Cahid Şahbazovun əməliyyatından sonra görməsində problem yarandığını iddia etdi
Moskvada yaşayan, sosial şəbəkələrdə "dr_julietta" adı ilə tanınan kosmetoloq Bakıda keçirdiyi keratopiqmentasiya əməliyyatından sonra görmə ilə bağlı problemlər yaşadığını iddia edib.
Qaynarinfo 1news.az-a istinadən xəbər verir ki, qadın təxminən iki il əvvəl Bakıda oftalmoloq Cahid Şahbazov tərəfindən göz rənginin dəyişdirilməsi əməliyyatı keçirib. İlkin mərhələdə əməliyyatın uğurlu olduğunu düşünən kosmetoloq zaman keçdikcə, xüsusilə də doğuşdan sonra görməsində ciddi dəyişikliklər yarandığını bildirib.
"Mən kataraktası olan insan kimi görürəm. Dünən uzunmüddətli müayinədən keçdim, çünki görməyimin pisləşdiyini hiss etdim. Həkim bildirdi ki, formal olaraq görmə qabiliyyətim 100 faizdir. Amma məni qaranlıqda və yan işıqda görmə narahat edir. Boyaya görə bütün rənglər solğun görünür, uzaqdakı hər şey bulanıqdır. Gözlərimdə də sanki çıxarmaq istədiyim bir pərdə hissi var" deyə, kosmetoloq bildirib.
O, piqmenti sildirmək və gözlərinin təbii qəhvəyi rənginə qayıtmaq qərarına gəlib. Hazırda bunun üçün Rusiyada mütəxəssislərə müraciət etməyə hazırlaşır.
Məsələ ilə bağlı Cahid Şahbazaovla əlaqə saxlanılıb. Həkimin köməkçisi pasiyentin iddialarını təkzib edib və onun açıqlamalarının sosial şəbəkədə gündəm yaratmaq məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, bu, Cahid Şahbazaovun fəaliyyəti ətrafında ilk qalmaqal deyil. Bundan başqa, oftalmoloqun fəaliyyəti ilə bağlı digər pasiyentlərin də şikayətləri yayımlanıb. Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həkim barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi də başlanıb. Maddə səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan mühüm zərər və ya digər ağır nəticələrə səbəb olmanı nəzərdə tutur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 503 Tarix: 05 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü
Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib. 1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Xəzə
14 sentyabrRamiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb. Gününsəsi.info-ya istinadla xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlumata görə, iş üzrə ittiha
14 sentyabrAzərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat
14 sentyabrSabah bu ərazilərdə qaz olmayacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yəkunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərl
14 sentyabrBəyin atası da idarə rəisi işləyib - Foto
Bakıda sentyabrın 12-də dəbdəbəli toyu baş tutan bəyin kimliyi məlum olub. yurd.media-ya istanadən xəbər verir ki, Sitarə adlı xanımla evlənən Nicat Qurbanov Dövlət Gömrük Komitəsinin (DGK) sabiq idarə rəisi Nüsrət Qurbanovun oğludur. DGK İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışmı
14 sentyabrAzərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
"Əlisəttar Atakişiyevin oğlu ilə bu günlərdə qohumlardan biri əlaqə saxlamışdı. Onların arasında telefon danışığı olub. Bilirsiniz ki, Əlisəttar Atakişiyevin filmləri bu gün efirlərdə nümayiş etdirilir və onun adına qonorar yazılır. Kinogildiyadan yığmışdılar ki, qonorarı onun oğluna necə çatdıraq
14 sentyabr