Alimlər xəstəliklərdən sonra ağır yorğunluğa səbəb olan ümumi bioloji mexanizmi aşkar ediblər

Alimlər xəstəliklərdən sonra ağır yorğunluğa səbəb olan ümumi bioloji mexanizmi aşkar ediblərBritaniyalı alimlər beş fərqli xəstəlikdə ağır yorğunluğa səbəb olan ümumi bioloji mexanizm kəşf ediblər. Bu tapıntı fərqli diaqnozları olan pasiyentlərin nə üçün oxşar simptomlardan əziyyət çəkdiyini izah edir.

Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Translational Medicine" jurnalında dərc olunub.

Alimlər xroniki yorğunluq sindromu, uzunmüddətli COVID-19, posttravmatik stres pozuntusu, revmatoid artrit və dağınıq sklerozdan əziyyət çəkən insanların genom məlumatlarını təhlil ediblər.

Ayrı-ayrı genlər səviyyəsində bu xəstəliklərin heç bir kəsişməsi olmasa da, canlı hüceyrələrin daxilində DNT-nin bükülmə prosesini öyrənən mütəxəssislər ümumi tənzimləyici şəbəkələr aşkar ediblər.

Məlum olub ki, bütün bu hallar immun sisteminin fəaliyyətini, maddələr mübadiləsini və hüceyrə enerjisinin istehsalını pozur. Tədqiqatçılar ənənəvi DNT ardıcıllığının oxunması əvəzinə, genomun üçölçülü arxitekturasını analiz edən "EpiSwitch Orion" platformasından istifadə ediblər. Bu, virus infeksiyasından tutmuş ağır psixoloji travmaya qədər tamamilə fərqli amillərin yekunda orqanizmin eyni fundamental sistemlərini sıradan çıxardığını görməyə imkan verib.

"Bu xəstəliklər fərqli hadisələrdən qaynaqlansa da, nəticə etibarilə eyni bioloji prosesləri pozaraq eyni dərəcədə dağıdıcı yorğunluğa gətirib çıxarır", - deyə tədqiqatçılar bildiriblər.

Analiz zamanı, həmçinin uzunmüddətli aktivasiyadan sonra immunitetin zəifləməsi halı olan T-hüceyrələrinin tükənməsi ilə əlaqəli LAG3 molekulu da müəyyən edilib. Bu fakt bir çox insanın ilkin səbəb aradan qalxdıqdan sonra belə nə üçün xroniki yorğunluq vəziyyətində qaldığını izah edir. Bu problem spesifik tibbi testlərin olmaması səbəbindən illərlə dəqiq diaqnoz qoyula bilməyən xroniki yorğunluq və uzunmüddətli COVID-19 xəstələri üçün xüsusilə aktualdır. Müəlliflər yeni yanaşmanın obyektiv qan analizləri və universal müalicə üsulları yaratmağa imkan verəcəyinə ümid edirlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 122   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021