Şəxsin telefon nömrəsini icazəsiz şəkildə paylaşmaq hüquqi məsuliyyət yaradırmı? - AÇIQLAMA
Son dövrlərdə elan saytlarında və sosial şəbəkələrdə şəxslərin telefon nömrələrinin onların razılığı olmadan paylaşılması halları ilə bağlı narazılıqlar artır. Bəzən nömrələr müxtəlif elanlarda, bəzən isə şəxsi mübahisələr zamanı qarşı tərəfi narahat etmək məqsədilə yayımlanır.
Belə hallarda şəxsin şəxsi məlumatlarının qorunması və hüquqlarının hansı formada müdafiə oluna biləcəyi məsələsi gündəmə gəlir.
Bəs görəsən bir şəxsin telefon nömrəsini icazəsiz şəkildə elan saytında və ya sosial şəbəkədə paylaşmaq hüquqi məsuliyyət yaradırmı?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Şəxsin telefon nömrəsi onun razılığı olmadan yayımlandıqda bunun hüquqi nəticəsi konkret vəziyyətdən asılı olaraq qiymətləndirilir. Telefon nömrəsi fərdi məlumat hesab olunduğundan, onun toplanması, istifadəsi və yayılması zamanı qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Xüsusilə nömrənin şəxsin razılığı olmadan və onun iradəsinə zidd şəkildə internetdə açıq yayımlanması hüquqların pozulması kimi qiymətləndirilə bilər.
Əgər nömrə qəsdən şəxsi narahat etmək, ona çoxsaylı zənglər gəlməsinə səbəb olmaq, nüfuzuna zərər vurmaq və ya digər məqsədlərlə paylaşılırsa, vəziyyətin xarakterindən asılı olaraq əlavə hüquqi məsuliyyət məsələsi də yarana bilər. Belə hallarda zərərçəkmiş şəxs paylaşımın ekran görüntüsünü, elan linkini və digər sübutları saxlamalı, materialın silinməsi ilə bağlı platformaya müraciət etməli, zərurət olduqda isə hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməlidir.
Burada əsas məsələ nömrənin sadəcə paylaşılması deyil, onun hansı məqsədlə, hansı formada və şəxsin razılığı olmadan necə yayımlandığıdır. Buna görə də hər bir hal ayrıca hüquqi qiymətləndirilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1084 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar
Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl
16 noyabrDirektorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16 noyabr10° şaxta olacaq
Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
16 noyabrBakıda təcili yardım maşınında yük daşınır - Video
Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB
16 noyabrBu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb
17 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabrEvə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On
17 noyabr