David Seliverstov: "Mən yaxşı bilirəm 90 min dollar nədir. Çingiz Qənizadə də yaxşı bilir bu 90 min dollar nədir"

David Seliverstov: "Mən yaxşı bilirəm 90 min dollar nədir. Çingiz Qənizadə də yaxşı bilir bu 90 min dollar nədir""Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov Müdafiə Nazirliyinin sabiq maliyyə-büdcə rəisi Nizami Məmmədovla bağlı məsələlər, onun məhkəmə prosesi və Çingiz Qənizadənin mövqeyi ətrafında sosial şəbəkələrdə özünün şəxsi səhifələrində sərt açıqlama ilə çıxış edib.

Sonxeber.az xəbər verir ki, David Seliverstov bildirib ki, Çingiz Qənizadənin "90 min" məsələsi ilə bağlı açıqlama verməsini gözləmək niyyətində deyil və bu məsələ ilə bağlı özü geniş faktlar və sübutlar ortaya qoymağa hazırdır:

"Çingiz Qənizadə 90 minə bağlı açıqlama vermək istəmir. Mən bununla bağlı geniş faktlar və sübutlar ortaya qoyacam.
Nizami Məmmədov 2021-ci ildə DTX tərəfindən həbs edilib və məhkəmə qərarı ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Söhbət Müdafiə Nazirliyinin sabiq maliyyə-büdcə rəisindən gedir. Onun istintaq dövründə təxminən 12 milyon manat məbləğində dəymiş zərəri ödədiyi bildirilir.

Eyni zamanda, istintaq və məhkəmə materiallarında Müdafiə Nazirliyinin büdcəsindən mütəşəkkil dəstə tərəfindən böyük məbləğdə vəsaitin mənimsənilməsi ilə bağlı ittihamlar yer alıb. Məhkəmənin müəyyən etdiyi zərərin Nizami Məmmovun üzərinə düşən hissəsinin 18 milyon manatdan çox olduğu bildirilir. Hazırda Nizami Məmmədovun işi Apellyasiya Məhkəməsindədir.

Mən düşünürəm ki, məhkəmələrimiz kifayət qədər humanistdir. Nizami Məmmədə 11 il 6 ay cəza verilib və o, məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz və xalqımız ərazi bütövlüyümüz uğrunda mübarizə aparırdığı dövrdə dövlətin, ordunun büdcəsi ilə bağlı ağır nəticələr doğuran əməllərin törədilməsi cəmiyyət tərəfindən çox ciddi qiymətləndirilməlidir.

Görürəm ki, Çingiz Qənizadə əsgərin, ordunun və dövlətin qalxanı olan büdcəyə zərər vurmaqda təqsirləndirilən şəxsə kifayət qədər isti münasibət bəsləyir. Çingiz Qənizadə özünün Rəşad adlı dostu və bir icra başçısının atası ilə birlikdə Babək prospektində yerləşən restoranda görüşlər keçirir və həmin görüşlərdə Nizami Məmmədovun məhkəmə işi ilə bağlı məsələləri müzakirə edir, məhkəmə prosesinə təsir göstərməyə cəhdlər göstərir.

David Seliverstov vurğulayıb ki, yaxşı olar ki, Çingiz Qənizadə bu barədə açıqlama versin. Əks halda, mən həmin açıqlamanı vermək məcburiyyətində qalacağam:

"Mənim mövqeyim aydındır: dövlətimizin büdcəsinə zərər vuran, dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilinən şəxslər qanun qarşısında cavab verməlidirlər. Şəhidlərimizin, qazilərimizin və veteranlarımızın haqqı yerdə qalmamalıdır".

Nizami Məmmədovun sentyabr ayında təyin olunan məhkəməsində ədalətli qərar çıxarılacağına inanıram. Mən məhkəməyə müdaxilə etmək istəmirəm və belə bir səlahiyyətim də yoxdur. İnanıram ki, Apellyasiya Məhkəməsi müstəqil və ədalətli qərar qəbul edəcək və əvvəlki qərarı qüvvədə saxlayacaq.

Eyni zamanda, səhər Çingiz Qənizadədən cavab gözləyirik. Onu Rəşad adlı şəxslə, Nəsimi Məmmədovla və həmin icra başçısının atası ilə nə bağlayır? Ortada hansı maraqlar var? Bu sualların cavabını cəmiyyətə açıqlasın. Mən yaxşı bilirəm 90 min dollar nədir. Sən də yaxşı bil, Çingiz Qənizadə, o 90 min dollar nədir.Özünü mafioz hesab edib kafe və restoranlarda iş həll etmək dövrü deyil. AXCP vaxtı deyil. Ayıl!".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 386   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar

Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova bununla bağlı qurumun adından ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:. "Biz dəfələrlə belə hallar

3 sentyabr
.

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrda 3-də 32 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 isti

2 sentyabr
.

"Poz-Qazan" oyunları avqustda 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir. Avqustda "Poz-Qazan" oyunlarında ümumilikdə 3 052 864 ədəd uduşlu bilet olub. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləğ

2 sentyabr
.

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində "Khazar" markalı minik avtomobili bir neçə digər maşını əzib. Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfində

3 sentyabr
.

Məktəblərdə kişi müəllimlər AZALIR: Səbəb NƏDİR?

Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir. 2026-cı il üzrə açıqlanan məlumatlarda bu göstəricinin 80 faizdən yuxarı olduğu bildirilir. Bəs, kişilərin müəllimlik peşəsinə marağının aşağı olmasının əsas sosial və iqtisadi səbəbləri nələrdir, əməkhaqq

2 sentyabr
.

AZZA-dan alınan tortla bağlı zəhərlənmə iddiası: İnsanlar nə etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda 58 yaşlı qadının şirniyyatdan zəhərlənməsi ilə bağlı yayılan məlumat qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Zərərçəkənin ailəsinin iddiasına görə, "AZZA"nın Pirşağı filialından alınan ekler və tortda xoşagəlməz dad və qoxu olub və şirniyyatdan istifadə etdikdən sonr

3 sentyabr
.

Azərbaycanda uşaq kitabxanaları azalır: "Valideyn kitab oxumursa, uşaq da oxumayacaq"

Azərbaycanda son illərdə uşaq kitabxanalarının və onların kitab fondunun sayında azalma müşahidə olunur. 2001-ci ilin əvvəlinə ölkədə Mədəniyyət Nazirliyi sistemi üzrə 112 uşaq kitabxanası fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 103-ə, 2011-ci ildə 102-yə, 2016-cı ildə 97-yə, 2021-ci ildə isə 87-y

3 sentyabr
.

BBC və CNN-in Azərbaycana qarşı qərəzli yanaşması qəbuledilməzdir

Son dövrlərdə Azərbaycanın beynəlxalq informasiya məkanındakı imicinə təsir göstərə biləcək bir sıra materialların xarici media qurumlarında yayımlanması ciddi narahatlıq doğurur. Xüsusilə BBC və CNN kimi qlobal auditoriyaya malik media platformalarının Azərbaycanla bağlı hazırladığı bəzi materiallard

2 sentyabr
.

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəy

3 sentyabr