Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ

Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏYeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanın 10 faizdən yüksək olması, 10-14 faiz intervalında formalaşması ehtimalı da istisna edilmir.

Məsələnin əsasını əməkhaqqının artımı təşkil edir. Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsi əvvəlki ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun həyata keçirilir. 2026-cı ilin ilk yarısında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 1 174,4 manata çatıb. Bu göstərici artıq gələn ilin pensiya artımı üçün müəyyən baza formalaşdırır.

Burada diqqətçəkən məqam odur ki, ilin ilk altı ayında əməkhaqqının 7 faiz artmasından sonra ikinci yarıda artım tempinin avtomatik şəkildə kəskin zəifləyəcəyini düşünmək üçün ciddi əsas yoxdur. Əksinə, qiymətlərin yüksəlməsi əməkhaqlarının nominal ifadədə artırılması təzyiqini gücləndiror. Əgər ilin ikinci yarısında da əməkhaqqı artımı 7 faiz ətrafında və ya daha yüksək səviyyədə qalarsa, 2026-cı ilin yekun əməkhaqqı göstəricisinin pensiya indeksasiyası üçün daha yüksək baza yaratması mümkündür.

Bu baxımdan, 2027-ci ilin yanvarında pensiyaların 10 faizdən yuxarı indeksləşdirilməsi ehtimalını da nəzərdən keçirmək lazımdır. Təbii ki, yekun faiz yalnız 2026-cı ilin tam statistik göstəriciləri formalaşdıqdan sonra məlum olacaq. Lakin əməkhaqqı dinamikasının ikinci yarıda da yüksək qalması halında 10-14 faizlik indeksasiya ssenarisi real ehtimal kimi qiymətləndirilir.

Belə artım pensiyaçılar üçün kifayət qədər ciddi fərq yaradacaq. Məsələn, hazırda 500 manat pensiya alan şəxs üçün 10 faizlik indeksasiya 550 manat, 12 faizlik artım 560 manat, 14 faizlik artım isə 570 manat pensiya deməkdir. 600 manat pensiyada isə müvafiq olaraq 660, 672 və 684 manat alınır.

429,30 manat pensiya alan vətəndaş üçün isə mənzərə belədir: 10 faiz artım zamanı pensiya 472,23 manata, 12 faiz artım zamanı 480,82 manata, 14 faiz artım zamanı isə 489,40 manata yüksələ bilər. Bunlar yalnız indeksasiyanın hesablanmasıdır və əlavə sosial qərarlar qəbul olunarsa, yekun məbləğ daha da yüksək ola bilər.

Üstəlik, pensiya məsələsinə yalnız indeksasiya mexanizmi çərçivəsində baxmaq düzgün olmaz. Azərbaycanda orta aylıq əməkhaqqının regional müqayisədə Ermənistan və Gürcüstandan geri qalması məsələsi də vaxtaşırı gündəmə gəlir. Müxtəlif müqayisələrdə Azərbaycanın orta əməkhaqqının Cənubi Qafqazın digər iki ölkəsinin göstəricilərindən aşağı olduğu göstərilir.

Bu vəziyyət hökumətin qarşısında daha mühüm sosial-iqtisadi vəzifə qoyur: əhalinin gəlirlərinin və xüsusilə sosial ödənişlərin real alıcılıq qabiliyyətinin qorunması. Əməkhaqqı ilə pensiyalar arasında müəyyən əlaqənin saxlanılması sosial siyasətin mühüm elementidir.

Ona görə də 2027-ci ilin əvvəlində təkcə qanunla nəzərdə tutulan indeksasiyanın tətbiqi ilə kifayətlənilməməsi ehtimalı da müzakirə oluna bilər. Hökumət gələn ilin birinci yarısında yeni sosial paket qəbul edərsə, bu paket çərçivəsində əmək pensiyalarına indeksasiyadan əlavə müəyyən artımların verilməsi də mümkündür. Azərbaycanda bunun nümunələri əvvəllər də olub: bəzi illərdə indeksasiya ilə yanaşı əlavə maddi dəstək və sosial ödənişlər həyata keçirilib.

Deməli, qarşıdakı dövrdə pensiyaçılar üçün iki ayrı artım imkanından danışmaq olar. Bunlardan birincisi, əməkhaqqının illik artımına uyğun olaraq qanunvericilik əsasında həyata keçiriləcək məcburi indeksasiyadır. İkincisi isə dövlətin sosial siyasət qərarından asılı olacaq əlavə artım və ya sosial paketdir.

Əgər əməkhaqqının illik artımı 10 faizdan yuxarı (böyük ehtimalla) formalaşarsa, pensiyaçılar yanvar ayında artıq qanuni indeksasiya hesabına ciddi artım görə bilərlər. Əməkhaqqı dinamikası 10-14 faiz intervalına yaxınlaşarsa, pensiya artımının da bu diapazonda olması mümkündür. Bunun üzərinə hökumətin əlavə sosial dəstək qərarı gəlsə, pensiyaçının gəlirində faktiki artım indeksasiya faizindən də yüksək ola bilər.

Burada daha bir vacib məqam var. 2026-cı ildə pensiyalar 9,3 faiz indeksləşdirilib və bu artım üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsait ayrılıb. Bu, dövlətin pensiya artımlarının maliyyələşdirilməsi üçün kifayət qədər böyük resurs ayıra bildiyini göstərir.

Ona görə də 2027-ci ilin yanvarı pensiyaçılar üçün sıradan bir indeksasiya dövrü yox, sosial siyasət baxımından mühüm mərhələ ola bilər. Əməkhaqqı artımı yüksək qalarsa, 14 faizlik indeksasiya artıq kifayət qədər real ssenariyə çevrilə bilər. Əlavə sosial paket qəbul olunacağı təqdirdə isə pensiyaçılar üçün bundan da böyük müjdə mümkündür.

Başqa sözlə, hazırkı göstəricilər əsasında ən ehtiyatlı yanaşma belə deməyə imkan verir: 2027-ci ilin əvvəlində pensiyaların artacağı demək olar ki, gözlənilən prosesdir, əsas sual isə artımın neçə faiz olacağıdır. Hazırkı tendensiyalar 10 faizdən yuxarı artım ehtimalını gündəmdə saxlayır.(globalinfo.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2893   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğlunun itkisindən 19 gün sonra vəfat etdi

Avqustun 16-da qəfil vəfat edən Bərdə rayon təhsil sektorunun müdiri Nicat İsmayılovun ailəsində daha bir ağır itki baş verib. "Qafqazinfo" xəbər verir ki, ürək tutmadan dünyasını dəyişən 41 yaşlı məmurun atası da vəfat edib. Bərdə şəhərində yaşayan Əli İsmayılov oğul itkisindən 19 gün sonr

5 sentyabr
.

Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb. "Report"un məlumatına görə, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel"

6 sentyabr
.

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 182,54 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,6 % çoxdur. Avqust ayında Türkiyə Azərbaycana 22,183 milyo

5 sentyabr
.

Kirayə qiymətlərinin yüksəlməsinin əsas səbəbi nədir? - AÇIQLAMA

Bakıda kirayə mənzil bazarında qiymət artımı yenidən gündəmdədir. Xüsusilə sentyabr ayının yaxınlaşması ilə tələbələrin paytaxta qayıtması və yeni qəbul olunanların mənzil axtarışına başlaması kirayə evlərə tələbi artırır. Bəs bu dövrdə kirayə qiymətlərinin yüksəlməsinin əsas səbəbi nədir? Tələbə axın

4 sentyabr
.

Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA

"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". -ə istinadla xəbər verir ki

5 sentyabr
.

Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT

Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər

5 sentyabr
.

Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək

Bakıda Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. nazirliyə istinadən xəbər verir ki, yarmarkad

4 sentyabr
.

Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysa

4 sentyabr
.

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund

6 sentyabr