin tam həlli olmadığını düşünürəm. 700 bal üzərindən 600-dən artıq nəticə göstərən abituriyentin kifayət qədər yüksək hazırlığa malik olduğunu nəzərə almaq lazımdır. Belə abituriyentlərin sistemdən kənarda qalması həm onların xaricdə təhsil almağa yönəlməsinə, həm də gələcəkdə ölkəyə qayıtmamaq ehtimalının artmasına səbəb ola bilər. Bu isə uzunmüddətli perspektivdə beyin axınına, ailələr üçün əlavə iqtisadi yükə və ölkənin ixtisaslı kadrlara olan tələbatının ödənilməsində çətinliklərə gətirib çıxara bilər".

Onun sözlərinə görə, yüksək nəticə göstərən abituriyentlərin imkanlarından daha səmərəli istifadə olunması və onların ölkədə qalaraq təhsil almasına şərait yaradılması üçün qəbul sistemində daha fundamental dəyişikliklərə ehtiyac var.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1372   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR

Bakıda 58 yaşlı qadın "AZZA" şirniyyat şəbəkəsinin mağazasından alınan şirniyyatdan zəhərlənib. xəbər verir ki, bu barədə zərərçəkmişin oğlu Miri Tağıyev "Unikal"a məlumat verib. Onun sözlərinə görə, avqustun 30-da tort və şirniyyatları "AZZA" şirniyyat şəbəkəsinin Sabunç

31 avqust
.

Pensiya kapitalı ilə bağlı AÇIQLAMA - Hüququnuz necə müəyyənləşir?

Yaşa görə əmək pensiyası hüququnun müəyyənləşdirilməsində 25 il sığorta stajı və tələb olunan pensiya kapitalı alternativ şərtlər kimi çıxış edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, şəxs qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqd

30 avqust
.

Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Avqustun 30-u saat 10:00-a olan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 30-u saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəy

30 avqust
.

Hər ailəyə 120 min manat yardım - Azərbaycanda Sinqapur təcrübəsi?

Dünyanın bir çox ölkəsində doğum səviyyəsinin azalması artıq sadəcə sosial deyil, həm də iqtisadi və strateji problemə çevrilib. Əmək qabiliyyətli əhalinin gələcəkdə azalması, pensiya və sosial təminat sisteminə təzyiqin artması, yaşlanan cəmiyyətin formalaşması dövlətləri yeni demoqrafik siyasətlə

30 avqust
.

Səhv karta göndərilən pul necə geri alınır?

Kart və ya bank hesabına yanlışlıqla başqa şəxsə məxsus vəsaitin köçürülməsi halları ilə bağlı vətəndaşların əsas suallarından biri pulun sahibinə necə qaytarılmasıdır. Hazırda belə vəziyyətlər üçün vahid və avtomatik tətbiq olunan geri qaytarma mexanizminin olub-olmaması da maraq doğurur. Bank ekspert

30 avqust
.

Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ

Həkim-dermatoloq Nofəl İbrahimov vəfat edib. xəbər verir ki, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında işləyib. Bildirilib ki, N.İbrahimov səhiyyə sahəsində uzun illər fəaliyyət göstərib

31 avqust
.

Bakıda avtomobil aşdı - Video

Bakıda gecə saatlarında minik avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, "KIA" markalı 85 CC 085 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq hasara çırpılıb. Nəticədə, avtomobil banı üstə aşıb. Xoşbəxtllikdən ağır xəsarət alan olmayıb

31 avqust
.

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb. Çox sevilən tirajlı lotereya oyunu "4+4"-də cekpot ilk dəfə 2 00 00 manatı keçib. "4+4" oyununda 20 rəqəm arasından sevdiyiniz 8 rəqəmi seçərə

31 avqust
.

Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi

Bakının Nəsimi rayonunda sahibsiz it uşaqlı qadınlara hücum edib. xəbər verir ki, hadisə general Hüseyn Rəsulbəyov küçəsində baş verib. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan göründüyü kimi, it qadınlara və uşağa hücum edib. Qadının köməyinə ərazidə olan şəxslər yetişərə

31 avqust