Bir kontentin sosial mediada viral olmasını əslində nə müəyyən edir? - AÇIQLAMA
Sosial şəbəkələrdə bəzi paylaşımların qısa müddət ərzində minlərlə, hətta milyonlarla istifadəçiyə çatması artıq adi hal alıb.
Xüsusilə emosional, mübahisəli və gündəmdə olan mövzularla bağlı paylaşımlar sürətlə yayılır.
Bəs bir kontentin sosial mediada viral olmasını əslində nə müəyyən edir? Burada məzmunun özü, diqqətçəkən başlıq, istifadəçilərin reaksiyası, yoxsa platformaların alqoritmləri daha böyük rol oynayır?
Sosial media eksperti Fərid Kazımzadə bu barədə Sonxeber.az -a açıqlama verib:
"Bir paylaşımın viral olmasını yalnız bir amillə əlaqələndirmək düzgün olmaz. Burada məzmun, istifadəçi reaksiyası və platformanın alqoritmi bir-biri ilə əlaqəli şəkildə işləyir. Lakin ilkin mərhələdə ən vacib məqam insanların həmin kontentə necə reaksiya verməsidir.
İstifadəçini ilk saniyələrdə maraqlandıran, emosional reaksiya yaradan və paylaşmağa sövq edən məzmunun yayılmaq ehtimalı daha yüksəkdir. Bu, mütləq mənfi və ya qalmaqallı kontent demək deyil. Təəccüb, sevinc, maraq, təəssüf, hiddət və hətta nostalji yaradan paylaşımlar da insanların onları başqaları ilə bölüşməsinə səbəb ola bilər.
Başlıq və ilk görüntü də xüsusilə mühümdür. Çünki sosial şəbəkədə istifadəçi çox böyük informasiya axını ilə qarşılaşır və qərar vermək üçün bəzən cəmi bir neçə saniyəsi olur. Məhz buna görə diqqətçəkən başlanğıc istifadəçinin videonu izləməsinə və ya paylaşımı oxumasına şərait yaradır.
Alqoritmin rolu isə bundan sonrakı mərhələdə daha aydın görünür. Platforma istifadəçilərin hansı kontentə daha çox baxdığını, videonu nə qədər izlədiyini, paylaşdığını, şərh yazdığını və digər reaksiyaları analiz edir. Məzmun ilkin auditoriyada yaxşı nəticə göstərdikdə onun daha geniş auditoriyaya təqdim olunma ehtimalı artır.
Burada xüsusilə izlənmə müddəti vacib göstəricilərdən biridir. Məsələn, video çox sayda insana göstərilə bilər, amma istifadəçilər ilk saniyələrdə videodan çıxırlarsa, onun daha geniş auditoriyaya çatması çətinləşir. Əksinə, insanlar videonu sona qədər izləyir, paylaşır və müzakirə edirlərsə, platforma həmin kontenti daha çox istifadəçiyə göstərməyə meylli olur.
Ona görə də "viral olmaq üçün sadəcə yaxşı başlıq kifayətdir" yanaşması doğru deyil. Başlıq diqqəti cəlb edə bilər, amma həmin diqqəti saxlaya bilən məzmun yoxdursa, viral effekt uzunmüddətli olmur. Ən uğurlu kontent adətən diqqətçəkən başlanğıc + maraqlı məzmun + yüksək istifadəçi reaksiyası üçlüyünün nəticəsində yayılır.
Eyni zamanda təsadüf amilini də nəzərə almaq lazımdır. Bəzən kifayət qədər sadə görünən bir paylaşım konkret vaxtda, konkret auditoriyanın marağı ilə üst-üstə düşür və gözlənilmədən viral olur. Buna görə heç bir kontentin əvvəlcədən mütləq viral olacağını demək mümkün deyil".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri