İctimai nəqliyyatda qət edilən məsafəyə görə ÖDƏNİŞ EDİLƏCƏK
Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" sisteminin tətbiqinə başlanılıb. Yeni modeldə daşıyıcılara sərnişin sayına görə deyil, qət edilən məsafə və göstərilən xidmətin keyfiyyətinə əsasən ödəniş edilir. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir.
Bəs, bu sistem sərnişindaşımanın keyfiyyətinə və avtobusların hərəkət intervalına necə təsir göstərəcək, daşıyıcıların sərnişin sayından asılılığını azaltmaqla daha müntəzəm və keyfiyyətli xidmət göstərməsinə nə dərəcədə imkan verəcək?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, "brutto müqavilə"də əsas məsələ gediş haqqının məsafəyə görə deyil, daşıyıcıya müəyyən edilmiş sabit məbləğin ödənilməsi prinsipinə əsaslanmasıdır.
"Bu sistemin əsas məqsədlərindən biri daşıyıcı şirkətlərin və sahibkarların xərclərinin daha əvvəlcədən müəyyənləşdirilməsinə və idarə olunmasına imkan yaratmaqdır. Bu modelin sərnişinlər üçün müəyyən mənfi tərəfləri də ola bilər. Çünki məsafəyə əsaslanan gediş haqqı sərnişin üçün daha aydın və rahat görünür: sərnişin getdiyi məsafəyə uyğun ödəniş edir. Brutto müqavilə sistemində isə daşıyıcının gəliri və xərcləri əvvəlcədən müəyyən edilmiş şərtlər əsasında formalaşır".
Ekspert bildirib ki, yaxın məsafələrə daşımaların düzgün tənzimlənməsi həm sərnişinlərin daha rahat nəqliyyatla təmin olunmasına, həm də daşıyıcıların xərclərinin optimallaşdırılmasına imkan verə bilər:
"Aidiyyəti qurumların yaxın məsafələr üzrə marşrutları və gedişləri daha çevik tənzimləməsi ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə şərait yarada bilər. Gediş haqqının müəyyənləşdirilməsində əsas məsələlərdən biri də məbləğin əvvəlcədən aydın və sabit olmasıdır. İstər yaxın, istərsə də uzaq məsafələr üzrə gediş haqqının konkret məbləğ çərçivəsində müəyyən edilməsi sərnişinlərə öz xərclərini əvvəlcədən planlaşdırmağa imkan verir. Bu baxımdan, tariflərin düzgün müəyyənləşdirilməsi ictimai nəqliyyatdan istifadənin səmərəliliyinə və sərnişinlərin xərclərinin idarə olunmasına təsir edən amillərdən biridir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 192 Tarix: 04 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlik əməkdaşı vəfat etdi
İqtisadiyyat Nazirliyinin əməkdaşı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, nazirliyin Aparatının əməkdaşı Anar Məmmədov dünyasını dəyişib. Allah rəhmət eləsin!
3 sentyabrTanınmış müğənniyə ağır itki (FOTO)
Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. xəbər verir ki, Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anası Zəkiyyə Cəfərova sentyabrın 2-də axşam saatlarında vəfat edib
3 sentyabrSabah yağış yağacaq
Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şər
4 sentyabrİşə gecikən işçinin maaşından pul tutula bilər? - AÇIQLAMA
İşçinin işə gecikməsi əmək intizamının pozulması kimi qiymətləndirilə bilər. Lakin belə hallarda işəgötürənin əməkhaqqından istənilən məbləği özbaşına tutmasının mümkünlüyü müzakirə mövzusudur. Bəs, işçinin işə gecikməsinə görə əməkhaqqından tutulma hansı hallarda qanuni hesab olunur, işəgötürən maaşda
3 sentyabrŞuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova bununla bağlı qurumun adından ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:. "Biz dəfələrlə belə hallar
3 sentyabrBu özəl bağçalara dövlət dəstəyi veriləcək - Siyahı
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqəni
3 sentyabrXəzər dənizi neft ləkələrindən TƏMİZLƏNİR - AÇIQLAMA
Xəzər dənizində neftlə çirklənmə həm suyun keyfiyyətinə, həm də dəniz canlılarının yaşayış mühitinə mənfi təsir göstərə bilər. Səthdə yaranan neft ləkələrinin vaxtında təmizlənməsi çirklənmənin yayılmasının qarşısını almaq baxımından vacib olsa da, bu, ekosistemə dəymiş zərərin tam aradan qaldırılmas
4 sentyabr