Bu hotelin gecəsi 8 dollardır! Səbəb görün nədir
\Braziliyada aşağı büdcəli yaşayış üçün təklif olunduğu bildirilən hotel otağının görüntüləri sosial mediada diqqət çəkib. Gecəlik qiymətinin cəmi 8 dollar olduğu iddia edilən otağın olduqca kiçik olması təəccüb yaradıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, görüntülərdə otağın demək olar ki, bütün sahəsini bir nəfərlik çarpayının tutduğu görünür. Tualet üçün ayrıca bölmə nəzərdə tutulmayıb, duş sahəsi isə çarpayıdan yalnız qısa bir divarla ayrılıb.
Çarpayının yanında cəmi bir nəfərin keçə biləcəyi qədər dar boşluq qalıb. Məhdud sahəyə kiçik televizor və ventilyator da yerləşdirilib.
Otaqda dəsmal və tualet kağızı kimi əsas ehtiyacların da çarpayının üzərində qonaqlar üçün hazırlandığı görünür.
Bununla belə, görüntülərdəki otağın hansı hotelə məxsus olduğu və gecəlik qiymətinin həqiqətən 8 dollar təşkil edib-etmədiyi müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 378 Tarix: 04 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Dondurma kralı" 8,5 milyonluq biznesini satıb - Rahib olmaq istəyir
Tailandlı multimilyonçu, ölkədə "dondurma kralı" kimi tanınan Siriponq Akkarasriyuk öz biznesini satmaq və rahib olmaq qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Akkarasriyuk biznesini 165 milyon bat (təxminən 8,5 milyon AZN
4 sentyabrCins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix
Cins şalvarların ön cibinin içərisində yerləşən kiçik cib gündəlik geyimin adi detalına çevrilsə də, onun ilkin təyinatı çoxlarına məlum deyil. xəbər verir ki, bu detal hələ XIX əsrdə Amerika Qərbində çalışan işçilərin ehtiyacları nəzərə alınaraq yaradılıb. Kiçik cibin tarixi 1873-cü ilə gedib çıxır
3 sentyabrBəzi peşə sahiblərinin gözləri təhlükədədir - Oftalmoloq xəbərdarlıq etdi
Ofis əməkdaşları, proqramçılar, dizaynerlər, mühasiblər, analitiklər və operatorlar quru göz sindromundan daha çox əziyyət çəkirlər. Eyni zamanda, qadınlarda perimenopoz və postmenopoz dövründə hormonal dəyişikliklər səbəbindən bu xəstəliyin yaranması riski daha yüksəkdir. bildirir ki, bu barədə rusiyal
1 sentyabrYeni trend: Bu qiymətə saatlıq "dost kirayələmək" mümkün olur - VİDEO
Taylandda tək yaşayan insanların sayının artması fərqli bir xidmət sahəsinin populyarlaşmasına səbəb olub. Ölkədə saatlıq ödəniş qarşılığında "dost kirayələmək" xidməti, yəni müəyyən müddət ərzində sosial ünsiyyət və yoldaşlıq göstərəcək şəxslərin "icarəyə götürülməsi" geniş yayılmağ
3 sentyabrMövsümi tükənmişliyin üç əsas ƏLAMƏTİ
Mövsümi tükənmişliyə üç əsas əlamət işarə edə bilər: səbəbsiz yaranan əsəbilik, 10-15 dəqiqədən artıq bir işə diqqəti cəmləyə bilməmək və görülən işlərdə mənasızlıq hissi. xəbər verir ki, bu barədə MİREA - Rusiya Texnologiya Universitetinin Humanitar və Sosial Elmlər kafedrasının dosenti Yelena Şpaqin
31 avqustMəşhur restoran şəbəkəsindən aldığı hamburgerdən görün nə çıxdı
İstanbulun Ataşehir rayonunda yerləşən AVM-lərdən birində fəaliyyət göstərən dünyaca məşhur restoran şəbəkəsindən hamburger sifariş edən müştəri yeməyini yoxlayarkən gözlənilməz mənzərə ilə qarşılaşıb. Müştərinin iddiasına görə, hamburgerin içərisindəki kahı yarpaqlarının arasında sümüklü böcəyə bənzəyə
31 avqustBu hotelin gecəsi 8 dollardır! Səbəb görün nədir
\Braziliyada aşağı büdcəli yaşayış üçün təklif olunduğu bildirilən hotel otağının görüntüləri sosial mediada diqqət çəkib. Gecəlik qiymətinin cəmi 8 dollar olduğu iddia edilən otağın olduqca kiçik olması təəccüb yaradıb. xarici mediaya istinadla xəbər verir ki, görüntülərdə otağın demək olar ki, bütü
4 sentyabr