Regionlarda həkim çatışmazlığının səbəbi nədir? - AÇIQLAMA

Regionlarda həkim çatışmazlığının səbəbi nədir? - AÇIQLAMARegionlarda həkim çatışmazlığı səhiyyə xidmətlərinin əlçatanlığına və keyfiyyətinə təsir edən əsas problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün əməkhaqqının artırılması ilə yanaşı, həkimlər üçün əlavə stimullar və sosial təminatların gücləndirilməsi də mühüm amil hesab olunur. Hazırda regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə əməkhaqqı və əlavə ödənişlərin artırılması nəzərdə tutulub.

Bəs, regionlarda həkim çatışmazlığının əsas səbəbləri nələrdir, gənc həkimlərin bölgələrdə işləməyə marağını artırmaq üçün əməkhaqqı, mənzil və digər sosial təminatların gücləndirilməsi nə dərəcədə effektiv ola bilər və bununla yanaşı hansı addımlar atılmalıdır?
Regionlarda həkim çatışmazlığının səbəbi nədir? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Rasif Bağırov bildirib ki, regionlarda həkimlərin işləməsi üçün şəraitin yaxşılaşdırılması, kirayə xərclərinin qarşılanması, həmçinin onların və ailə üzvlərinin sosial problemlərinin həll edilməsi vacibdir:

"Bu məsələlər təmin olunduğu halda həkimlərin regionlarda qalaraq işləməsi mümkündür. Əgər həkim ailəsindən və yaşadığı yerdən uzaqda işləyirsə və bu problemlər həll olunmursa, müəyyən müddətdən sonra regionu tərk edib ailəsinin yanına qayıtmağa və şəhərdə iş tapmağa üstünlük verir. Xüsusilə bəzi ixtisaslar üzrə həkimlər üçün özəl klinikalarda iş tapmaq daha asan olduğundan, onlar təyinat yerlərinə getmək əvəzinə şəhərdə çalışmağa üstünlük verə bilirlər. Eyni zamanda, regionlarda işləyən həkimlərin iş şəraitindən narazı qalaraq həmin yerləri tərk etməsi də həkim çatışmazlığına səbəb olur. Bəzi həkimlər isə xaricə gedərək orada işləməyə və ya müxtəlif proqramlar vasitəsilə iş imkanları əldə etməyə çalışırlar".

Ekspert bildirib ki, əvvəllər həkimlərin təyinatla regionlara göndərilməsi praktikası mövcud idi. Hazırda isə bu proses fərqli formada həyata keçirilir və həkimlərin müəyyən imtahanlardan keçməsi tələb olunur:

"Nəticədə bəzi həkimlərin regionlarda fəaliyyət göstərməsi ilə bağlı çətinliklər yaranır. Son dövrlərdə həkimlərin əməkhaqlarının artırılması istiqamətində atılan addımların regionlarda kadr çatışmazlığının aradan qaldırılmasına müsbət təsir göstərəcəyi gözlənilir. Gənc həkimlərin regionlarda işləməsi onların peşəkar inkişafı baxımından da əhəmiyyətlidir. Çünki şəhər mərkəzində mürəkkəb xəstəliklərin müalicəsi ilə daha çox təcrübəli həkimlər məşğul olur. Regionlarda isə gənc həkimlər daha çox praktiki fəaliyyət göstərməli və müxtəlif prosedurları müstəqil həyata keçirməli olurlar. Bu da onların təcrübə və bacarıqlarının artmasına imkan yaradır. Beləliklə, regionlarda həkimlərin sosial və maddi təminatının yaxşılaşdırılması həm tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə, həm də həkimlərin peşəkar inkişafına müsbət təsir göstərə bilər. Son dövrdə əməkhaqlarının artırılması ilə bağlı görülən tədbirlərin də həkim çatışmazlığının azalmasına kömək edəcəyi düşünülür".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 495   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir

14 oktyabr
.

Bakıda və Abşeronda hava iki gün tozlu olacaq

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini

15 oktyabr
.

Məktəblərdə vahid geyim: Dünyəvilik və sosial bərabərlik məsələsi

"Bu gün cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biri də məktəblərdə vahid forma məsələsidir. İlk növbədə, dünyəvi dövlət anlayışı dövlət müəssisələrinin və təsisatlarının da dünyəviliyini nəzərdə tutur. Dünyəvilik dövlətin bütün sosial institutlarını əhatə edən anlayışdır. Əgər Konstitusiyamızd

15 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

14 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?

Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu

14 oktyabr
.

Məktəbli forması - bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin göstəricisi

Təhsil yalnız bilik və bacarıqların mənimsənilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət hissi qazandığı və cəmiyyətin bir üzvü kimi yetişdiyi mühüm mühitdir. Bu prosesdə tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, valideynləri

14 oktyabr
.

Leyla Əliyeva "44"ün təqdimat mərasimindən paylaşım etdi - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən "44" bədii filminin təqdimat mərasimindən görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva paylaşımı instaqram hesabından edib. Həmin paylaşımı təqdim edirik:

14 oktyabr
.

Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq

Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd

14 oktyabr