Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu müəyyən edilib

Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu müəyyən edilibAlimlər müəyyən ediblər ki, vəhşi quşları yemləmək insanların özünü daha yaxşı hiss etməsinə əhəmiyyətli dərəcədə kömək edir.

Oxu.Az AMBIO jurnalına istinadən xəbər verir ki, araşdırmada iştirak edən vəhşi quşları yemləyən insanların 95 faizi bunun müsbət təsirini hiss etdiyini bildirib.

Quşları yemləmək təbiətlə əlaqəli ən geniş yayılmış məşğuliyyətlərdən biridir. Təkcə ABŞ-də təxminən 56 milyon yetkin insan bununla məşğul olur. Alimlər təbiətlə təmasın psixika üçün faydalı olduğunu uzun müddətdir ehtimal edirdilər, lakin belə sadə vərdişin nə dərəcədə fayda verdiyi məlum deyildi.

Virciniya Politexnik İnstitutunun əməkdaşı Kelli Lanqhansın rəhbərlik etdiyi tədqiqatçılar altı ay ərzində yem qablarının qarşısında quşları müşahidə ediblər. Alimlər həmin dövrdə quşların yemlənməsinin və digər əhəmiyyətli həyat hadisələrinin insanların rifahına təsirini müqayisə ediblər.

Məlum olub ki, iştirakçıların 95 faizi quşları yemləməyin rifahlarına müsbət təsir etdiyini bildirib. Digər həyat hadisələri ilə bağlı bu göstərici isə 55 faiz olub.

Tədqiqatçılar quşları yemləməyin üç əsas faydalı mexanizmini müəyyənləşdiriblər: sevinc və sakitlik kimi müsbət emosiyalar; insanın quşları maraq və həvəslə müşahidə etməsi nəticəsində yaranan maraq və prosesə cəlbolunma; həmçinin quşlara kömək etmək və ya elmə töhfə verməkdən yaranan məna hissi.

Bununla belə, alimlər xatırladırlar ki, quşları düzgün şəkildə - uyğun yemlə və yem qablarını təmiz saxlayaraq - bəsləmək lazımdır ki, onlara zərər dəyməsin.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 223   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlər stresli vəziyyətlərin daha nəzarətli şəkildə idarə olunmasına kömək edə bilər

6 sentyabr
.

Nömrə 1000 dollara, maşın pulsuz satılır

Macarıstanda köhnə avtomobil sahibi qeyri-adi satış elanı ilə diqqət çəkib. O, "BYD-66" dövlət qeydiyyat nişanını satır, avtomobili isə faktiki olaraq pulsuz verir. Elan "Facebook"dakı BYD həvəskarları qrupunda yerləşdirilib. Hazırda "BYD-66" nömrəsi 1989-cu il istehsal

5 sentyabr
.

Süni intellekt 2 500 illik məzarların sirrini açdı: İnsanları transa salırmış

ABŞ və Böyük Britaniyadan olan alimlər İtaliyada e.ə. V əsrə aid iki etrusk məzarını öyrənmək üçün süni intellekt və akustik analizdən istifadə ediblər. xəbər verir ki, işin nəticələri "Journal of Archaeological Method and Theory" jurnalında dərc olunub. Tədqiqat göstərib ki, bu dəfn tikililər

8 sentyabr
.

45 milyonluq toy edən bəy saxlanıldı - VİDEO

Sosial media fenomeni Çağla Öz ilə ötən bazar günü evlənən "Vanlı Kara Haydar" ləqəbli Mehmet Fatih Tançalan Türkiyənin Van vilayətində saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsində sosial media platformalarında etdiyi paylaşımlarl

8 sentyabr
.

Məşhur din xadimi görüntülü zənglərlə bağlı: "İslama görə düzgün deyil"

"Cübbəli Əhməd" kimi tanınan Ahmet Mahmut Ünlü gündəlik həyatda geniş istifadə olunan görüntülü zəng funksiyası ilə bağlı açıqlaması ilə diqqət çəkib. Bu barədə xarici mediaya istinadla xəbər verir. Ahmet Mahmut Ünlü bildirib ki, bir şəxsi əvvəlcədən icazə almadan görüntülü şəkildə axtarma

8 sentyabr
.

Avstraliyada ilk dəfə göbələkdən hazırlanmış tabutla dəfn keçirildi

Avstraliyada ilk dəfə göbələklərin kök şəbəkəsi olan mitselium və çətənə liflərindən hazırlanmış bioloji parçalana bilən tabutdan istifadə olunub. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir. Məqalədə qeyd olunur ki, mitselium və çətənə liflərindən "yetişdirilən" tabu

8 sentyabr
.

Qayınananın ərini qucaqlayan gəlinə hərəkəti müzakirə yaratdı - VİDEO

Ad günü qeyd edən cütlüyün romantik anlarına qayınananın müdaxiləsi sosial şəbəkələrdə gündəmə gəlib. xəbər verir ki, yayılan görüntülərdə kişinin həyat yoldaşı ilə birlikdə ad günü tortunun qarşısında səmimi anlar yaşadığı görünür. Cütlük kamera qarşısında birlikdə poza verməyə hazırlaşarkən gözlənilmə

5 sentyabr
.

Bu tapmacanın cavabını çoxları tapa bilmir - Son rəqəm nə olmalıdır?

Sosial şəbəkələrdə yayılan riyazi tapmaca istifadəçilərin diqqətini çəkib. Tapşırıqda adi toplama əməliyyatından fərqli nəticələr verilir və sonuncu misalın cavabını tapmaq tələb olunur. xəbər verir ki, tapmacada aşağıdakı misallar göstərilib:. 8 + 2 = 16106. 5 + 4 = 2091. 9 + 6 = 54153. 7 + 5 = ?. İl

6 sentyabr
.

Ən sağlam doğrama taxtası bəlli oldu

Mətbəxlərdə demək olar ki, hər gün istifadə edilən doğrama taxtaları ilə bağlı diqqətçəkən bir araşdırma aparılıb. Taxta və plastik doğrama taxtalarının müqayisə edildiyi araşdırmada taxta olanların gigiyena baxımından daha avantajlı olduğu ortaya çıxıb. xəbər verir ki, xüsusilə plastik taxtalarda zamanl

5 sentyabr