Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA

Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub".

Sonxeber.az Baku.ws-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, bu proseslə bağlı ən çox müzakirə olunan məqam pay torpaqlarının vətəndaşlardan alınıb-alınmayacağıdır:

"Pay torpaqları heç bir halda vətəndaşlardan məcburi şəkildə alınmayacaq. Konsolidasiya yalnız torpaq sahibinin razılığı əsasında həyata keçirilə bilər. Torpağın birgə istifadəyə verilməsi isə həmin sahəyə mülkiyyət hüququnun itirilməsi demək deyil.

Konsolidasiyanın əsas məqsədi xırda və parçalanmış torpaq sahələrini daha səmərəli təsərrüfat fəaliyyətinə cəlb etməkdir. Kiçik sahələrdə müasir suvarma sistemlərinin qurulması, texnikadan səmərəli istifadə və məhsulun maya dəyərinin aşağı salınması bəzən çətin olur. Sahələr birləşdirildikdə isə kombayn, traktor və digər kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə etmək, suya qənaət və məhsuldarlığı artırmaq imkanları genişlənir.

Məsələn, bir neçə fermer öz torpaqlarını könüllü şəkildə birgə istifadəyə verərsə, həmin sahələr vahid təsərrüfat kimi becərilə bilər. Əldə olunan gəlirin bölüşdürülməsi isə bir qayda olaraq, birləşdirilən torpaqların ümumi sahədəki payına uyğun həyata keçirilə bilər. Beləliklə, fermer torpağını itirmədən daha böyük təsərrüfatın imkanlarından yararlanır".

Vüqar Bayramov əlavə edib ki, bu istiqamətdə Niderland, İsrail və Cənubi Koreya kimi ölkələrin təcrübəsinin öyrənilməsi də təsadüfi deyil:

"Həmin ölkələrin təcrübəsi göstərir ki, torpaqların daha səmərəli təşkil olunması kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə və istehsal imkanlarının genişlənməsinə şərait yarada bilər.

Azərbaycanda aparılmış torpaq islahatının əsas prinsiplərindən biri olan ədalətlilik və vətəndaşın mülkiyyət hüququnun qorunması bu prosesdə də əsas götürülür. Buna görə də konsolidasiya torpağın sahibindən alınması deyil, torpaq sahibinə öz sahəsindən daha səmərəli istifadə etmək və gəlirini artırmaq üçün yeni imkanların yaradılması kimi nəzərdə tutulur.

Bir sözlə, vətəndaşın razılığı olmadan onun pay torpağı birləşdirilməyəcək və mülkiyyət hüququ əlindən alınmayacaq. Əsas hədəf torpaqları vətəndaşlardan almaq deyil, parçalanmış sahələrin daha səmərəli istifadəsi, xərclərin azaldılması, məhsuldarlığın artırılması və nəticədə fermerlərin gəlirlərinin yüksəldilməsidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 707   Tarix: 05 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ailələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclər

Azərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır. Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?. Mövzu il

6 sentyabr
.

Türkmənistan 2027-2028-ci illərdə LLDCs-yə rəhbərlik edəcək, Azərbaycan vitse-sədr olacaq

Türkmənistan 2027-2028-ci illər üçün Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr Qrupunun (LLDCs) sədri, Azərbaycan isə vitse-sədri seçilib. "Report" xəbər verir ki, bu barədə "Turkmenportal" məlumat yayıb. Qeyd olunub ki, müvafiq qərar qrupun Nyu-Yorkda BMT yanında daimi nümayəndələ

5 sentyabr
.

Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?

Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq. xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, həmin an "payız bərabərliyi" adlanır. Bu zaman gecə ilə gündüz, demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub

4 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq

Sentyabrın 6-na gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətraf

5 sentyabr
.

Bu məktəblər DİSTANT TƏHSİLƏ keçir: Hansı tədbirlər görülməlidir?

Bəzi hallarda məktəblərin müvəqqəti olaraq distant təhsilə keçirilməsi zəruri ola bilər. Azərbaycanda da bu təcrübə müxtəlif səbəblərlə tətbiq edilib. Lakin distant təhsilin səmərəli olması üçün şagirdlərin texniki imkanları və dərslərdə fəal iştirakı nəzərə alınmalıdır. Bəs, məktəblərin distant təhsil

4 sentyabr
.

Ev sahibi kirayəçinin razılığı olmadan mənzilə daxil ola bilərmi? - AÇIQLAMA

Kirayə münasibətlərində tərəflərin hüquq və vəzifələri ilə bağlı mübahisəli məqamlar kifayət qədər çoxdur. Xüsusilə mənzil sahibinin kirayəçinin yaşadığı evə hansı hallarda daxil ola bilməsi məsələsi tez-tez sual doğurur. Bəzi hallarda ev sahibləri mənzilin özlərinə məxsus olduğunu əsas gətirərək kirayəçini

4 sentyabr
.

Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək

Bakıda Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. nazirliyə istinadən xəbər verir ki, yarmarkad

4 sentyabr
.

Bu şəxslər pullarını GERİ ALA BİLƏCƏK - YENİLİK

Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır. xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul ola

6 sentyabr
.

M7 ekspres marşrutu açılır - "20 Yanvar"dan "Həzi Aslanov"a qədər gedəcək

Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov"

4 sentyabr