Bakıda bu yollarda məhdudiyyət olacaq
Bakıda keçiriləcək beynəlxalqsəviyyəli "Alufar IRONMAN 70.3 Baku" yarışının təhlükəsiz və mütəşəkkil keçirilməsi məqsədilə sentyabrın 4-ü və 5-i şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər sentyabrın 4-ü saat 21:00-dan etibarən mərhələli şəkildə tətbiq ediləcək və sentyabrın 5-i saat 16:00-dək davam edəcək.
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun (M2) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu qovşağından, yolun 25-ci kilometrindən başlayaraq əks istiqamətdə hərəkətin təmin edilməsi məqsədilə qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün bir hərəkət zolağı nəzərdə tutulub.
Bununla yanaşı, Lökbatan dairəsi istiqamətində bir hərəkət zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılacaq.
Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, "Sheraton Baku Intourist" hotelinin qarşısındakı dairəyədək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Sürücülər alternativ olaraq Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan-Bayıl istiqamətindən istifadə edə biləcəklər.
Məhdudiyyətlərin tətbiqi yarışdan əvvəlki hazırlıq mərhələsində sentyabrın 4-də saat 21:00-dan sentyabrın 5-də saat 04:59-dək, yarışın keçirildiyi əsas mərhələdə isə saat 05:00-dan 14:30-dək davam edəcək.
Yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlərin 5 sentyabr saat 14:30-dan 16:00-dək davam etdirilməsi nəzərdə tutulur.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, sentyabrın 5-i paytaxtımızda keçiriləcək "Alufar IRONMAN 70.3 Baku" yarışına 62 ölkədən 1500-dən çox iştirakçının qatılacağı gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üç uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ
600-dən yüksək bal toplayan bacılar müəllimliyi seçdi
Azərbaycanda kənd təsərrüfatı torpaqları ilə bağlı YENİ LAYİHƏ - Prezident TƏSDİQLƏDİ
Azərbaycanda 2000 manat maaş alanların işlədiyi yerlər (SİYAHI)
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs
Xalq artistinin 1 yaşlı nəvəsi - Foto
Həkim əməyinə yüksək qiymət: Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə işçilərinə yeni stimul verdi
İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı
Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Bu il dənizdə boğulma halları niyə çox oldu? - AÇIQLAMA
İnsanlar "xaricdə təhsil" adı altında fəaliyyət göstərən şirkətlərin qurbanına çevrilirlər - AÇIQLAMA