Azərbaycanda ovuc içi ilə ödəniş TƏTBİQ EDİLDİ
Artıq ödəniş etmək üçün hər dəfə bank kartını və ya smartfonumuzu çantadan çıxarmağa ehtiyac yoxdur. Azərbaycanda ovuc içi ilə ödəniş texnologiyası tətbiq olunub. Bu sistem ilk baxışdan maraqlı və bir qədər də qeyri-adi görünür. Axı illərdir ödəniş dedikdə ağlımıza nağd pul və ya kart gəlir. İndi isə bütün bunların yerini insanın öz biometrik məlumatı tuta bilər.
Ovuc içi ilə ödənişin əsas üstünlüyü rahatlıqdır. Kartı itirmək, evdə unutmaq problemi yoxdur. Bir neçə saniyə ərzində ödəniş etmək mümkündür. Xüsusilə gündəlik və kiçik alış-verişlər zamanı bu üsul insan üçün daha asan görünə bilər.
Amma məsələ təkcə rahatlıqdan ibarət deyil.
Bəs insanlar biometrik məlumatlarını belə bir sistemə etibar etməyə hazırdırmı?
Kart məlumatlarının oğurlanmasından narahat olan insanlar indi öz biometrik məlumatlarının təhlükəsizliyini düşünməlidirlər. Çünki bank kartını dəyişmək mümkündür, amma biometrik məlumat insanın özünə məxsusdur.
Ovuc içi ilə ödəniş gələcəkdə bank kartlarını tamamilə əvəz edə bilərmi? Yoxsa insanlar yenə də ənənəvi ödəniş üsullarına üstünlük verəcək?
"Unikal" xəbər verir ki, mövzuya münasibət bildirən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Bizim.Media-ya bu, bank kartına olan ehtiyacı tamamilə aradan qaldırmayacağını bildirib.
"Azərbaycanda "PalmPay" kimi ovuc içi ilə ödəniş texnologiyalarının tətbiqi rəqəmsal ödəniş ekosistemində yeni bir mərhələ açsa da, yaxın və orta müddətli dövrdə bank kartlarına olan ehtiyacı tamamilə aradan qaldırmayacaq. Bu sistem ənənəvi kartları sıradan çıxarmaqdan ziyadə, istifadəçilərə daha sürətli və alternativ bir ödəniş kanalı təqdim edir. Ovuc içi ödənişlərin kütləviləşməsi üçün ölkə üzrə bütün ticarət obyektlərində xüsusi biometrik terminalların quraşdırılması tələb olunur ki, bu da müəyyən zaman aparacaq. Ən mühüm məqam isə odur ki, ovuc içi özlüyündə bir hesab deyil, sadəcə identifikasiya alətidir; arxa fonda tranzaksiyalar yenə də istifadəçinin bank hesabına və ya kart infrastrukturuna bağlanaraq icra olunur", deyə o qeyd edib.
O hesab edir ki, cəmiyyətin bu yeni texnologiyaya güvənməsi və adaptasiya prosesi isə tədricən tətbiq olunan maarifləndirmə və təhlükəsizlik amillərindən asılı olacaq:
"Vaxtilə təmassız kartlara və ya Apple Pay/Google Pay sistemlərinə qarşı olan ilkin şübhələr zamanla rahatlıq faktoru hesabına aradan qalxdığı kimi, ovuc içi ödənişlərdə də bənzər dinamika müşahidə olunacaq. Dəri altındakı damar naxışlarının gözlə görünməməsi, kopyalanmasının imkansızlığı və canlılıq testi kimi qabaqcıl müdafiə mexanizmləri bu üsulu PİN kodlu plastik kartlardan daha təhlükəsiz edir. İstifadəçilərə biometrik verilənlərin foto kimi deyil, şifrələnmiş riyazi kodlar şəklində qorunduğu aydın izah edildikcə və xidmətin yaratdığı komfort hiss olunduqca, ovuc içi ödənişlərə olan ictimai etibar kəskin şəkildə artacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı
Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT
Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR
Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Azərbaycanda toylar üçün YENİ ŞƏRTLƏR - 2 saat, maksimum 100 nəfər!
Bakının mərkəzində gənc qız diqqət çəkdi - VİDEO
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN
Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO
Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ
İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır
Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO
DİQQƏT! 9 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Qaynananız sizə bu 6 hədiyyəni versə, götürməyin
Toyda bəyin dostlarının zarafatı müzakirə yaratdı - VİDEO