Yolunu qısaltmaq istədi, həyatından oldu - DƏHŞƏTLİ QƏZANIN ANBAAN GÖRÜNTÜSÜ

Yolunu qısaltmaq istədi, həyatından oldu - DƏHŞƏTLİ QƏZANIN ANBAAN GÖRÜNTÜSÜ"Sentyabrın 3-də Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizliyin bir an belə diqqətdən kənarda saxlanılmamasının vacibliyini bir daha göstərir".

Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib.

O bildirib ki, çoxzolaqlı yol sadəcə keçilməli olan geniş məsafə deyil və onun hər zolağı ayrıca təhlükə mənbəyidir.

"Bir zolaqdakı sürücü piyadanı görsə də, digər zolaqda hərəkət edən sürücü onu vaxtında görməyə bilər. Avtomobillərin arasından qəfil yola çıxmaq, yolun ortasında dayanmaq, geri qayıtmaq və ya qaçmaq qəza riskini daha da artırır", - deyə R.Tağıyev qeyd edib.

Şöbə rəisinin sözlərinə görə, intensiv hərəkətin olduğu yollarda məsafəni gözlə hesablamaq aldadıcı ola bilər. Uzaqda görünən avtomobil qısa müddətdə piyadanın olduğu nöqtəyə çata bilər.

O vurğulayıb ki, piyada hərəkət hissəsində olarkən bütün zolaqlardakı nəqliyyat vasitələrinin sürətini və məsafəsini eyni anda düzgün qiymətləndirə bilməz:

"Yolu qaçaraq keçmək təhlükəli sahədə qalma müddətini azaltmır, əksinə, vəziyyətə nəzarəti zəiflədir. Bir neçə saniyə tez qarşı tərəfə çatmaq istəyi insanı bir neçə fərqli risklə eyni anda üz-üzə qoyur".

DYP rəsmisi piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb:

"Bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir.

Yolunuzu qısaltmağa deyil, mənzil başına sağ-salamat çatmağa çalışın".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 128   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban xanım Əliyevanın təşəbbüsü: Tibb işçisinin əməyinə böyük dəyər

Əməkhaqlarının artırılması səhiyyə çalışanlarının sosial rifahının yüksəldilməsinə və insan kapitalının gücləndirilməsinə xidmət edir. Səhiyyə sisteminin inkişafı, ilk növbədə, insan amilindən başlayır. Ən müasir xəstəxana, ən yeni tibbi avadanlıq və innovativ texnologiyalar belə peşəkar, məsuliyyətl

3 sentyabr
.

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı bilinib

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Müsabiqənin nəticələrinə əsasən, 124 özəl məktəbəqədər təhsil müəssisəs

3 sentyabr
.

Azərbaycanda uşaq kitabxanaları azalır: "Valideyn kitab oxumursa, uşaq da oxumayacaq"

Azərbaycanda son illərdə uşaq kitabxanalarının və onların kitab fondunun sayında azalma müşahidə olunur. 2001-ci ilin əvvəlinə ölkədə Mədəniyyət Nazirliyi sistemi üzrə 112 uşaq kitabxanası fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 103-ə, 2011-ci ildə 102-yə, 2016-cı ildə 97-yə, 2021-ci ildə isə 87-y

3 sentyabr
.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell

3 sentyabr
.

Məktəblərdə kişi müəllimlər AZALIR: Səbəb NƏDİR?

Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir. 2026-cı il üzrə açıqlanan məlumatlarda bu göstəricinin 80 faizdən yuxarı olduğu bildirilir. Bəs, kişilərin müəllimlik peşəsinə marağının aşağı olmasının əsas sosial və iqtisadi səbəbləri nələrdir, əməkhaqq

2 sentyabr
.

Şəhid anaları "Loqos"da - Qənirə Paşayevanın xatirəsi ehtiramla yad edildi

Şəhid anaları ilə keçirilən görüş mənəvi dəyərlərin, Vətən sevgisinin və insanlıq duyğularının bir araya gəldiyi xüsusi bir tədbir kimi yadda qaldı. Azərbaycan cəmiyyətində şəhid ailələrinin, xüsusilə şəhid analarının özünəməxsus və müqəddəs yeri var. Onlar Vətən yolunda ən ağır itkilərdən birini yaşasala

3 sentyabr
.

Üç uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ

Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımında

3 sentyabr
.

Bakıda bu yollarda məhdudiyyət olacaq

Bakıda keçiriləcək beynəlxalqsəviyyəli "Alufar IRONMAN 70.3 Baku" yarışının təhlükəsiz və mütəşəkkil keçirilməsi məqsədilə sentyabrın 4-ü və 5-i şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barəd

4 sentyabr
.

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəy

3 sentyabr