Dərman qəbulunda ən böyük SƏHV - SƏBƏBİ heç ağlınıza gəlməyəcək
Dəmir preparatlarından istifadə edən, lakin dəmir ehtiyatları uzun müddət bərpa olunmayan insanların sayı az deyil. Poliklinikalarda rast gəlinən hallardan biri də aylarla dəmir qəbul etməsinə baxmayaraq, ferritin göstəricisinin hələ də aşağı qalmasıdır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə paylaşımda dəmir preparatlarının düzgün qəbul qaydasının əhəmiyyətinə diqqət çəkilib.
Bildirilib ki, problemin səbəbi hər zaman preparatın kifayət qədər güclü olmaması deyil, onun yanlış zamanda və yanlış qidalarla birlikdə qəbul edilməsi də ola bilər.
Qeyd olunub ki, dəmirin orqanizmdə sorulması hepcidin adlı hormonla əlaqəlidir. Bu səbəbdən dəmir preparatlarının qəbul vaxtı və tezliyi də sorulmaya təsir göstərə bilər.
Mütəxəssis dəmir preparatlarının səhər saatlarında, mümkün olduqda acqarına və bəzi hallarda gün aşırı qəbul edilməsinin sorulmanı yaxşılaşdıra biləcəyini bildirib. Çay və qəhvənin isə dəmirin sorulmasına mənfi təsir göstərə biləcəyi qeyd olunaraq, onların qəbulu ilə dəmir preparatı arasında vaxt intervalının saxlanılması tövsiyə edilib.
Mədə turşusunu azaldan preparatlardan, o cümlədən mədə qoruyuculardan istifadə edən şəxslərdə də dəmirin sorulmasının azala biləcəyi vurğulanıb. Belə dərmanlardan istifadə edənlərin müalicə rejimini həkimlə müzakirə etməsinin vacib olduğu bildirilib.
Ən mühüm məqamlardan biri isə dəmir çatışmazlığının müstəqil xəstəlik deyil, başqa problemin göstəricisi ola bilməsidir. Buna görə də dəmir çatışmazlığının səbəbi araşdırılmadan yalnız preparat qəbul etməklə kifayətlənmək düzgün yanaşma sayılmır.
Xüsusilə 50 yaşdan yuxarı kişilərdə və menopauza sonrası qadınlarda dəmir çatışmazlığının səbəbləri arasında gizli qanaxmaların araşdırılmasının əhəmiyyətli olduğu qeyd edilir.
Bununla yanaşı, ürək çatışmazlığı olan xəstələrdə dəmir çatışmazlığının qiymətləndirilməsi və müalicəsinə yanaşmanın fərqli ola biləcəyi vurğulanıb.
Mütəxəssislər dəmir preparatlarının həkim məsləhəti olmadan başlanılmamasını və qəbul qaydasının fərdi vəziyyətə uyğun müəyyənləşdirilməsini tövsiyə edirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 102 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğlunun itkisindən 19 gün sonra vəfat etdi
Avqustun 16-da qəfil vəfat edən Bərdə rayon təhsil sektorunun müdiri Nicat İsmayılovun ailəsində daha bir ağır itki baş verib. "Qafqazinfo" xəbər verir ki, ürək tutmadan dünyasını dəyişən 41 yaşlı məmurun atası da vəfat edib. Bərdə şəhərində yaşayan Əli İsmayılov oğul itkisindən 19 gün sonr
5 sentyabrKirayə qiymətlərinin yüksəlməsinin əsas səbəbi nədir? - AÇIQLAMA
Bakıda kirayə mənzil bazarında qiymət artımı yenidən gündəmdədir. Xüsusilə sentyabr ayının yaxınlaşması ilə tələbələrin paytaxta qayıtması və yeni qəbul olunanların mənzil axtarışına başlaması kirayə evlərə tələbi artırır. Bəs bu dövrdə kirayə qiymətlərinin yüksəlməsinin əsas səbəbi nədir? Tələbə axın
4 sentyabrPay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA
"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". -ə istinadla xəbər verir ki
5 sentyabrBakıda mal əti bahalaşdı - YENİ QİYMƏT
Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər
5 sentyabrBakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək
Bakıda Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. nazirliyə istinadən xəbər verir ki, yarmarkad
4 sentyabrRayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysa
4 sentyabrMaaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı
Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund
6 sentyabr