Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldıTürkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər.

Musavat.com xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər.

Lakin telefonda iki SIM-kart yuvası və ya bir SIM-kart yuvası ilə e-SIM dəstəyi varsa, bu müddət 8 aya qədər uzanır.

Belə ki, 4 ay fiziki SIM-kartdan, növbəti 4 ay isə e-SIM və ya ikinci fiziki SIM-kart yuvasından istifadə olunur.

Xaricdə satılan telefonlar Türkiyə ilə müqayisədə daha ucuzdur. Bəzi vergilərin olmaması və "Tax Free" avantajı ilə ödənilən ƏDV-nin ölkədən çıxarkən nağd və ya karta geri qaytarılması qeydiyyatsız telefon almağı cəlbedici edir.

Məlumata görə, xaricdən alınan telefona yerli operatorların SIM-kartı taxıldıqda 120 günlük qanuni istifadə müddəti başlayır.

Amma buradakı ən kritik məqam müddətin karta taxıldığı andan deyil, İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) tərəfindən göndərilən rəsmi xəbərdarlıq SMS-inin gəldiyi tarixdən etibarən hesablanmasıdır.

SMS gəldikdən sonra 4-cü ayın tamamında telefon şəbəkəyə bağlanır. Bu zaman e-SIM və ya ikinci SIM-kart yuvasına keçid edilərək daha 4 ay istifadə imkanı yaranır. İkinci mərhələdə də 4 aylıq müddət xəbərdarlıq mesajı gəldikdən sonra hesablamağa başlayır.

Nümunə üçün, telefon 1 mayda alınıbsa, ilk 4 aylıq dövr 31 avqustda başa çatır. İkinci SIM-kart və ya e-SIM-ə keçdikdə isə 1 sentyabr - 31 dekabr tarixləri arasında növbəti 4 ay tamamlanır. Lakin bu nöqtədən sonra yeni təqvim ili başladığı üçün cihazı növbəti ilin 1 yanvar - 31 avqust tarixləri arasında da istifadə etmək mümkün olur. Beləliklə, istifadəçilər telefonu aralıqsız 16 ay işlədə bilirlər.

16 aylıq müddət bitdikdən sonra telefon ya xaricdə ikinci əl kimi, ya ölkə daxilində ehtiyat hissəsi kimi dəyərindən ucuz satılır, ya da rəsmi qeydiyyat rüsumu ödənilərək leqallaşdırılır.

Android əməliyyat sistemli telefonlara qanunsuz yolla IMEI kodu yazılaraq istifadəsi təmin edilir. İşlək və ucuz telefonların IMEI kodları xaricdən gətirilən son model cihazlara köçürülür və bağlanma riski olmadan işlədilir. Android telefonlara IMEI yazılması təxminən 1000-2000 lirəyə başa gəlir. iOS (iPhone) sistemli cihazlarda isə bu əməliyyatı etmək mümkün deyil.

Yeni təqvim ilinə keçildikdə "qara siyahı"ya düşmüş telefonların yenidən şəbəkəyə qoşulması 5 günə qədər vaxt apara bilər.

Qeyd edək ki, 2026-cı ildən etibarən Türkiyədə xaricdən gətirilən telefonların IMEI qeydiyyat rüsumu 54 min 258 lirə təşkil edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 452   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Körpəsini xəstəxananın həyətində dünyaya gətirdi

Bərdədə hamilə qadın xəstəxananın həyətində körpə dünyaya gətirib. xəbər verir ki, bu barədə məlumatı TƏBİB yayıb. Bildirilib ki, avqustun 10-u səhər saat 10:40 radələrində 35 həftəlik hamilə qadın Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb

14 sentyabr
.

"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne

15 sentyabr
.

Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA

Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı

14 sentyabr
.

165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO

Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra

15 sentyabr
.

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. -a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, eyn

15 sentyabr
.

Nəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac

15 sentyabr
.

Bakıda yeniyetmənin müəmmalı ölümündə "Roblox" izi - Baş Prokurorluqdan çağırış

Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq valideynlərə çağırış edib. İlkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəl

14 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2026-2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,

15 sentyabr