Süni intellekt həkimləri əvəz edə bilərmi? - AÇIQLAMA
Süni intellekt artıq tibbdə diaqnostika, tibbi görüntülərin təhlili və klinik qərarların dəstəklənməsi kimi sahələrdə istifadə olunur. Bununla belə, ÜST süni intellektdən istifadə zamanı təhlükəsizlik, insan nəzarəti və etik prinsiplərin qorunmasının vacibliyini vurğulayır.
Bəs, süni intellektin tibbdə geniş tətbiqi gələcəkdə həkimləri əvəz edə bilərmi, onun diaqnoz və müalicə seçimlərində etibarlılığı nə qədərdir və hansı hallarda qərarın mütləq həkim tərəfindən verilməsi vacibdir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, ChatGPT kimi süni intellekt alətləri tibbdə həkimi əvəz edə bilməz.
"Aparılan araşdırmalar da bunu göstərir. Məsələn, bədəndə yaranan səpki, ləkə və ya hər hansı simptom süni intellekt alətinə təqdim edildikdə, həmin əlamətlərin bir neçə müxtəlif xəstəliklə əlaqəli ola biləcəyi bildirilir. İstifadəçi əlavə suallar verdikdə də süni intellekt müxtəlif ehtimalları sadalayır və konkret diaqnoz müəyyənləşdirmir. Nəticədə isə həkimə müraciət etməyi tövsiyə edir".
Ekspert bildirib ki, bu baxımdan ChatGPT və digər süni intellekt alətləri yalnız istiqamətləndirici vasitə kimi istifadə oluna bilər:
"Məsələn, qan xəstəliyindən şübhələnildikdə hematoloqa, revmatoloji şikayətlər olduqda revmatoloqa, ürək-damarla bağlı problem ehtimalında isə kardioloqa müraciət etmək barədə istiqamət verə bilər. Lakin süni intellektin konkret diaqnoz qoyması mümkün deyil. Tibbi müayinə, xəstənin vəziyyətinin qiymətləndirilməsi və yekun diaqnoz həkim tərəfindən müəyyənləşdirilməlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 380 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və "Aviasiya haqqında"
14 sentyabrNəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA
Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac
15 sentyabrMəhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı
14 sentyabrAzərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat
14 sentyabr"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"
"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq". "Qafqazinfo"
14 sentyabrFuad Əliyevə vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibat
14 sentyabr