Yol nişanını görməyən sürücü hüquqlarını necə qorumalıdır? - AÇIQLAMA

Yol nişanını görməyən sürücü hüquqlarını necə qorumalıdır? - AÇIQLAMAYol nişanlarının sürücülər tərəfindən aydın görünməsi yol hərəkətinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bəzi hallarda nişanlar ağac budaqları, reklam lövhələri və digər maneələr səbəbindən sürücü tərəfindən vaxtında görünməyə bilər. Belə vəziyyətlərdə sürücünün məsuliyyəti və öz hüquqlarını müdafiə etmək imkanları sual doğurur.

Bəs, sürücü yol nişanını görmədiyi və ya nişan müxtəlif maneələr səbəbindən görünmədiyi halda onun tələbinin pozulmasına görə cərimələnə bilərmi və belə hallarda sürücü haqsız cərimələnməni sübut etmək üçün hansı foto, video və digər sübutları təqdim edə bilər?
Yol nişanını görməyən sürücü hüquqlarını necə qorumalıdır? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, yol hərəkəti qaydalarına əsasən, yol nişanları sürücülər və piyadalar tərəfindən aydın görünəcək vəziyyətdə olmalıdır:

"Dövlət orqanları da nişanların görünüşünə mane olan halların aradan qaldırılmasını təmin etməlidirlər. Əgər yol nişanı reklam lövhəsi, ağac və ya digər hər hansı maneə səbəbindən görünmürsə, həmin nişanın tələbinin pozulmasına görə şəxsin məsuliyyətə cəlb edilməsi məsələsində onun təqsiri əsas götürülməlidir. Həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsi üzrə yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin yaranmasında şəxsin təqsirli olması mühüm meyardır".

Vəkil bildirib ki, əgər sürücü yol nişanını görmək imkanına malik olmayıbsa, bu hal onun təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi baxımından nəzərə alına bilər:

"Lakin sürücünün sadəcə "nişanı görməmişəm" deməsi kifayət deyil. O, nişanın obyektiv olaraq görünmədiyini, həmin şəraitdə nəinki özünün, ümumiyyətlə, başqa şəxsin də nişanı görə bilməyəcəyini sübut etməlidir. Bunun üçün video görüntülərindən, şahid ifadələrindən, ekspertiza rəyindən və digər sübutlardan istifadə oluna bilər. Yəni məsuliyyətdən azad olunmaq üçün nişanın görünmədiyini əsaslandıran və sübut edən hallar ortaya qoyulmalıdır. Əgər bu hal təsdiqini taparsa, şəxsin həmin qayda pozuntusuna görə təqsiri və müvafiq olaraq məsuliyyəti yaranmaya bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 334   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar

Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova bununla bağlı qurumun adından ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:. "Biz dəfələrlə belə hallar

3 sentyabr
.

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrda 3-də 32 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 isti

2 sentyabr
.

"Poz-Qazan" oyunları avqustda 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir. Avqustda "Poz-Qazan" oyunlarında ümumilikdə 3 052 864 ədəd uduşlu bilet olub. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləğ

2 sentyabr
.

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində "Khazar" markalı minik avtomobili bir neçə digər maşını əzib. Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfində

3 sentyabr
.

Məktəblərdə kişi müəllimlər AZALIR: Səbəb NƏDİR?

Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir. 2026-cı il üzrə açıqlanan məlumatlarda bu göstəricinin 80 faizdən yuxarı olduğu bildirilir. Bəs, kişilərin müəllimlik peşəsinə marağının aşağı olmasının əsas sosial və iqtisadi səbəbləri nələrdir, əməkhaqq

2 sentyabr
.

AZZA-dan alınan tortla bağlı zəhərlənmə iddiası: İnsanlar nə etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda 58 yaşlı qadının şirniyyatdan zəhərlənməsi ilə bağlı yayılan məlumat qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Zərərçəkənin ailəsinin iddiasına görə, "AZZA"nın Pirşağı filialından alınan ekler və tortda xoşagəlməz dad və qoxu olub və şirniyyatdan istifadə etdikdən sonr

3 sentyabr
.

Azərbaycanda uşaq kitabxanaları azalır: "Valideyn kitab oxumursa, uşaq da oxumayacaq"

Azərbaycanda son illərdə uşaq kitabxanalarının və onların kitab fondunun sayında azalma müşahidə olunur. 2001-ci ilin əvvəlinə ölkədə Mədəniyyət Nazirliyi sistemi üzrə 112 uşaq kitabxanası fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 103-ə, 2011-ci ildə 102-yə, 2016-cı ildə 97-yə, 2021-ci ildə isə 87-y

3 sentyabr
.

BBC və CNN-in Azərbaycana qarşı qərəzli yanaşması qəbuledilməzdir

Son dövrlərdə Azərbaycanın beynəlxalq informasiya məkanındakı imicinə təsir göstərə biləcək bir sıra materialların xarici media qurumlarında yayımlanması ciddi narahatlıq doğurur. Xüsusilə BBC və CNN kimi qlobal auditoriyaya malik media platformalarının Azərbaycanla bağlı hazırladığı bəzi materiallard

2 sentyabr
.

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəy

3 sentyabr