Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər

Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblərEvlilik təklifi hər iki tərəf üçün də həyəcanverici bir an olmalıdır. Lakin bəzən işlər planlaşdırıldığı kimi getmir.

Milli.Az xəbər verir ki, Reddit-in populyar "Ask Women" səhifəsində bir istifadəçinin verdiyi "Evlilik təklifini rədd edən qadınlar, o an tam olaraq nə yaşandı?" sualına gələn cavablar həm təəccüblü, həm də düşündürücü həqiqətləri ortaya çıxardı.

1. "Ayrılmamaq üçün təklif etdi"
Evliliyə hazır idim, ancaq sevgilimin ciddi şübhələri var idi. Eyni fikirdə olmadığımız bir münasibəti davam etdirə bilməyəcəyimi söyləyəndə, sırf ayrılmamaq üçün üzük alıb gəldi. Düzgün səbəblərlə edilmədiyi üçün rədd etdim.

2. "Seçimlərim instinktlərimə uduzdu"
İki dəfə rədd etdim. Birincisində İtalyan sevgilim idi və münasibətimizin getmədiyini görüb bitirdim. İkincisi isə uşaqlarımın atası idi; əvvəlcə "hə" desəm də, toy planları başlayanda hiss etdiklərimə güvənib imtina etdim. Bu gün başqası ilə nişanlıyam və uşaqları böyüdərkən əla bir dostluğumuz var.

3. "Ayrılıq ağrılı idi, amma peşman deyiləm"
Təklifinə "xeyr" deyəndə çox sarsıldı. Sonra ciddi bir özünüqiymətləndirmə prosesinə girdi və yollarımızı tamamilə ayırdıq. Özümə gəlməyim vaxt aldı, lakin verdiyim qərardan peşman deyiləm.

4. "Sadəcə mənim üçün evlənməsini qəbul edə bilməzdim"
Hamiləyəm və 3 illik sevgilim evliliyin özü üçün mənasız olduğunu, amma mənim üçün edə biləcəyini söylədi. Məncə, bu, təhqir idi. Sadəcə mənimlə evlənməyi mənalı görən və bundan qürur duyan biri ilə evlənərəm deyərək rədd etdim. Qərarımla qürur duyuram.

5. "48 saatdır tanıdığım adam seks üçün təklif etdi"
19 yaşındaydım, o, isə 23. Birinin Rədd edəndə cinsi təcrübəsizliyini bəhanə gətirərək fikrimi dəyişməyə çalışdı. Tam bir kabus idi.

6. "Yaşıl kart üçün pul təklif etdi"
Sırf yaşıl kart ala bilmək üçün təklif etdi və pul təklif etdi. Təklif etdiyi məbləğ tələbə krediti borclarımı bağlamağa belə çatmırdı.

7. "Üçüncü dəfədə 'hə' dedim, amma..."
Birincisində münasibət çox yeni idi, ikincisində sərxoş olanda ağzından qaçırmışdı; rədd etdim. Üçüncüsündə "hə" dedim. 15 il sonrakı boşanma prosesimə baxsaq, ən başdakı instinktlərimə güvənməli imişəm.

8. "Romantika problemlərimizi həll etməyəcəkdi"
Ona "ayrılaq" deyəndən bir həftə sonra təklif etdi. Mənimlə pis davranırdı və romantik bir jestin 5 illik emosional zorakılığı ört-basdır edə biləcəyini hesab edirdi. "Xeyr" dedim. İndi 4 ildir gözəl evliliyim var.

9. "Ən böyük qorxumu gerçəkləşdirdi"
İcazə verilməyən bir yerdə, insanların içində edilən təklifə nifrət etdiyimi dəfələrlə demişdim. O isə bir gəzinti zamanı, insanların ən çox toplaşdığı yerdə, yad adamların qarşısında etdi. Panik atak keçirərək ağlayaraq uzaqlaşdım.

10. "Tamamilə maddi bir qərar idi"
7 illik sevgilimə "xeyr" dedim, çünki toy üçün heç pulumuz yox idi. Aramızda böyük bir dram yaşanmadı, sadəcə məntiqli olanı seçdik.

11. "Məni aldatdıqdan bir ay sonra təklif etdi"
Məni aldatdığı üçün ayrıldıqdan bir ay sonra gəlib evlənmə təklif etdi. Ən azından "xeyr" deyəcək qədər ağlı başında biri idim.

12. "Yanlış zaman"
Dərsə gecikirdim və o an təklif etdi. Vaxt seçimi bərbad idi. Əsəbləşdim və rədd etdim. Daha sonra bir doğru zamanda yenidən soruşdu, bu dəfə "hə" dedim! Bu il 11-ci ilimizi qeyd edirik!

13. "Hələ 18 yaşındaydım"
Məktəbi təzə bitirmişdik. O, gələcəyimizi planlaşdırmaq fikrində idi, mən isə 20-li yaşlarımı azad yaşamaq istəyirdim. Sevginin tək başına kifayət etmədiyini başa düşməli idi.

14. "Notariat xərci tutmasın deyə təklif etdi"
Ortaq evimiz və uşağımız üçün vəsiyyətnamə hazırlatmaq istəyirdim. Notarius 500 dollar istəyəndə sevgilim bahalı görüb "Şəhər məhkəməsində evlənək, daha ucuza başa gələr" dedi. Romantik olmadığı üçün rədd etdim.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 261   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elm adamlarına görə ƏN GÖZƏL körpə adı

Valideynlərin körpələrinə ad seçərkən yaşadığı qərarsızlığa elm adamları son nöqtəni qoyub. İngiltərədəki Birmingem Universiteti tərəfindən aparılan beynəlxalq araşdırma fonetik strukturu və ahəngi ilə dünyanın ən melodik adını müəyyənləşdirib. Səs-elm (fonetika) meyarlarına yüzlərlə seçim arasında

6 sentyabr
.

Bu tapmacanın cavabını çoxları tapa bilmir - Son rəqəm nə olmalıdır?

Sosial şəbəkələrdə yayılan riyazi tapmaca istifadəçilərin diqqətini çəkib. Tapşırıqda adi toplama əməliyyatından fərqli nəticələr verilir və sonuncu misalın cavabını tapmaq tələb olunur. xəbər verir ki, tapmacada aşağıdakı misallar göstərilib:. 8 + 2 = 16106. 5 + 4 = 2091. 9 + 6 = 54153. 7 + 5 = ?. İl

6 sentyabr
.

Nömrə 1000 dollara, maşın pulsuz satılır

Macarıstanda köhnə avtomobil sahibi qeyri-adi satış elanı ilə diqqət çəkib. O, "BYD-66" dövlət qeydiyyat nişanını satır, avtomobili isə faktiki olaraq pulsuz verir. Elan "Facebook"dakı BYD həvəskarları qrupunda yerləşdirilib. Hazırda "BYD-66" nömrəsi 1989-cu il istehsal

5 sentyabr
.

210 milyon illik yeni dinozavr növü kəşf edildi

Beynəlxalq tədqiqat qrupu Zimbabvedəki Kariba gölü sahillərində təxminən 210 milyon il əvvəl yaşamış yeni dinozavr növünün qalıqlarının aşkar edib. Alimlərin fikrincə, Afrika qitəsində hələ kəşf edilməmiş çoxlu sayda qalıq var və bu tapıntı "aysberqin yalnız ucu"dur. "Qafqazinfo"

3 sentyabr
.

Evliliyi boşanmaya aparan 5 səhv

Bir çox cütlük zamanın və gündəlik həyatın yaratdığı sınaqlardan keçə bilmir. Bəzən isə boşanmaya çox ciddi görünməyən, lakin illər ərzində münasibətləri tədricən dağıdan konkret davranışlar səbəb olur. xəbər verir ki, statistika hər evliliyin zamanın sınağından uğurla çıxmadığını göstərir. İllər keçdikc

4 sentyabr
.

Qayınananın ərini qucaqlayan gəlinə hərəkəti müzakirə yaratdı - VİDEO

Ad günü qeyd edən cütlüyün romantik anlarına qayınananın müdaxiləsi sosial şəbəkələrdə gündəmə gəlib. xəbər verir ki, yayılan görüntülərdə kişinin həyat yoldaşı ilə birlikdə ad günü tortunun qarşısında səmimi anlar yaşadığı görünür. Cütlük kamera qarşısında birlikdə poza verməyə hazırlaşarkən gözlənilmə

5 sentyabr
.

Dünyanın ən varlı 10 insanı açıqlandı

İlon Maskın sərvəti avqust ayında 202 milyard dollar artaraq 892 milyard dollara çatıb. "SpaceX" və "Tesla"nın səhmlərinin bahalaşması sayəsində Mask dünyanın ən varlı insanı olaraq qalır. "Qafqazinfo" xəbər verir ki, "Forbes"in sentyabrın 1-də, saat 00:00-a ola

3 sentyabr
.

Qışda Avropada hara getmək olar? - Ən yaxşı 13 istiqamət

Qışa hələ bir neçə ay qalsa da, təcrübəli səyahətçilər xüsusilə bayram dövrü üçün səfər hazırlığına indidən başlayırlar. xəbər verir ki, "Lonely Planet" ekspertləri qarşıdakı qış mövsümündə Avropada ziyarət üçün ən yaxşı istiqamətlərin siyahısını açıqlayıblar. Ekspertlərin sözlərinə görə, qı

3 sentyabr
.

Ən sağlam doğrama taxtası bəlli oldu

Mətbəxlərdə demək olar ki, hər gün istifadə edilən doğrama taxtaları ilə bağlı diqqətçəkən bir araşdırma aparılıb. Taxta və plastik doğrama taxtalarının müqayisə edildiyi araşdırmada taxta olanların gigiyena baxımından daha avantajlı olduğu ortaya çıxıb. xəbər verir ki, xüsusilə plastik taxtalarda zamanl

5 sentyabr