Toyun səhəri qızılları götürüb qaçan gəlin tək cümləlik açıqlama verdi

Toyun səhəri qızılları götürüb qaçan gəlin tək cümləlik açıqlama verdiTürkiyənin Muğla vilayətinin Milas rayonunda 3 gün 3 gecə davam edən toy mərasimindən sonra milyonlarla lirə dəyərində qızıl-zinət əşyaları ilə birlikdə yoxa çıxdığı iddia edilən Özbəkistan vətəndaşı Mamura Burkhonova saxlanılıb. 28 yaşlı gəlin polisə verdiyi ifadədə ona qarşı irəli sürülən ittihamları rədd edib.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, Milasın Çomakdağ Kızılağaç məhəlləsində keçirilən təmtəraqlı toyun səhəri Burkhonovanın evdə olmadığı məlum olub. Bəy tərəfi toyda taxılan və təxminən 4 milyon lirə dəyərində olduğu bildirilən qızıl və zinət əşyalarının da yoxa çıxdığını bildirərək prokurorluğa müraciət edib.

Milas Respublika Baş Prokurorluğunun göstərişi ilə hərəkətə keçən polis əməkdaşları apardıqları araşdırma nəticəsində Mamura Burkhonovanı saxlayıb.

Polisdə ifadə verən Burkhonova hadisə ilə bağlı üzüntüsünü dilə gətirib və 4 milyon lirə dəyərində zinət əşyalarını götürdüyü barədə iddiaları qəbul etməyib.

Özbək gəlin yalnız özünə məxsus olduğunu bildirdiyi 20 ədəd çeyrek qızıl və 226 min türk lirəsi götürdüyünü deyib. O, toyda taxılan digər əsas zinət əşyalarının isə qayınatasının nəzarətində olduğunu iddia edib.

Burkhonova bu iddiasını təsdiqləmək üçün qayınatası ilə yazışmalarının olduğunu bildirib və həmin mesajlaşma qeydlərini istintaq işinə sübut kimi təqdim edib.

Polisin şübhəlinin saxlanıldığı ünvanda apardığı axtarış zamanı itkin düşdüyü bildirilən milyonlarla lirə dəyərində qızıl və zinət əşyaları aşkarlanmayıb.

Hazırda saxlanılan gəlinlə bağlı hüquqi prosedurlar davam edir. Hüquq-mühafizə orqanları təqdim edilən sübutlar və tərəflərin ifadələri əsasında araşdırmanı hərtərəfli şəkildə davam etdirir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 128   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yamal mükafatını almaq üçün yeni sevgilisi ilə getdi

Çərşənbə axşamı Madriddə İspaniya Futbolçuları Assosiasiyası tərəfindən təqdim edilən AFE Awardsın təqdimetmə mərasimi keçirilib. Yamal, ardıcıl ikinci ildir ki, 2025/26 mövsümünün ən yaxşı La Liqa oyunçusunun mükafatını qazanıb. -ın xarici mediaya istinadən xəbərinə görə, amma mərasimdə yalnız kubo

3 sentyabr
.

"Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarılıb - qiyməti heyrətə saldı

Türkiyə televiziya tarixinin unudulmaz seriallarından biri olan "Kurtlar Vadisi"ndə Tombalacı Mehmetin malikanəsi kimi istifadə edilən İstanbulda yerləşən lüks villa satışa çıxarılıb. xarici mediaya istinadla xəbər verir ki, serialın pərəstişkarlarının yaxşı tanıdığı villa illər sonra bu dəf

3 sentyabr
.

Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər

Evlilik təklifi hər iki tərəf üçün də həyəcanverici bir an olmalıdır. Lakin bəzən işlər planlaşdırıldığı kimi getmir. xəbər verir ki, Reddit-in populyar "Ask Women" səhifəsində bir istifadəçinin verdiyi "Evlilik təklifini rədd edən qadınlar, o an tam olaraq nə yaşandı?" sualına gələ

6 sentyabr
.

İki ayının yayda qar üzərində sürüşüb göldə çimməsi kameraya düşdü - VİDEO

Türkiyənin Toros dağlarının yüksək ərazilərində qarların ərimədiyi bölgədə iki ayının görüntüləri diqqət çəkib. Qar üzərində sürüşərək kiçik gölməçəyə girən ayılar daha sonra yaşıllıq ərazidə oynayaraq ətrafdakı vətəndaşlara rəngli anlar yaşadıblar. xarici mediaya istinadla xəbər verir ki, yay fəslini

4 sentyabr
.

Enzo Fernandesin qarışıq eşq həyatı: Vanda Nara ona mesaj yazıb

"Mançester Siti"nin yeni transferi Enzo Fernandes şəxsi həyatı ilə də diqqət mərkəzinə düşüb. xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu uzun müddətdir uşaqlıq sevgilisi Valentina Servanteslə münasibətdədir. Cütlüyün Olivia və Benjamin adlı iki övladı var. Onlar 2024-cü ili

3 sentyabr
.

Arda Gülerə bənzərliyi ilə tanınan Kübranur Akkurt peşə fəaliyyətinə başlayıb

"Real Madrid"in formasını geyinən milli futbolçumuz Arda Gülerə bənzərliyi ilə tanınan Kübranur Akkurt həyatında yeni mərhələyə qədəm qoyub. xarici mediaya istinadla xəbər verir ki, Arda Gülerə oxşar üz cizgiləri ilə daha əvvəl sosial mediada və mətbuatda diqqət çəkən Akkurt universitet təhsilin

3 sentyabr
.

İnsan niyə yuxuda özünü hündürlükdən düşən görür?

Hündürlükdən düşmək ən çox görülən yuxulardan biridir. Bəzi insanlar yuxuda binadan, qayadan, pilləkəndən və ya naməlum bir yüksəklikdən düşdüyünü görür, hətta həmin anda qəfil oyanır. Bu yuxu çox real hiss oluna və insanda qorxu yarada bilər. xəbər verir ki, mütəxəssislərin yanaşmasına görə, belə yuxuları

6 sentyabr
.

Yeni trend: Bu qiymətə saatlıq "dost kirayələmək" mümkün olur - VİDEO

Taylandda tək yaşayan insanların sayının artması fərqli bir xidmət sahəsinin populyarlaşmasına səbəb olub. Ölkədə saatlıq ödəniş qarşılığında "dost kirayələmək" xidməti, yəni müəyyən müddət ərzində sosial ünsiyyət və yoldaşlıq göstərəcək şəxslərin "icarəyə götürülməsi" geniş yayılmağ

3 sentyabr
.

Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir

Duş başlıqlarında zamanla yığılan ərp suyun axışını azaldır, başlıqdakı dəliklərin də tutulmasına səbəb olur. Təmizlikdə adətən sirkə və ya sodadan istifadə edilsə də, ərpi aradan qaldırmaq üçün fərqli bir məhsuldan da istifadə oluna bilər. Sitrik turşu duş başlığındakı ərpi həll etmək üçün istifad

6 sentyabr