Səhv karta göndərilən pul necə geri alınır?

Səhv karta göndərilən pul necə geri alınır?Kart və ya bank hesabına yanlışlıqla başqa şəxsə məxsus vəsaitin köçürülməsi halları ilə bağlı vətəndaşların əsas suallarından biri pulun sahibinə necə qaytarılmasıdır. Hazırda belə vəziyyətlər üçün vahid və avtomatik tətbiq olunan geri qaytarma mexanizminin olub-olmaması da maraq doğurur.

Bank eksperti Emin Kərimov "Demokrat.az"a açıqlamasında məsələ ilə bağlı konkret və vahid prosedurun olmadığını bildirib.

Onun sözlərinə görə, pul köçürməsi adətən şəxsin öz iradəsi və razılığı əsasında həyata keçirildiyi üçün belə əməliyyatlarda bankın müdaxilə imkanları məhdud olur.

Ekspert qeyd edib ki, vətəndaş banka müraciət edərək vəsaitin səhv köçürüldüyünü bildirə və onun geri qaytarılmasını tələb edə bilər. Lakin bank qarşı tərəfin hesabından həmin məbləği birtərəfli qaydada silə bilməz.

"Əgər vəsaiti alan şəxs onu geri qaytarmaq istəyirsə, bunu könüllü şəkildə edə bilər. Ancaq həmin şəxs pulu artıq hesabından çıxarıbsa, xərcləyibsə və ya geri qaytarmaqdan imtina edirsə, bankın ona qarşı birbaşa təsir imkanları məhduddur. Hazırda qanunvericilikdə belə hallarda vəsaitin avtomatik və məcburi qaydada geri qaytarılmasını təmin edən vahid mexanizm yoxdur", - deyə Kərimov bildirib.

Ekspert vətəndaşlara pul köçürərkən kart və hesab məlumatlarını diqqətlə yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, bir sıra kart köçürmələri zamanı qarşı tərəfin ad və soyadının baş hərflərinin göstərilməsi də vəsaitin düzgün şəxsə göndərildiyini yoxlamağa imkan verir.

Kərimov vurğulayıb ki, səhv köçürülmüş pulun geri qaytarılması hazırda əsasən vəsaiti alan şəxsin iradəsindən asılıdır. Bununla yanaşı, gələcəkdə qanunvericilikdə xüsusi mexanizmin yaradılması bu cür halların həllini asanlaşdıra bilər.

Ekspert belə bir mexanizmin hazırlanmasının müəyyən çətinliklər doğura biləcəyini də qeyd edib. Belə ki, könüllü şəkildə həyata keçirilmiş köçürmənin sonradan "səhv köçürmə" kimi təqdim edilməsi mümkündür. Buna görə də gələcək prosedur həm vəsaiti göndərən, həm də alan şəxsin hüquqlarını qoruyacaq şəkildə hazırlanmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 164   Tarix: 30 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Hava Yollarından Naxçıvan reysləri ilə bağlı VACİB MƏLUMAT

Azərbaycan Hava Yollarının 29 avqust 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb. xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb. "Hava şəraiti sabitləşdikdən sonra uçuşları

29 avqust
.

Ətin qiyməti YENİDƏN DƏYİŞDİ - Bazarda nə baş verir?

Ətin qiymətində növbəti bahalaşma istehlakçıların diqqətini yenidən bu məsələyə yönəldib. Son bir ildə ətin qiymətinin bir neçə dəfə artması artıq ciddi müzakirələrə səbəb olur. -a danışan iqtisadçı Emin Qəriblinin sözlərinə görə, qiymət artımına bir neçə amil təsir edir:. "Ölkəmizdə qoyun və ma

29 avqust
.

Azərbaycanda YENİ QAYDA: Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ - FOTO

Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq. Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də imzaladığı müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minəcək. Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəx

29 avqust
.

Sentyabrda neçə gün iş olmayacaq? - AÇIQLANDI

Payız mövsümünün ilk ayı olan sentyabrda vətəndaşları neçə gün işləməyəcəyi və tətil günlərinin sayı ilə bağlı suallar düşündürür. Bu ilin sentyabr ayında ümumilikdə 8 gün iş olmayacaq. Bildirilir ki, bu standart həftəsonlarına (şənbə və bazar günləri) aiddir. Cari ilin sentyabr ayında hər hansı rəsm

29 avqust
.

12 yaşlı oğlan atdan yıxıldı, 13 gün sonra öldü

Füzuli rayonunda 2 həftə əvvəl yıxılaraq xəsarət alan 12 yaşlı oğlan xəstəxanada vəfat edib. "Qafqazinfo" xəbər verir ki, avqustun 15-də Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü Röyal Rasim oğlu Namazov Zobucuq-5 qəsəbəsinin ərazisində atdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş R.Namazo

29 avqust
.

Bakıda leysan olacaq

Avqustun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

29 avqust
.

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin imzaladığı Əmrlə bu vəzifəyə Paşayev Hüseyn Ələsgər oğlu gətirilib. Yeni sədr müavini təyi

29 avqust
.

Bakıda güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntı qısamüddətli leysa

29 avqust
.

Pensiya kapitalı ilə bağlı AÇIQLAMA - Hüququnuz necə müəyyənləşir?

Yaşa görə əmək pensiyası hüququnun müəyyənləşdirilməsində 25 il sığorta stajı və tələb olunan pensiya kapitalı alternativ şərtlər kimi çıxış edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, şəxs qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqd

30 avqust