Bu il dənizdə boğulma halları niyə çox oldu? - AÇIQLAMA
Bu yay Xəzər dənizində boğulma halları ilə bağlı xəbərlər yenidən gündəmə gəlib. FHN-in məlumatlarına görə, əsas risklər arasında qeyri-çimərlik ərazilərində və xilasedicilərin nəzarəti olmayan yerlərdə suya girmək, küləkli və dalğalı havada dənizə daxil olmaq, təhlükəsizlik qaydalarına əməl etməmək və uşaqların nəzarətsiz qalması göstərilir.
Bəsbu yay Xəzərdə boğulma hallarının artmasının əsas səbəbləri nələrdir və qeyri-çimərlik ərazilərində dənizə girmək, təhlükəsizlik qaydalarına əməl etməmək, eləcə də hava və dəniz şəraiti bu hadisələrə nə dərəcədə təsir göstərir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə bağlıdır.
"Qarşısı alına biləcək səhvlər nəticəsində insanlar özlərini təhlükəli vəziyyətə salırlar. Dəniz istirahəti insanların ən çox üstünlük verdiyi istirahət növlərindən biri olsa da, bu gözəllik çox qısa zamanda və qəfil şəkildə insan həyatı üçün təhlükəyə çevrilə bilər. Bəzən insanlar dənizdə istirahət edərkən suyun təhlükəli tərəfinin olduğunu unudurlar. Təəssüf ki, spirtli içki qəbul etdikdən sonra suya girmək, uşaqları nəzarətsiz buraxmaq və qadağan olunmuş ərazilərdə çimmək bəzi insanlar üçün adi davranışa çevrilib. İnsanlar yalnız nəzarət olunan və rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Belə ərazilərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici heyəti fəaliyyət göstərir və hər hansı fövqəladə hadisə baş verdikdə çevik müdaxilə etmək mümkündür. Nəzarətsiz çimərliklərdə isə xilasedici xidmət olmadığından, hadisə zamanı insan həyatının xilas edilməsi çətinləşir".
Ekspert bildirib ki, nəzarət olunan çimərliklərdə suyun dərinliyi müəyyən edilir, insanların ayağına xəsarət yetirə biləcək daş, daş qırıntıları və qayalar təmizlənir:
"Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğaların hündürlüyü də mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji amillərin təsiri nəticəsində çətin vəziyyətə düşə bilərlər. Bu istiqamətdə maarifləndirici və təbliğat xarakterli işlər daha da gücləndirilməlidir. İnsanlar yalnız "dalğa var, üzmək olmaz" kimi xəbərdarlıqları eşitməklə kifayətlənməməli, dalğaların insan orqanizminə təsirini, su axınına düşdükdə hansı təhlükələrin yarana biləcəyini və boğulma zamanı orqanizmdə baş verən prosesləri də bilməlidirlər. Çimərliklərdə qaydaların pozulmasına da daha ciddi yanaşılmalıdır. Qadağan olunmuş ərazilərdə çimmək və spirtli içki qəbul etdikdən sonra suya girmək kimi hallara qarşı həm ictimai qınaq, həm də qanunvericiliyə uyğun inzibati tədbirlər görülməlidir. Çünki faciələrin təkrarlanmasına səbəb olan əsas amillərdən biri insanların "mənə heç nə olmaz" düşüncəsidir. Bu yanaşmadan mümkün qədər uzaqlaşmaq lazımdır"
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə hər heyvana görə 4 manat veriləcək
Yuxuda ilan görmək əslində nə deməkdir? - 10 fərqli yozum
Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir
Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi
Elm adamlarına görə ƏN GÖZƏL körpə adı
Aparıcı Sara ölüm cəzasına MƏHKUM EDİLDİ
Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir - VİDEO
Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...
Əməkdar artist komaya düşüb
Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB
Gəlin paltarı geyinən xanımı çimdikləyən satıcı ilə bağlı qərar verildi
İlham Mirzəyevin vəziyyəti ağırdır
Sabah da yağış yağacaq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq