"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Xəbər verdiyimiz kimi, aparıcı İlham Mirzəyev infarkt keçirib və əməliyyat olunub.
Sonxeber.az xəbər verir ki, aparıcı Axşam.az-a açıqlamasında səhhəti ilə bağlı danışıb. O, ürəyinə stent qoyulduğunu və vaxtında xəstəxanaya çatdırılmasının həyatını xilas etdiyini deyib.
"Allah üzümə baxdı, həkimə vaxtında gəldim. 65 yaşım var, hələ belə ağrı görməmişdim. Sinəm yanırdı, boğulurdum, nəfəs ala bilmirdim. Tez təcili yardım çağırdılar, məni həkimə çatdırdılar. Yolda mənə bütün müdaxilə olundu. Xəstəxanaya gəldim, həmin an əməliyyata saldılar. Ürəyimə stent qoydular. İnfarkt keçirmişdim, qarşısı alındı" deyə, İlham Mirzəyev bildirib.
Aparıcı infarktın səbəblərindən danışaraq son dövrlərdə yaşadığı hadisələrin ona təsir etdiyini vurğulayıb:
"Birdən-birə heç nə olmur. Həyatda olanlar, yaşadıqların iz buraxır. Yaşadığın mənfilər, xoşagəlməyənlər daxilimizdə yığılır. Özümə baxan adamam, amma bir ilə yaxındır həkimə getmirdim. Bilmirdim ürək ağrısı nədir. Arada dərman içirdim. Birdən-birə infarkt keçirməyimə şok oldum".
İlham Mirzəyev onu sevən insanların dualarının da bu çətin günlərdə ona güc verdiyini deyib:
"İnsanların gözəl duaları məni həyatda saxladı. Hələ xəstəxanadayam. Sabah evə gedəcəyəm. Çox qalmaq istəmirəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 100 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır. xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib. Vurğulanıb ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır:. "Mərkəzi Klinik Xəstəxananı
7 sentyabrBaşqasının kosmetikasından "ortaq" istifadə etmək olmaz - Nazirlik
"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır". "Qafqazinfo" xəbər verir ki, bunu Səhiyy
7 sentyabrUkrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn
6 sentyabr"Ailənin təməli sevgi, divarları isə anlayışdır" - Təranə Paşayeva
Ailə haqqında danışarkən ilk ağla gələn sözlərdən biri sevgidir. Amma ailənin uzunömürlü, sağlam və mənəvi baxımdan dayanıqlı olması üçün təkcə sevgi kifayət etmir. Sevgi ailəni qurmağa səbəb ola bilər, anlayış isə onu qoruyan əsas dayaqlardan birinə çevrilir. İnsanlar bir-birini sevdikləri halda belə
8 sentyabrBakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını rea
8 sentyabrAğır qəzada həlak olan şəxs lisey müəllimi imiş
Xəbər verdiyimiz kimi, Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ağır qəzada həlak olan 1962-ci il təvəllüdlü Seymur Kərimov rayonda tanınmış müəllimlərdən olub. O, uzun müddətdir Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseyind
8 sentyabr