Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandıOrta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonunda gəlirlərinin dəyişməməsindən şikayətlənirlər.

Bəs orta aylıq pensiyanın artması konkret vətəndaşların gəlirlərinə nə dərəcədə təsir edir? Pensiya və maaşlarda növbəti artım nə zaman gözlənilir?

Globalinfo.az-a danışan iqtisadçı Vüsalə Əhmədova vətəndaşların "orta aylıq maaş və ya pensiya artırılıb, amma mənim maaşım və ya pensiyam dəyişməyib" deməsi tamamilə əsaslı irad olduğunu bildirib.

"Çünki "orta aylıq əməkhaqqı" ölkədə müxtəlif əməkhaqlarının statistik göstəricisidir. Yəni şəxsin maaşının həmin faizlə artması demək deyil. Orta əməkhaqqı göstəricisi pensiyalar baxımından yalnız hüquqi əhəmiyyət daşıyır. Çünki "Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsində, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulub", deyə o qeyd edib.

İqtisadçı bildirib ki, nominal artım ilə real artım arasında ciddi fərq var:

"Əgər pensiya 10 faiz artırılırsa və həmin dövrdə ərzaq, dərman, kommunal, geyim, xidmətlər və digər xərclər 80 faiz artırsa, belə olan şəraitdə insanların sosial rifahının yüksəlməsindən bəhs edə bilmərik. Məsələn, pensiya 9,3 faiz artırılıb, amma həmin şəxsin yalnızca əsas xərcləri 35-50 faiz bahalaşıbsa, pensiyaçının real alıcılıq qabiliyyəti təbii ki, aşağı düşəcək. İnsanların real gəliri inflyasiyanı üstələmir.

Ən doğru artım necə olmalıdır sualına belə cavab verə bilərəm ki, pensiya və maaşların artım faizi ilə inflyasiya və faktiki istehlak səbətinin qiymət artımı uyğunlaşdırılsın".

İqtisadçının fikrincə, pensiya və maaş yanvar ayında artırıla bilər:

"Böyük ehtimalla pensiyaların yenidən yanvarın 1-dən indeksləşdirilməsi mexanizmi işləyəcək. Çünki qanunda əmək pensiyasının ildə bir dəfə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulur. Əməkhaqlarının artırılması isə dövlət sektorunda ayrıca qərar və ya sərəncam, büdcə imkanları, tarif və vəzifə maaşlarında dəyişiklik, həmçinin minimum əməkhaqqının artırılmasına bağlıdır. Təkrar qeyd edim ki, pensiyanın nominal olaraq 8-10 faiz artırılması bir pensiyaçı üçün heç nə ifadə etməyəcək. Məsələn, 600 manat pensiya 10 faiz artaraq 660 manat olsa və həmin şəxsin əsas istehlak xərcləri eyni müddətdə 40-50 faiz artsa, alıcılıq qabiliyyəti yenə də faktiki olaraq azalacaq. Pensiya və minimum əmək haqqını inflyasiyaya uyğun artırmaq üçün ayrıca mexanizm qurulmalıdır. Bu mexanizm vətəndaşın alıcılıq qabiliyyətinin inflyasiya qarşısında qorunmasına daha yaxşı xidmət edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 50601   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

16 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Milli teleradio: Dövlətçilik ənənələrinin, milli kimliyin və Azərbaycan həqiqətlərinin təbliğində strateji vasitə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin əsas istiqamətlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini, eləcə də müasir dövrdə informasiya təhlükəsizliyini

16 noyabr
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr
.

Bakıda təcili yardım maşınında yük daşınır - Video

Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB

16 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr