Bu məktəblər DİSTANT TƏHSİLƏ keçir: Hansı tədbirlər görülməlidir?

Bu məktəblər DİSTANT TƏHSİLƏ keçir: Hansı tədbirlər görülməlidir?Bəzi hallarda məktəblərin müvəqqəti olaraq distant təhsilə keçirilməsi zəruri ola bilər. Azərbaycanda da bu təcrübə müxtəlif səbəblərlə tətbiq edilib. Lakin distant təhsilin səmərəli olması üçün şagirdlərin texniki imkanları və dərslərdə fəal iştirakı nəzərə alınmalıdır.

Bəs, məktəblərin distant təhsilə keçirilməsi hansı hallarda zəruri hesab olunur və bu zaman şagirdlərin internet, texniki imkanlar və müəllimlərlə canlı ünsiyyət baxımından çətinlik yaşamaması üçün hansı tədbirlər görülməlidir?
Bu məktəblər DİSTANT TƏHSİLƏ keçir: Hansı tədbirlər görülməlidir?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, distant təhsilə keçid yalnız xüsusi fors-major hallarda, fövqəladə vəziyyət, pandemiya və ya kütləvi tədbirlərin keçirildiyi dövrlərdə tətbiq oluna bilər:

"Azərbaycanda bununla bağlı artıq müəyyən təcrübə formalaşıb. Koronavirus pandemiyası zamanı dərslərin distant formada keçirilməsi ilə bağlı təcrübə əldə edildi. Bundan əlavə, paytaxtda kütləvi tədbirlərin keçirildiyi dövrlərdə, məsələn, "Formula 1" yarışları və COP29 zamanı bəzi məktəblərdə dərslər distant formada təşkil olunub. Belə hallarda distant təhsilin tətbiqi həm mövcud infrastruktur, həm də təhsilverən və təhsilalanların bu prosesdə iştirak təcrübəsi baxımından daha asan həyata keçirilir".

Ekspert bildirib ki, distant təhsilin keyfiyyətə təsirinə gəldikdə isə ənənəvi, əyani təhsilin daha üstün olduğu qeyd olunur:

"Bununla belə, müəyyən müddət ərzində, bir həftə, 10 gün və ya 20 gün müddətində xüsusi tədbirlərlə əlaqədar distant təhsilə keçid təhsil keyfiyyətinə ciddi təsir göstərməyə bilər. Pandemiya və ya fövqəladə vəziyyət kimi hallarda bu müddət 6 aydan 1 ilə qədər uzandıqda isə təhsilin keyfiyyətinə mənfi təsir daha çox hiss olunur. Distant təhsilə keçid zamanı şagirdlərin internetə çıxışı, texniki və texnoloji imkanları, eləcə də müəllimlərin bu prosesə hazırlığı nəzərə alınmalıdır. İnternet və elektrik enerjisi ilə təminatın yüksək səviyyədə olması vacibdir. Eyni zamanda, canlı ünsiyyətin olmaması distant təhsil zamanı müəyyən çətinliklər yarada bilər. Bu səbəbdən həm təhsilverənlər, həm də təhsilalanlar dərs prosesinin keyfiyyətli və səmərəli təşkilinə çalışmalıdırlar".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1082   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı bilinib

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Müsabiqənin nəticələrinə əsasən, 124 özəl məktəbəqədər təhsil müəssisəs

3 sentyabr
.

BBC və Britaniya mediasında " siyasi məhbus " şousunun məqsədi nədir? - AÇIQLAMA

"The Independent", BBC və "The Guardian" ayrı-ayrı şəxsləri "siyasi məhbus" kimi təqdim edə bilər. Bu, həmin media qurumlarının siyasi və jurnalist mövqeyidir. Lakin beynəlxalq auditoriyaya sırf bu siyasi etiket üzərindən Azərbaycan haqqında hökm çıxarmaq düzgün deyil. Çünk

4 sentyabr
.

İctimai nəqliyyatda qət edilən məsafəyə görə ÖDƏNİŞ EDİLƏCƏK

Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" sisteminin tətbiqinə başlanılıb. Yeni modeldə daşıyıcılara sərnişin sayına görə deyil, qət edilən məsafə və göstərilən xidmətin keyfiyyətinə əsasən ödəniş edilir. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı və digər xidmət göstəricilər

4 sentyabr
.

Bu tarixlərdə bəzi məktəblərdə tədris - Onlayn olacaq

Bu il Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlər

3 sentyabr
.

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəy

3 sentyabr
.

David Seliverstov "90 min dollar"la bağlı yeni sübutlar təqdim etdi: Çingiz Qənizadənin yalanı İFŞA EDİLDİ - VİDEO

"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov sosial şəbəkədə paylaşdığı növbəti videoda hüquq müdafiəçisi Çingiz Qənizadənin yalanını ifşa edib. Seliverstov sosial şəbəkədə paylaşdığı ilk video müraciətində "90 min dollar"l

4 sentyabr
.

Qusarda təcili yardım maşını qəzaya düşdü - Fotolar

Qusarda təcili tibbi yardım avtomobili qəzaya düşüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində baş verib. Belə ki, təcili tibbi yardım avtomobili ilə yük avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, təcili tibbi yardı

3 sentyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonunda dəmir konstruksiyadan qanunsuz tikinti aparıldığı iddia edilir. xəbər verir ki, bu barədə sakinlər narazılığını bildirərək, tikintinin hansı əsaslarla aparıldığı və buna kimlərin şərait yaratdığı ilə bağlı suallar ünvanlayıblar. Şikayətçilər iddia edir ki, Yasamal Rayon İcra Hakimiyyətini

3 sentyabr
.

David Seliverstov: "Mən yaxşı bilirəm 90 min dollar nədir. Çingiz Qənizadə də yaxşı bilir bu 90 min dollar nədir"

"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov Müdafiə Nazirliyinin sabiq maliyyə-büdcə rəisi Nizami Məmmədovla bağlı məsələlər, onun məhkəmə prosesi və Çingiz Qənizadənin mövqeyi ətrafında sosial şəbəkələrdə özünün şəxsi səhifələrind

3 sentyabr