Daim ən pis ssenariləri düşünmək nə vaxt psixoloji problemə çevrilir? - AÇIQLAMA
Gündəlik həyatda bir çox insan baş verməmiş hadisələr haqqında əvvəlcədən narahat olur. "Birdən xəstələnsəm?", "Birdən yaxınlarımdan birinin başına nəsə gəlsə?", "Birdən hər şey pis nəticələnsə?" kimi düşüncələr zaman-zaman hər kəsdə yarana bilər.
Lakin bu fikirlər davamlı xarakter aldıqda və insanın gündəlik həyatına, münasibətlərinə, yuxusuna və qərarlarına təsir etdikdə bunun sadəcə adi narahatlıq olub-olmadığı sual doğurur.
Bəs daim ən pis ssenariləri düşünmək nə vaxt psixoloji problemə çevrilir?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"İnsanın gələcəkdə baş verə biləcək hadisələrlə bağlı narahatlıq keçirməsi müəyyən həddə qədər normaldır. Beyin potensial təhlükələri əvvəlcədən müəyyənləşdirməyə və özünü mümkün risklərə hazırlamağa çalışır. Məsələn, insan vacib bir görüşdən, imtahandan və ya sağlamlığı ilə bağlı nəticədən əvvəl narahatlıq keçirə bilər. Bu cür narahatlıq konkret səbəblə bağlı olur və hadisə aradan qalxdıqdan sonra adətən azalır.
Problem o zaman yaranır ki, insanın düşüncələri real təhlükədən daha çox ehtimal olunan təhlükələr üzərində qurulur və "birdən nəsə olar" düşüncəsi demək olar ki, daim davam edir. Şəxs ortada konkret səbəb olmadığı halda müxtəlif mənfi ssenarilər qurmağa başlayır, həmin ssenariləri dayandırmaqda çətinlik çəkir və beynində daim təhlükə axtarır.
Burada əsas göstəricilərdən biri narahatlığın insanın gündəlik fəaliyyətinə təsir etməsidir. Əgər şəxs yuxuya getməkdə çətinlik çəkirsə, diqqətini cəmləyə bilmirsə, daim yaxınlarından xəbər almağa ehtiyac duyursa, müəyyən yerlərə getməkdən və fəaliyyətlərdən sırf "birdən nəsə baş verər" qorxusu ilə imtina edirsə, artıq bu vəziyyətə daha ciddi yanaşmaq lazımdır.
Bəzən belə insan özünü sakitləşdirmək üçün davamlı şəkildə internetdə simptom axtarır, yaxınlarından dəfələrlə "hər şey qaydasındadır?" soruşur və ya baş verə biləcək hadisələri nəzarətdə saxlamağa çalışır. Lakin bu davranışlar qısa müddətlik rahatlıq versə də, uzun müddətdə narahatlığın daha da möhkəmlənməsinə səbəb ola bilər.
Burada narahatlığın tezliyi, intensivliyi və insanın həyatına nə qədər müdaxilə etməsi əsas meyarlardır. Sadəcə pis bir hadisəni düşünmək psixoloji problem demək deyil. Əsas məsələ insanın həmin düşüncələr üzərində nə qədər nəzarətə malik olması və bu fikirlərin onun həyatını nə dərəcədə məhdudlaşdırmasıdır.
Əgər narahatlıq uzun müddət davam edir, insanın gündəlik həyatına ciddi şəkildə təsir göstərir və onu təkbaşına idarə etmək çətinləşirsə, psixoloqla danışmaq faydalı ola bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 483 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
"Əlisəttar Atakişiyevin oğlu ilə bu günlərdə qohumlardan biri əlaqə saxlamışdı. Onların arasında telefon danışığı olub. Bilirsiniz ki, Əlisəttar Atakişiyevin filmləri bu gün efirlərdə nümayiş etdirilir və onun adına qonorar yazılır. Kinogildiyadan yığmışdılar ki, qonorarı onun oğluna necə çatdıraq
14 sentyabrMəhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı
14 sentyabrOnlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA
Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın
15 sentyabr"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne
15 sentyabr165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO
Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra
15 sentyabrFuad Əliyevə vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibat
14 sentyabrÇarpayıdan yıxılan 83 yaşlı kişi öldü
Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib. 1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Xəzə
14 sentyabrRamiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb. Gününsəsi.info-ya istinadla xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlumata görə, iş üzrə ittiha
14 sentyabrAzərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və "Aviasiya haqqında"
14 sentyabr