Smartfonu folqaya büksək nə baş verər? - Maraqlı təcrübə

Smartfonu folqaya büksək nə baş verər? - Maraqlı təcrübəAndroid smartfonla aparılan təcrübə göstərib ki, telefonu alüminium folqaya bükməklə simsiz əlaqəni müəyyən qədər bloklamaq mümkündür. Bunun əsasında isə real fiziki prinsip dayanır.

Qaynarinfo UNIAN-a istinadən xəbər verir ki, alüminium folqa yalnız qidaların təzəliyini qorumaq üçün istifadə edilmir, həm də simsiz siqnalları zəiflədə və bloklaya bilir.

"How-To Geek" nəşrinin müəllifi bunu praktiki olaraq yoxlamaq üçün Android smartfonunu iki qat alüminium folqaya büküb. Daha sonra başqa cihazdan "WhatsApp" vasitəsilə telefona zəng edilməyə cəhd göstərilib.

Nəticədə zəng telefona daxil olmayıb.

Daha sonra adi mobil rabitə də yoxlanılıb və nəticə dəyişməyib. Smartfon zəngləri və mətn mesajlarını qəbul etməyib.

Bunun səbəbi alüminium folqanın simsiz bağlantı üçün lazım olan radio siqnallarını zəiflətməsi və onların telefona daxil olmasına mane olmasıdır.

Wi-Fi, mobil rabitə, "Bluetooth" və GPS radio dalğalarından istifadə edir. Alüminium isə elektrik keçiricisi olduğuna görə radio dalğalarını əks etdirə və zəiflədə bilər. Nəticədə metal təbəqə siqnalların normal şəkildə keçməsinə mane olur.

Bu prinsip "Faraday qəfəsi" kimi tanınan sistemin əsasını təşkil edir. Mobil cihaz keçirici materialla kifayət qədər sıx şəkildə əhatə olunduqda radio siqnallarının içəri daxil olması və ya cihazdan kənara çıxması çətinləşir.

Təcrübə göstərib ki, telefon keçirici materialla kifayət qədər sıx örtüldükdə bu üsul həqiqətən işləyə bilər.

Bəs folqaya bükmək smartfonu haker hücumlarından qoruya bilərmi?

Telefonun folqaya bükülməsi simsiz siqnalları blokladığı üçün uzaqdan həyata keçirilən bəzi müdaxilə cəhdlərinin qarşısını müvəqqəti ala bilər. Lakin bu üsulu hakerlərdən etibarlı qorunma vasitəsi hesab etmək olmaz.

Əgər smartfon artıq zərərli proqram və ya virusla yoluxubsa, alüminium folqa təhlükəni aradan qaldırmayacaq.

Smartfonun təhlükəsizliyi üçün güclü parollardan və iki mərhələli təsdiqdən istifadə etmək, əməliyyat sistemini və tətbiqləri mütəmadi yeniləmək, şübhəli keçid və elektron məktubları açmamaq, həmçinin "Android" və "iPhone" cihazlarında mövcud təhlükəsizlik vasitələrindən istifadə etmək daha vacibdir.

Bununla belə, folqanın təhlükəsizlik və məxfiliyin qorunması baxımından praktiki istifadəsi də var. Hüquq-mühafizə orqanları və rəqəmsal ekspertiza mütəxəssisləri götürülmüş smartfonları xüsusi "Faraday" çantalarına və ya ekranlaşdırıcı zərflərə yerləşdirirlər.

Bu vasitələr simsiz siqnalları bloklayaraq cihazlara uzaqdan girişin və ya onların məlumatlarının silinməsinin qarşısını almağa kömək edir.

Belə çantalar alüminium, mis və nikel kimi keçirici materialların nazik qatlarından hazırlanır. Onlar mahiyyət etibarilə "Faraday qəfəsi" prinsipi ilə işləyərək cihazı xarici radio siqnallarından təcrid edir.

Oxşar prinsip mikrodalğalı sobalarda da istifadə olunur. Mikrodalğalı soba da bir növ "Faraday qəfəsi" hesab olunur. Onun qapısındakı metal tor mikrodalğaların sobadan kənara çıxmasına mane olur.

Eyni prinsip bank kartları üçün RFID qoruyucu qablaşdırmalarda da tətbiq edilir. Bu vasitələr xarici oxuyucuların siqnallarını bloklayaraq kartdakı çipdən məlumatların əldə edilməsinin qarşısını almağa kömək edir.

Beləliklə, smartfonu alüminium folqaya bükmək eksperiment üçün maraqlı üsul olsa da, izlənmədən qorunmaq və əlaqəni tam bloklamaq üçün buna etibarlı vasitə kimi yanaşmaq olmaz.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 379   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İdman hərəkətləri yuxusuzluğun mənfi təsirlərini necə aradan qaldırır? - Həkim məsləhəti

"Kəskin yuxusuzluqdan sonra edilən fiziki məşqlər yuxu çatışmazlığının beyinə göstərdiyi mənfi təsirləri, xüsusən də yaddaş və diqqət pozuntusunu azaltmağa kömək edir". xəbər verir ki, bunu TASS-a rusiyalı həkim, tibb elmləri doktoru İnessa Yakimoviç deyib. "Fiziki aktivlik tam yuxun

9 sentyabr
.

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

Payız mövsümünün başlaması ilə yağışlı və sərin havalarda evdə film izləməyə maraq artır. Xüsusilə, romantik ab-havası, şəhər mənzərələri və nostalji ruhu ilə seçilən bəzi ekran əsərləri payız axşamları üçün ideal seçim hesab olunur. payız ab-havasını ən yaxşı şəkildə əks etdirən 3 filmi təqdim edir

7 sentyabr
.

Nə görmə, nə də eşitmə: çoxlarının heç eşitmədiyi altıncı hiss

Uşaqlıqdan bizə insanın beş əsas hissə malik olduğu öyrədilir: görmə, eşitmə, qoxu, dad və toxunma. Lakin getdikcə daha çox elmi araşdırma çox az danışılan, amma insanın sağlamlığı və ümumi rifahı üçün böyük əhəmiyyət daşıyan başqa bir hissin də mövcudluğunu göstərir. Bu hiss interosepsiya adlanır. xaric

8 sentyabr
.

Evli olduğu halda məktəblini təqib etdi, toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"la bağlı maraqlı iddia

Türkiyədə dəbdəbəli toyu və məclisdə hədiyyə olunan külli miqdarda qızılları, eləcə də lüks həyatı ilə gündəm olan "Vanlı Kara Haydar" ləqəbli Mehmet Fatih Tançalanın həbsindən sonra onun keçmişinə dair maraqlı iddia ortaya çıxıb. Belə ki, həyat yoldaşı Çağla Öz hələ 16 yaşında ikən Tançalanı

9 sentyabr
.

10 il sonra yenidən toy edən fenomenə hədiyyə edilənlərə baxın - VİDEO

Bursada fenomen Esma Sezen 10 il sonra yenidən gəlinlik geyindi - toyunda taxılan qızıllarla poza verdi. Türkiyənin Bursa şəhərinin İznik rayonunda yaşayan 35 yaşlı sosial media fenomeni Esma Sezen evliliyinin 10-cu ildönümünü həyat yoldaşına etdiyi sürprizlə qeyd edib. xarici mediaya istinadla xəbə

10 sentyabr
.

Avstraliyada ilk dəfə göbələkdən hazırlanmış tabutla dəfn keçirildi

Avstraliyada ilk dəfə göbələklərin kök şəbəkəsi olan mitselium və çətənə liflərindən hazırlanmış bioloji parçalana bilən tabutdan istifadə olunub. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir. Məqalədə qeyd olunur ki, mitselium və çətənə liflərindən "yetişdirilən" tabu

8 sentyabr
.

Qadın keçmiş sevgilisini qısqanıb evini və maşınını yandırdı

Rusiyada 33 yaşlı qadın keçmiş sevgilisinin avtomobilini və bağ evini yandırıb. xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı kişi polisə müraciət edərək naməlum şəxsin onun torpaq sahəsinə daxil olduğunu, "Niva" markalı avtomobilini və bağ evini yandırdığını deyib. Araşdırma zamanı hadisən

10 sentyabr
.

45 milyonluq toy edən bəy saxlanıldı - VİDEO

Sosial media fenomeni Çağla Öz ilə ötən bazar günü evlənən "Vanlı Kara Haydar" ləqəbli Mehmet Fatih Tançalan Türkiyənin Van vilayətində saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsində sosial media platformalarında etdiyi paylaşımlarl

8 sentyabr
.

Bir neçə saniyəlik yuxu faciəyə səbəb ola bilər: Somnoloq izah edir

"Uzun illər elm aləmində belə hesab edilirdi ki, insan beyni bütövlükdə ya oyaq qalır, ya da yatır. Lakin mikroyuxu hadisəsi göstərir ki, beynin bir hissəsi işləməyə davam edərkən digər hissəsi dincələ bilər. Bu isə xüsusilə, sükan arxasında olan şəxslər üçün çox təhlükəlidir". xəbər veri

8 sentyabr