Ailələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclər

Ailələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclərAzərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır.

Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov KONKRET.az-a açıqlamasında bildirib ki, ailə büdcəsində xərclərin dəqiq faiz nisbətini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırma aparılmalıdır:

"Bununla bağlı tədqiqat aparılmalıdır ki, dəqiq rəqəmləri demək mümkün olsun. Məsələn, ailə kirayədə yaşayırsa və vətəndaş minimum əməkhaqqı civarında, yəni 400-600 manat maaş alırsa, şəhərdən kənarda belə ən ucuz birotaqlı evin kirayəsi 200-300 manat təşkil edə bilər. Bu halda gəlirin 60-70 faizi yalnız kirayəyə gedir. Belə vəziyyətdə ailəni dolandırmaq, təbii ki, mümkün deyil".

Ekspertin sözlərinə görə, ailənin gəlir-xərc nisbəti yaşayış yerindən, ailə üzvlərinin sayından və gəlir səviyyəsindən asılı olaraq dəyişir:

"Məsələn, vətəndaş 1000 manat maaş alırsa, şəhərdən kənarda yaşayırsa və ailə üzvlərinin sayı çoxdursa, təxmini hesablama aparmaq mümkündür. Amma konkret faiz nisbəti ilə danışmaq çətindir.

İlk növbədə ailə büdcəsinə ən ciddi təsir edən xərc istiqamətlərindən biri kirayədir. Kirayədə yaşayan vətəndaşın gəlirinin əhəmiyyətli hissəsi buna gedir. Ardınca ərzaq xərcləri gəlir. Bu da bir çox vətəndaşın gəlirində ciddi xərc payı təşkil edir".

Fuad İbrahimov nəqliyyat xərclərinin də ailə büdcəsinə əlavə yük yaratdığını vurğulayıb.

"Şəhərdən kənarda yaşayan və şəhərdə işləyən vətəndaş gündə ən azı iki dəfə marşrut dəyişməli olur. Vətəndaş bir bilet alırsa, bir saat ərzində istənilən sayda marşrutu, məsələn, 2-3 dəfə dəyişə bilməlidir. Bu, ailə büdcəsinə müəyyən qədər təsir göstərər və nəqliyyat xərclərini azaldar".

Ekspert bildirib ki, ailələrin xərcləri yalnız kirayə, ərzaq və kommunal ödənişlərlə məhdudlaşmır. Səhiyyə və təhsil sahəsində də ailələrin üzərinə əlavə, bəzən isə gözəgörünməyən xərclər düşür:

"Səhiyyəmiz pulsuz hesab olunsa da, müəyyən hallarda vətəndaşlar əlavə pul xərcləmək məcburiyyətində qalırlar. Məsələn, hər hansı müayinəyə növbə bir ay sonraya verilə bilər. Vətəndaş da məcburiyyət qarşısında növbəsiz müayinədən və ya xidmətdən istifadə edir".

Ekspert təhsil sahəsində də oxşar vəziyyətin yarandığını deyib:

"Təhsilin adı pulsuz olsa da, faktiki olaraq ailələrin üzərinə müəyyən xərclər düşür. Demək olar ki, əhalinin böyük hissəsi uşaqlarını birinci sinifdən repetitor yanına göndərir. Halbuki sovet dövründə bu məsələ əsasən yuxarı siniflərdə, xüsusilə 9-10-cu siniflərdə aktuallaşırdı. İndi isə uşaqların böyük qismi əlavə müəllim yanına gedir. Bunların hamısı gözə görünməyən xərclərdir".

İqtisadçı əlavə edib ki, telefon, internet, geyim və digər gündəlik tələbatlar da ailələrin ümumi xərc yükünü artırır.

"Telefon, internet, geyim və digər xərclər də ailə büdcəsində ciddi yer tutur. Ümumilikdə, gəlirin 80-90 faizinə təsir edən əsas xərc istiqamətləri arasında kirayə, ərzaq və kommunal ödənişləri xüsusi qeyd etmək olar. Bunlar ailənin ümumi xərclənmə xəritəsinin əsas hissəsini təşkil edir", - deyə Fuad İbrahimov vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 217   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı

Korrupsiya cinayətlərində təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ev Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşir. Altı ay əvvə

5 sentyabr
.

Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı

Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri nəzərdə tutulduğundan daha əvvəl aradan qaldırılıb. xəbər verir ki, şəhərin bəzi küçə və prospektlərində tətbiq olunan məhdudiyyətlər götürülüb və yolla

5 sentyabr
.

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund

6 sentyabr
.

"Uzunömürlülük sadəcə yaşamaq deyil, həyatı mənalı yaşamaqdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ

Müasir dünyada insan ömrünün uzadılması ilə yanaşı, yaşlılıq dövründə həyat keyfiyyətinin qorunması da mühüm məsələlərdən birinə çevrilib. Yaşlanma artıq yalnız tibbi və fizioloji proses kimi deyil, insanın sosial, emosional və psixoloji həyatını əhatə edən kompleks mərhələ kimi qiymətləndirilir.Bu baxımda

5 sentyabr
.

Kirayə qiymətlərinin yüksəlməsinin əsas səbəbi nədir? - AÇIQLAMA

Bakıda kirayə mənzil bazarında qiymət artımı yenidən gündəmdədir. Xüsusilə sentyabr ayının yaxınlaşması ilə tələbələrin paytaxta qayıtması və yeni qəbul olunanların mənzil axtarışına başlaması kirayə evlərə tələbi artırır. Bəs bu dövrdə kirayə qiymətlərinin yüksəlməsinin əsas səbəbi nədir? Tələbə axın

4 sentyabr
.

Türkmənistan 2027-2028-ci illərdə LLDCs-yə rəhbərlik edəcək, Azərbaycan vitse-sədr olacaq

Türkmənistan 2027-2028-ci illər üçün Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr Qrupunun (LLDCs) sədri, Azərbaycan isə vitse-sədri seçilib. "Report" xəbər verir ki, bu barədə "Turkmenportal" məlumat yayıb. Qeyd olunub ki, müvafiq qərar qrupun Nyu-Yorkda BMT yanında daimi nümayəndələ

5 sentyabr
.

AYNA yolların xətlənməsinə 37 milyon manat xərcləyəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində yollarda xətlənmə işlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. -a istinadən xəbər verir ki, tenderin yekun qiyməti 36 milyon 795 min manat təşkil edib. Sənədlərdə göstərilən işlər arasında 2 milyon kvadratmet

4 sentyabr
.

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Avqustda isə Türkiyə Azərbaycan

5 sentyabr
.

Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək

Bakıda Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. nazirliyə istinadən xəbər verir ki, yarmarkad

4 sentyabr