Bu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMA

Bu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMAKredit götürərkən banklar müştərinin kredit tarixçəsini və əvvəlki öhdəliklərini nəzərə alaraq onun borcu qaytarma qabiliyyətini qiymətləndirirlər. Gecikmiş ödənişlər və problemli kreditlər yeni kreditin təsdiqlənməsinə, məbləğinə, faizinə və digər şərtlərinə təsir göstərə bilər.

Bəs, kredit tarixçəsi bankın qərarına nə dərəcədə təsir edir, əvvəlki gecikmələr yeni kreditin təsdiqlənməsinə və şərtlərinə necə təsir göstərə bilər və problemli kredit tarixçəsini yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır?
Bu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, kredit tarixçəsi kreditin verilməsinə və kredit məbləğinin müəyyənləşdirilməsinə birbaşa təsir edən əsas amillərdən biridir:

"Kredit tarixçəsi şəxsin əvvəlki kredit öhdəliklərinə münasibətini, ödəniş davranışını və öhdəliklərini nə dərəcədə vaxtında yerinə yetirdiyini göstərir. Tarixçədəki hər bir gecikmə, kredit ödənişlərindəki dinamika və digər göstəricilər şəxsin yeni kredit əldə etməsinə təsir göstərə bilər. Məsələn, şəxsin yüksək əməkhaqqısı olsa və gəlirinə uyğun kredit məbləği istəsə belə, kredit tarixçəsində ciddi gecikmələr varsa, banka müraciəti rədd edilə bilər. Yeni kreditlərin verilməsi ilə bağlı yanaşma bankların kredit şərtlərindən asılı olaraq dəyişə bilər. Lakin ümumilikdə müştərinin risk profili qiymətləndirilərkən kredit tarixçəsi mühüm göstəricilərdən biri hesab olunur və müştəri ilə gələcək əməkdaşlıq barədə qərarın qəbulunda nəzərə alınır".

Ekspert bildirib ki, əgər müştərinin ödəniş tarixçəsi müsbətdirsə, skorinq sistemi üzrə yüksək nəticəyə malikdirsə və əvvəlki öhdəliklərini vaxtında yerinə yetiribsə, ona daha yüksək məbləğdə kredit təklif edilə bilər:

"Məsələn, gəlirinə əsasən müştəriyə 10 min manat kredit düşürsə və o, 7-8 min manat tələb edirsə, müsbət kredit tarixçəsi nəzərə alınaraq daha yüksək məbləğ təklif olunması da mümkündür. Əksinə, müştərinin çoxsaylı gecikmələri və xüsusilə aktiv, ödənilməmiş gecikmədə olan krediti varsa, kredit müraciətindən imtina edilə bilər. Gecikmələr əvvəlki dövrdə baş verib və kredit öhdəliyi sonradan tam yerinə yetirilibsə, bəzi hallarda müştəriyə daha aşağı məbləğdə kredit təklif olunur. Məsələn, müştərinin 5 min manat kredit almaq imkanı olduğu halda, ona 2-3 min, bəzi hallarda isə 1 min manat məbləğində kredit verilə bilər. Bununla müştərinin ödəniş davranışının yenidən qiymətləndirilməsi mümkün olur".

Onun sözlərinə görə, kredit tarixçəsində kredit üzrə ödənişlərin necə həyata keçirildiyi də öz əksini tapır:

"Bəzən şəxs krediti özü götürsə də, ödənişləri dostu, qardaşı və ya digər ailə üzvü həyata keçirir. Bu ödənişlər gecikmə ilə aparılıbsa, həmin məlumat da kredit tarixçəsində görünür. Məsələn, şəxsin dörd krediti varsa və onlardan üçü vaxtında, biri isə gecikmə ilə ödənilibsə, bu məlumat müştərinin risk profilinin qiymətləndirilməsi zamanı nəzərə alına bilər. Şəxsin bütün kreditlərində davamlı gecikmələrin olması isə onun öhdəliklərinə münasibətinin məsuliyyətsiz qiymətləndirilməsinə və yeni kredit müraciətinin rədd edilməsinə səbəb ola bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2147   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmə

8 sentyabr
.

Bakıda yağış, bölgələrdə leysan yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

9 sentyabr
.

Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb

Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

8 sentyabr
.

Əvvəl qıraqda, indi metronun girişində: Azyaşlıların diləndirilməsində yeni metod?

Metronun "Koroğlu" stansiyasının girişində azyaşlının sərnişinlərin hərəkət hissəsində dilənçilik etməsi narazılığa səbəb olub. -a daxil olan məlumata əsasən, uşağın anası yaxınlıqda dayanaraq ona kənardan nəzarət edir. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb

9 sentyabr
.

Zaur Rzayev xəstəxanaya yerləşdirildi

Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xəstəxananın diretoru Zaur Xəlilov məlumat verib. O bildirib ki, Xalq artistinin vəziyyəti qənaətbəxşdir və o, palata şəraitində müalicə alır. O, bir neçə gün sonra xəstəxanadan ev

9 sentyabr
.

Bu məlumatları süni intellektlə paylaşmaq TƏHLÜKƏLİDİR - AÇIQLAMA

Şəxsi məlumatların, şəxsiyyət vəsiqəsi, pasport, bank sənədləri, tibbi məlumatlar və digər məxfi informasiyaların süni intellekt platformalarına daxil edilməsi məlumatların qorunması baxımından müəyyən risklər yarada bilər. Mütəxəssislər belə məlumatlarla işləyərkən onların hansı məqsədlə toplandığına

9 sentyabr
.

Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş

Ötən gün Şəkidə yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanat yolunda trosun qırılması nəticəsində iki nəfər həyatını itirib. "Bakupost"a istinadla xəbər verir ki, ölən şəxslərdən biri - Ucal Asif oğlu Bayramov - faciədən cəmi bir gün əvvəl evliliyinin birinci ildönümünü qey

9 sentyabr
.

PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB

"PISA 2025 nəticələrinə əsasən, Bakı iqtisadi rayonu riyazi savadlılıq üzrə 460 bal, təbiət elmləri üzrə 440 bal, oxu savadlılığı üzrə isə 405 bal toplayıb. Bu göstəricilər iqtisadi rayonlar arasında müvafiq olaraq riyazi və oxu savadlılığı üzrə ən yüksək nəticələr sırasındadır". xəbər veri

8 sentyabr
.

Sabah hava necə olacaq?

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ

8 sentyabr