İmtahana gecikən namizəd yalınayaq qaçdı, amma içəri buraxılmadı - VİDEO

İmtahana gecikən namizəd yalınayaq qaçdı, amma içəri buraxılmadı - VİDEOTürkiyədə Dövlət Qulluğu üzrə Personal Seçim İmtahanının (2026-KPSS) bakalavr səviyyəsi üzrə Ümumi Bacarıqlar-Ümumi Mədəniyyət sessiyası keçirilib.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, imtahan günlərində tez-tez rast gəlinən görüntülər bu dəfə də yaşanıb. İmtahana gecikən namizədlərdən biri başmaqlarını əlinə alaraq məktəbə qədər yalınayaq qaçıb. Lakin bütün səylərinə baxmayaraq, imtahana yetişə bilməyib. Məktəbin qarşısında gözləyən vətəndaşlardan birinin "Heyif oldu, doğrudan çox üzüldüm" deməsi üzərinə namizəd "İdman oldu" deyə cavab verib. Həmin anlar vətəndaşlardan birinin mobil telefon kamerasına düşüb.

Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) tərəfindən təşkil olunan 2026-KPSS bakalavr imtahanının Ümumi Bacarıqlar-Ümumi Mədəniyyət sessiyasına 1 milyon 708 min 329 namizəd müraciət edib.

Türkiyənin 81 vilayəti və Lefkoşada 145 imtahan mərkəzində keçirilən KPSS-nin ilk sessiyası saat 10:15-də başlayıb. Namizədlər saat 10:00-dan sonra imtahan binalarına buraxılmayıb. 120 çoxseçimli sual üçün 130 dəqiqə cavablandırma vaxtının verildiyi sessiya saat 12:25-də başa çatıb.

İmtahana gecikən namizədlərdən biri imtahan verəcəyi məktəbin qapısına qədər yalınayaq qaçıb. Lakin qapıya çatdığı anda nəzarətçi əl işarəsi ilə onun içəri buraxılmayacağını bildirib. Qaçmaqdan nəfəsi kəsilən namizəd əlində tutduğu başmaqları geyinməkdə də çətinlik çəkib.

İmtahanın keçirildiyi məktəbin girişində imtahana girən yaxınını gözləyən qadın namizədə "Heyif oldu, doğrudan çox üzüldüm" deyib. Qaçmaqdan nəfəsi kəsilən və imtahanı buraxan namizəd isə qadına "İdman oldu, abla" cavabını verib.

Həmin anlar başqa bir vətəndaşın mobil telefon kamerası ilə qeydə alınıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 734   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü

16 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr