Üç uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ
Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımından müzakirə mövzusudur.
Bəs, hazırda üç və daha çox uşağı olan ailələrə ayrıca aylıq müavinət verilməsi ilə bağlı konkret təklif və ya müzakirə varmı və belə bir ödənişin tətbiqi ailələrin sosial vəziyyətinə və ölkədə demoqrafik göstəricilərə necə təsir edə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının 5-dən 3-ə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim edilib:
"Bunun əsas səbəbi son illərdə 5 və daha çox uşağı olan ailələrin sayının çox olmamasıdır. Təklifimiz ondan ibarətdir ki, 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilsin. Təklif qəbul olunacağı halda, 3 və daha çox uşağı olan ailələr dövlət tərəfindən aylıq müavinət almaq hüququ əldə edə biləcəklər. Yəni hər uşağa görə müavinət ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, həmin ailələrdə anaların, bəzi hallarda isə ataların daha erkən pensiyaya çıxması üçün imkan yaradıla bilər".
Deputat bildirib ki, təklifə əsasən, üç uşaqlı ailələrdə pensiya yaşının 3 il, dörd uşaqlı ailələrdə 4 il, beş və daha çox uşağı olan ailələrdə isə 5 il azaldılması nəzərdə tutulur:
"Düşünürük ki, bu dəyişiklik həm təbii artımın dəstəklənməsi, həm də 3 və daha çox uşağı olan ailələrin sosial baxımdan daha yaxşı təmin edilməsi baxımından məqsədəuyğun ola bilər. Beləliklə, çoxuşaqlı ailə anlayışına yanaşmanın dəyişdirilməsi daha çox ailənin dövlət büdcəsindən aylıq müavinət almasına və valideynlərin daha erkən pensiyaya çıxmasına imkan yarada bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 11001 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova bununla bağlı qurumun adından ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:. "Biz dəfələrlə belə hallar
3 sentyabrBakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrda 3-də 32 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 isti
2 sentyabr"Poz-Qazan" oyunları avqustda 15 milyon manata yaxın uduş qazandırıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir. Avqustda "Poz-Qazan" oyunlarında ümumilikdə 3 052 864 ədəd uduşlu bilet olub. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləğ
2 sentyabrQaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var
Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində "Khazar" markalı minik avtomobili bir neçə digər maşını əzib. Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfində
3 sentyabrMəktəblərdə kişi müəllimlər AZALIR: Səbəb NƏDİR?
Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir. 2026-cı il üzrə açıqlanan məlumatlarda bu göstəricinin 80 faizdən yuxarı olduğu bildirilir. Bəs, kişilərin müəllimlik peşəsinə marağının aşağı olmasının əsas sosial və iqtisadi səbəbləri nələrdir, əməkhaqq
2 sentyabrBBC və CNN-in Azərbaycana qarşı qərəzli yanaşması qəbuledilməzdir
Son dövrlərdə Azərbaycanın beynəlxalq informasiya məkanındakı imicinə təsir göstərə biləcək bir sıra materialların xarici media qurumlarında yayımlanması ciddi narahatlıq doğurur. Xüsusilə BBC və CNN kimi qlobal auditoriyaya malik media platformalarının Azərbaycanla bağlı hazırladığı bəzi materiallard
2 sentyabr