Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qalBakcell abunəçilərinə səyahətdə, işdə, evdə və müxtəlif məkanlarda internetdən rahat istifadə etməyə imkan verən portativ Mi-Fi modemini təqdim edir. Kompakt ölçüləri sayəsində rahat daşına bilən modem mobil şəbəkənin əhatə dairəsində internetə qoşulmağa imkan verir.

Mi-Fi modemə eyni anda 10-dək smartfon, noutbuk, planşet və digər Wi-Fi dəstəkləyən cihaz qoşmaq mümkündür. 3000 mAh tutumlu batareya isə modemdən uzun müddət portativ şəkildə istifadə etməyə imkan yaradır.

Fərqli internet ehtiyaclarına uyğun olaraq, abunəçilərə 20 GB, 50 GB və 100 GB olmaqla üç əsas paket təklif olunur.

İnternet həcmini artırmaq istəyən abunəçilər üçün əlavə paketlər də mövcuddur. Əsas paket aktiv olduğu müddətdə abunəçilər 5 GB, 10 GB və 15 GB həcmində əlavə internet paketlərindən yararlana bilərlər.

Mi-Fi əldə edən abunəçilərə SIM kart ödənişsiz təqdim olunur və bunun üçün əlavə ödəniş tələb edilmir. İnternet paketinin aktivləşdirilməsi Bakcell tətbiqi vasitəsilə həyata keçirilir.

Mi-Fi modem və istifadə şərtləri haqqında ətraflı məlumatı şirkətin rəsmi saytı, Müştəri Xidmətləri Mərkəzləri və dilerlərdən əldə etmək mümkündür.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 183   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah yağış yağacaq

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şər

4 sentyabr
.

Yolunu qısaltmaq istədi, həyatından oldu - DƏHŞƏTLİ QƏZANIN ANBAAN GÖRÜNTÜSÜ

"Sentyabrın 3-də Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizliyin bir an belə diqqətdən kənarda saxlanılmamasının vacibliyini bir daha göstərir". xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöb

4 sentyabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda sentyabrın 4-də 33 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gec

3 sentyabr
.

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəy

3 sentyabr
.

Yol nişanını görməyən sürücü hüquqlarını necə qorumalıdır? - AÇIQLAMA

Yol nişanlarının sürücülər tərəfindən aydın görünməsi yol hərəkətinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bəzi hallarda nişanlar ağac budaqları, reklam lövhələri və digər maneələr səbəbindən sürücü tərəfindən vaxtında görünməyə bilər. Belə vəziyyətlərdə sürücünün məsuliyyəti və ö

3 sentyabr
.

Bu şəxslərin fəaliyyəti ayrıca VERGİ UÇOTUNA alınacaq: Hansı yeniliklər olacaq?

Sosial media üzərindən reklam, marketinq və digər əməkdaşlıqlardan gəlir əldə edən şəxslərin fəaliyyəti üçün Dövlət Vergi Xidməti tərəfindən "Rəqəmsal platforma təsirçisi" adlı ayrıca uçot təsnifatı yaradılıb. Bu addım sosial media gəlirlərinin daha düzgün rəsmiləşdirilməsi və vergi uçotunu

4 sentyabr
.

Üç uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ

Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımında

3 sentyabr
.

Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ

Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar. Bu barədə -a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib. O bildirib ki, hadisə ilə əlaqəda

4 sentyabr
.

Azərbaycanda uşaq kitabxanaları azalır: "Valideyn kitab oxumursa, uşaq da oxumayacaq"

Azərbaycanda son illərdə uşaq kitabxanalarının və onların kitab fondunun sayında azalma müşahidə olunur. 2001-ci ilin əvvəlinə ölkədə Mədəniyyət Nazirliyi sistemi üzrə 112 uşaq kitabxanası fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 103-ə, 2011-ci ildə 102-yə, 2016-cı ildə 97-yə, 2021-ci ildə isə 87-y

3 sentyabr