Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, həmin an "payız bərabərliyi" adlanır. Bu zaman gecə ilə gündüz, demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Həmin andan şimal yarımkürəsində payız, cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.
2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən şimal yarımkürəsində astronomik qış, cənub yarımkürəsində isə astronomik yay başlayacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 900 Tarix: 04 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ev sahibi kirayəçinin razılığı olmadan mənzilə daxil ola bilərmi? - AÇIQLAMA
Kirayə münasibətlərində tərəflərin hüquq və vəzifələri ilə bağlı mübahisəli məqamlar kifayət qədər çoxdur. Xüsusilə mənzil sahibinin kirayəçinin yaşadığı evə hansı hallarda daxil ola bilməsi məsələsi tez-tez sual doğurur. Bəzi hallarda ev sahibləri mənzilin özlərinə məxsus olduğunu əsas gətirərək kirayəçini
4 sentyabrMİDA-nın növbəti mənzil satışı nə vaxt keçiriləcək? - AÇIQLAMA
"Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən növbəti satışın həyata keçirilməsi də ilin sonuna planlaşdırılır". xəbər verir ki, bunu MİDA-nın aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında deyib. "Hansı layihələrdə olacaq mənzillər barədə məlumatlar müvafiq qaydanın tələblərin
4 sentyabrMurad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbəro
4 sentyabr