Yollar təmirə bağlanır, tıxac artır: Sürücülər nə etməlidir?
Yolların təmirə bağlanması nəqliyyat axınının alternativ küçələrə yönəlməsinə və həmin ərazilərdə sıxlığın artmasına səbəb ola bilər. Belə məhdudiyyətlər zamanı avtobus marşrutlarının da hərəkət sxemləri dəyişdirilir və bəzi istiqamətlərdə intervallar arta bilər.
Bəs, təmir müddətində yaranan tıxacların sürücülərə və şəhərdaxili nəqliyyata təsirini azaltmaq üçün hansı tədbirlər görülməli, alternativ yolların və ictimai nəqliyyatın imkanlarından necə daha səmərəli istifadə olunmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, yolların təmirə bağlanması hər zaman müəyyən çətinliklər yaradır və insanlar bundan əziyyət çəkirlər.
"Lakin təmir işləri başa çatdıqdan və yollar istifadəyə verildikdən sonra yaranan rahatlıq əvvəlki çətinlikləri müəyyən qədər unutdurur. Bu cür çətinliklər həmişə olub və bundan sonra da olacaq. Eyni zamanda, yolların təmiri də zəruri prosesdir. Təmir müddətində alternativ yollardan istifadə etməklə sıxlığın qarşısını mümkün qədər almaq lazımdır. İnsanların fərdi nəqliyyat vasitələrindən daha az istifadə etməsi də bu baxımdan əhəmiyyətlidir".
Ekspert bildirib ki, hazırda aparılan təmir işləri genişmiqyaslıdır və onların böyük hissəsinin sentyabrın 15-dək yekunlaşdırılması gözlənilir:
"Bu tarix məktəblərin açılması ilə də əlaqəlidir. Məktəblərin fəaliyyətə başlamasından sonra yollarda tıxac və sıxlığın daha da artacağı gözlənilir. Bununla yanaşı, metroda da müəyyən təmir və yenilənmə işləri aparılır. Hazırda "Nizami"-"28 May" stansiyaları arasında hərəkətin dayandırılması nəqliyyat sıxlığına daha ciddi təsir göstərə bilər. Yolların təmirinin böyük hissəsinin sentyabrın 15-dək başa çatdırılması gözlənildiyindən, əsas yükün metroda aparılan təmir işlərinin üzərinə düşəcəyi düşünülür".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 414 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021