Bu xanımlar direktor müavini təyin edildi
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Qaynarinfo xəbər verir ki, Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində "Riyaziyyat və informatika müəllimliyi" ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA Universitetində "Təlim və tədrisin təşkili metodikası" ixtisası üzrə magistratura təhsilini davam etdirir. 2021-ci ildən Qobustan şəhər A. Çernyayevski adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat və rəqəmsal bacarıqlar müəllimi kimi fəaliyyət göstərib. 2025-ci ildən son təyinatadək Bakı İlahiyyat Kollecində riyaziyyat və informatika müəllimi kimi çalışıb. Rəqəmsal bacarıqların tədrisi və STEAM layihəsi üzrə bir çox təlimlərdə iştirak edib. Həmçinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən keçirilən ümumi təhsil müəssisələrinin direktor müavinlərinin işə qəbulu müsabiqəsində uğurlu nəticə göstərib.
Fatimə Məmmədova Bakı Slavyan Universitetində "Rus dili və ədəbiyyatı" ixtisası üzrə bakalavr təhsili alıb.
Bundan əlavə, 2023-2026-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Menecment" ixtisası üzrə ikinci bakalavr təhsili alıb. Bir sıra özəl təhsil müəssisələrində, həmçinin Bakı İstanbul Liseyində rus dili və ədəbiyyatı fənninin tədrisi ilə məşğul olub. Təhsilalanların inkişafının qiymətləndirilməsi, tədris proqramlarının hazırlanması və qrup idarəetməsi istiqamətlərində fəaliyyət göstərib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 197 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır. xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib. Vurğulanıb ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır:. "Mərkəzi Klinik Xəstəxananı
7 sentyabrBaşqasının kosmetikasından "ortaq" istifadə etmək olmaz - Nazirlik
"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır". "Qafqazinfo" xəbər verir ki, bunu Səhiyy
7 sentyabrUkrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn
6 sentyabr"Ailənin təməli sevgi, divarları isə anlayışdır" - Təranə Paşayeva
Ailə haqqında danışarkən ilk ağla gələn sözlərdən biri sevgidir. Amma ailənin uzunömürlü, sağlam və mənəvi baxımdan dayanıqlı olması üçün təkcə sevgi kifayət etmir. Sevgi ailəni qurmağa səbəb ola bilər, anlayış isə onu qoruyan əsas dayaqlardan birinə çevrilir. İnsanlar bir-birini sevdikləri halda belə
8 sentyabrBakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını rea
8 sentyabrAğır qəzada həlak olan şəxs lisey müəllimi imiş
Xəbər verdiyimiz kimi, Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ağır qəzada həlak olan 1962-ci il təvəllüdlü Seymur Kərimov rayonda tanınmış müəllimlərdən olub. O, uzun müddətdir Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseyind
8 sentyabr