İnsanlar "xaricdə təhsil" adı altında fəaliyyət göstərən şirkətlərin qurbanına çevrilirlər - AÇIQLAMA
Xaricdə təhsil şirkəti və ya vasitəçi seçərkən universitetin akkreditasiyası, qəbul və viza ilə bağlı təqdim olunan məlumatların doğruluğu əvvəlcədən yoxlanılmalıdır. Müqavilə imzalanarkən isə göstəriləcək xidmətlər, ödənişlər və geri qaytarılma şərtləri diqqətlə nəzərdən keçirilməlidir.
Bəs, tələbələr xaricdə təhsil şirkəti seçərkən hansı məqamlara diqqət etməli və saxta vədlərdən necə qorunmalıdırlar?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, xaricdə təhsil məsələsi hər il ali təhsil müəssisələrinə qəbuldan sonra gündəmə gəlir:
"Təəssüf ki, hər il çoxsaylı insanlar "xaricdə təhsil" adı altında fəaliyyət göstərən şirkətlərin qurbanına çevrilirlər. Təbii ki, bu sahədə fəaliyyət göstərən şirkətlərin hamısını dələduz adlandırmaq olmaz. Lakin müəyyən mənfəət əldə etmək imkanının olması bu sahəni daha cəlbedici edir və sosial şəbəkələrdə, xüsusilə də TikTok və digər platformalarda əhaliyə çoxsaylı müraciətlər edilir. Valideynlərə tövsiyəm odur ki, övladlarının xaricdə təhsil almasını istəyirlərsə, ilk növbədə seçdikləri universitet haqqında məlumatı birbaşa həmin ali məktəbin rəsmi elektron resurslarından əldə etsinlər. Bunun üçün mütləq vasitəçi şirkətlərə müraciət etməyə ehtiyac yoxdur".
Ekspert bildirib ki, valideynlər universitetin maddi-texniki bazası, kampusları, təhsil imkanları və ən əsası, məzun olduqdan sonra həmin universitetin diplomunun Azərbaycanda tanınıb-tanınmaması barədə əvvəlcədən araşdırma aparmalıdırlar:
"Bu məsələlərə diqqət yetirmək çox vacibdir. İmkan daxilində dövlət sifarişi əsasında xaricdə təhsil almağa üstünlük vermək daha məqsədəuyğundur. Bundan əlavə, "Cambridge" və IB proqramları, eləcə də SAT imtahanı vasitəsilə xaricdə təhsil almaq imkanları mövcuddur. Bu yollarla xaricdə tələbə adını qazanan şəxslərin sonradan Azərbaycana transfer olunması da mümkündür. Lakin sadəcə attestatla xarici universitetə qəbul olan şəxslər üçün sonradan transfer məsələsi daha çətin ola bilər. Ona görə də xaricdə təhsil qərarı verərkən bütün bu məqamlar əvvəlcədən nəzərə alınmalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üç uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
600-dən yüksək bal toplayan bacılar müəllimliyi seçdi
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tibb işçilərinə mühüm dəstək: əməkhaqlarının artırılması səhiyyədə yeni stimul yaradır
Azərbaycanda kənd təsərrüfatı torpaqları ilə bağlı YENİ LAYİHƏ - Prezident TƏSDİQLƏDİ
Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO
İşə gecikən işçinin maaşından pul tutula bilər? - AÇIQLAMA
Azərbaycanda 2000 manat maaş alanların işlədiyi yerlər (SİYAHI)
Bu tarixlərdə bəzi məktəblərdə tədris - Onlayn olacaq
Xalq artistinin 1 yaşlı nəvəsi - Foto
Həkim əməyinə yüksək qiymət: Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə işçilərinə yeni stimul verdi
İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı
Bu il dənizdə boğulma halları niyə çox oldu? - AÇIQLAMA
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ