Bu şəxslərin fəaliyyəti ayrıca VERGİ UÇOTUNA alınacaq: Hansı yeniliklər olacaq?

Bu şəxslərin fəaliyyəti ayrıca VERGİ UÇOTUNA alınacaq: Hansı yeniliklər olacaq?Sosial media üzərindən reklam, marketinq və digər əməkdaşlıqlardan gəlir əldə edən şəxslərin fəaliyyəti üçün Dövlət Vergi Xidməti tərəfindən "Rəqəmsal platforma təsirçisi" adlı ayrıca uçot təsnifatı yaradılıb. Bu addım sosial media gəlirlərinin daha düzgün rəsmiləşdirilməsi və vergi uçotunun şəffaflaşdırılması məqsədi daşıyır.

Bəs, bloqçu və influenserlərin fəaliyyətinin ayrıca vergi uçotuna alınması onların gəlirlərinin daha şəffaf bəyan edilməsinə və vergidən yayınma hallarının azalmasına nə dərəcədə təsir göstərə bilər?
Bu şəxslərin fəaliyyəti ayrıca VERGİ UÇOTUNA alınacaq: Hansı yeniliklər olacaq?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vergi eksperti Anar Bayramov bildirib ki, son illərdə bloqerlik və influenserlik yeni fəaliyyət sahəsi kimi geniş yayılıb:

"Bir çox şəxs sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir, müxtəlif şirkətlərin məhsullarını öz səhifələrində reklam edir, məhsullar haqqında məlumat verir və bunun müqabilində həmin şirkətlərdən ödənişlər alır. Bu sahədə əldə olunan gəlirlər heç də az deyil. Ödənişlərin məbləği influenser və bloqerin cəmiyyətdəki nüfuzundan, auditoriyasından və reklamın formatından asılı olaraq dəyişir. Məsələn, "Reels" formatında reklamın, məhsul haqqında ətraflı məlumatın və ya qısa informasiyanın təqdim edilməsinin qiyməti fərqli ola bilər".

Ekspert bildirib ki, influenser və bloqerlərin gəlirlərinin həcmi onların həyat tərzində və sosial şəbəkələrdə paylaşdıqları məlumatlarda da müəyyən qədər öz əksini tapır:

"Bu şəxslərin bir qismi sözügedən fəaliyyətdən kifayət qədər gəlir əldə edir. Bununla yanaşı, hər hansı şirkətin məşhur şəxsə və ya bloqerə hədiyyə olaraq məhsul təqdim etməsi və həmin şəxsin də bunun qarşılığında şirkətə öz sosial şəbəkə hesabında təşəkkür bildirməsi avtomatik olaraq sahibkarlıq fəaliyyəti hesab edilmir. Belə hallarda şəxs natura formasında müəyyən fayda əldə etsə də, bunun vergiyə cəlb olunması qanunvericilikdə ayrıca sahibkarlıq fəaliyyəti kimi nəzərdə tutulmayıb. Əsas məsələ influenserin əldə etdiyi gəlirin hansı fəaliyyət nəticəsində formalaşdığının müəyyən edilməsidir. Qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti gəlir və ya mənfəət əldə etmək məqsədilə şəxsin müstəqil şəkildə öz imkanlarından, əmlakından və potensialından istifadə etməklə həyata keçirdiyi fəaliyyətdir".

Onun sözlərinə görə, əgər bir şəxs əsas məqsədi gəlir əldə etmək olmaqla müxtəlif şirkətlərə reklam və digər xidmətlər göstərir və bunun müqabilində ödəniş alırsa, bu fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur:

"Bu halda əldə olunan gəlir də sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir sayılır. Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən şəxslər vergi orqanlarında uçota alınmalı, gəlirlərini bəyan etməli, müvafiq vergi bəyannamələrini təqdim etməli və qanunvericilikdə nəzərdə tutulan vergiləri ödəməlidirlər. Mövcud qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən həmin fəaliyyətlə bağlı xərclər çıxıldıqdan sonra qalan gəlirdən 20 faiz dərəcəsi ilə vergi ödənilməsi nəzərdə tutulur. Təəssüf ki, indiyədək bu sahədə nəzarət tədbirləri nisbətən zəif olub. Lakin son dövrlərdə vergi orqanları tərəfindən bloqer və influenserlərin fəaliyyəti ilə bağlı məsələlərə daha ciddi diqqət ayrılır və xüsusi vergi nəzarəti tədbirlərinin artırılması nəzərdə tutulur".

Ekspert qeyd edib ki, gələcəkdə bu fəaliyyət sahəsi üçün xüsusi vergi dərəcəsinin, uçota alınma və ya vergi rejiminin müəyyənləşdirilməsi də mümkündür:

"Eyni zamanda, bloqer və influenserlərin digər vergi ödəyiciləri kimi ümumi qaydada uçota alınması, əldə etdikləri gəlirləri bəyan etmələri, hesabat təqdim etmələri və müvafiq vergiləri ödəmələri də tətbiq oluna bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 230   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 2000 manat maaş alanların işlədiyi yerlər (SİYAHI)

Azərbaycanda rəsmi əmək müqaviləsi ilə işləyən hər 11 nəfərdən biri 200 manat maaş alır. Qaynarinfo " "a istinadən xəbər verir ki, ən yüksək əmək haqqının hansı sahələrdə ödənildiyi əmək haqları ilə bağlı yeni rəqəmlər məlum olub. Məlumata görə, Azərbaycada əmək müqaviləsi ilə işləyənləri

3 sentyabr
.

Kirayə qiymətlərinin yüksəlməsinin əsas səbəbi nədir? - AÇIQLAMA

Bakıda kirayə mənzil bazarında qiymət artımı yenidən gündəmdədir. Xüsusilə sentyabr ayının yaxınlaşması ilə tələbələrin paytaxta qayıtması və yeni qəbul olunanların mənzil axtarışına başlaması kirayə evlərə tələbi artırır. Bəs bu dövrdə kirayə qiymətlərinin yüksəlməsinin əsas səbəbi nədir? Tələbə axın

4 sentyabr
.

Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - Siyahı

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqəni

3 sentyabr
.

İnsanlar "xaricdə təhsil" adı altında fəaliyyət göstərən şirkətlərin qurbanına çevrilirlər - AÇIQLAMA

Xaricdə təhsil şirkəti və ya vasitəçi seçərkən universitetin akkreditasiyası, qəbul və viza ilə bağlı təqdim olunan məlumatların doğruluğu əvvəlcədən yoxlanılmalıdır. Müqavilə imzalanarkən isə göstəriləcək xidmətlər, ödənişlər və geri qaytarılma şərtləri diqqətlə nəzərdən keçirilməlidir. Bəs, tələbələ

3 sentyabr
.

Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb

Azərbaycanda 2025-ci ildə 1 yaşadək 1 312 uşağın ölüm faktı qeydə alınıb. -ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ötən il hər 100 diri doğulana 13,7 ölüm düşüb. 2025-ci ildə körpə ölümlərinin sayı əvvəlki illə müqayisədə 108 nəfər azalıb. Hər 100 diri doğulana düşən göstərici də 13,9-da

3 sentyabr
.

Bu il indiyədək neçə şagird yerdəyişmə edib? - RƏSMİ

2026-2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən -a bildirilib ki, indiyədək 33 minə yaxın şagirdin yerdəyişməsi ilə bağlı sorğu təsdiqlənib. Prosesə avqustun 20-si saat 15:00-dan başlanılıb

3 sentyabr
.

Mehriban xanım Əliyevanın təşəbbüsü: Tibb işçisinin əməyinə böyük dəyər

Əməkhaqlarının artırılması səhiyyə çalışanlarının sosial rifahının yüksəldilməsinə və insan kapitalının gücləndirilməsinə xidmət edir. Səhiyyə sisteminin inkişafı, ilk növbədə, insan amilindən başlayır. Ən müasir xəstəxana, ən yeni tibbi avadanlıq və innovativ texnologiyalar belə peşəkar, məsuliyyətl

3 sentyabr
.

Bu şəxslərin fəaliyyəti ayrıca VERGİ UÇOTUNA alınacaq: Hansı yeniliklər olacaq?

Sosial media üzərindən reklam, marketinq və digər əməkdaşlıqlardan gəlir əldə edən şəxslərin fəaliyyəti üçün Dövlət Vergi Xidməti tərəfindən "Rəqəmsal platforma təsirçisi" adlı ayrıca uçot təsnifatı yaradılıb. Bu addım sosial media gəlirlərinin daha düzgün rəsmiləşdirilməsi və vergi uçotunu

4 sentyabr
.

Mina təhlükəsi DAVAM EDİR: Nə zaman bitəcək?

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina və partlamamış hərbi sursatlar hələ də ciddi təhlükə olaraq qalır. Ərazilərin təmizlənməsi böyük həcmli və uzunmüddətli prosesdir və işlərin sürəti ərazinin ölçüsü, mina və sursatların sıxlığı, relyef, hava şəraiti və istifadə olunan texnologiyalarda

4 sentyabr