Güclü küləyin ağır fəsadları: Hansı təhlükəsizlik tədbirləri görülməlidir?

Güclü küləyin ağır fəsadları: Hansı təhlükəsizlik tədbirləri görülməlidir?Güclü külək zamanı binaların eyvanlarından beton və digər konstruksiya hissələrinin qoparaq aşağı düşməsi həm piyadalar, həm də ətrafda olan nəqliyyat vasitələri üçün ciddi təhlükə yarada bilər. Xüsusilə köhnə və baxımsız binalarda konstruksiyaların əvvəlcədən yoxlanılması və təhlükəli hissələrin vaxtında bərpası vacibdir. Tikinti qanunvericiliyində də obyektlərin təhlükəsiz istismarı və təbii təsirlərdən qorunması ilə bağlı tələblər müəyyən edilib.

Bəs, eyvanlardan beton parçalarının qoparaq aşağı düşməsinin qarşısını almaq üçün binalara hansı dövrlərdə və necə texniki baxış keçirilməlidir, təhlükəli vəziyyətdə olan eyvanlara kim nəzarət etməli və bina sakinləri belə hallarda hansı qurumlara müraciət etməlidirlər?
Güclü küləyin ağır fəsadları: Hansı təhlükəsizlik tədbirləri görülməlidir?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, eyvanlardan beton parçalarının qopmasının qarşısını almaq üçün təhlükə vaxtında aşkar edilməli və onun səbəbi aradan qaldırılmalıdır.

"Belə halları yalnız küçə və ya yol amili ilə əlaqələndirmək düzgün deyil. Su sızması, armaturun paslanması, betonun köhnəlməsi və əlavə yüklər konstruksiyanı əvvəlcədən zəiflədə bilər. Bu səbəbdən eyvanlarda müntəzəm texniki baxış keçirilməli, çatlar, betonun laylanması, açıqda qalan armatur və su sızmaları yoxlanılmalıdır. Şübhəli hallarda ixtisaslaşmış mühəndislər tərəfindən ətraflı müayinə aparılmalıdır. Zədələnmiş hissələr mühəndisin texniki rəyinə uyğun şəkildə bərpa edilməli və su sızmasının qarşısı alınmalıdır. Sadəcə suvaq çəkilməsi və rənglənməsi konstruktiv təhlükəni aradan qaldırmır. Bu, mövcud problemin yalnız üzərini örtə və təhlükənin gizli şəkildə davam etməsinə səbəb ola bilər".

Ekspert bildirib ki, mövcud binaların eyvanlarının təhlükəsizliyinə nəzarət isə binanın idarəetmə formasından asılı olaraq həyata keçirilməlidir:

"Mənzil Məcəlləsinin 141 və 142-ci maddələrinə əsasən, binaların təhlükəsiz saxlanılması və təmirinin təşkili seçilmiş idarəetmə üsuluna uyğun həyata keçirilir. Bu məsuliyyət idarəedici təşkilat, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya binanı bilavasitə idarə edən mülkiyyətçilər tərəfindən həyata keçirilə bilər. Bu baxımdan bütün binalar üzrə məsuliyyəti avtomatik olaraq yalnız mənzil istismar idarələrinin, yəni JEK-lərin və ya konkret eyvan sahibinin üzərinə qoymaq düzgün deyil. Yeni tikililərdə də idarəetmə funksiyalarını MTK-lar və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri həyata keçirə bilər. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun 13-cü maddəsində isə özəlləşdirilmiş mənzil fondunun texniki vəziyyətinə və vaxtında təmirinə nəzarətin yerli icra hakimiyyəti orqanlarına həvalə edildiyi qeyd olunur".

Onun sözlərinə görə, praktik olaraq, hər texniki baxışın nəticəsi aktlaşdırılmalı, aşkar edilmiş qüsurlar üzrə məsul şəxs və təmir müddəti müəyyənləşdirilməli, iş başa çatdıqdan sonra isə onun nəticəsi yoxlanılmalıdır:

"Eyvan və ya digər konstruksiyadan beton parçalarının qopması təhlükəsi varsa, insanların həmin əraziyə daxil olması məhdudlaşdırılmalı, ərazi baryerlənməli və eyvana giriş təhlükəsiz şəkildə məhdudlaşdırılmalıdır. Belə hallarda Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat vermək də vacibdir. Təhlükəsizliyin əsas məqsədi hadisədən sonra günahkar axtarmaq deyil, hadisə baş verməzdən əvvəl mövcud qüsuru aşkar edərək aradan qaldırmaq olmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 620   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA

Təhsil kreditlərindən yararlanmaq istəyən tələbələr üçün sosial meyarların necə müəyyənləşdirilməsi mühüm məsələlərdən biridir. Xüsusilə ailənin rəsmi gəliri ilə real maddi vəziyyəti arasında fərq olduğu hallarda yalnız sənədlərdə göstərilən gəlirin əsas götürülməsi bəzi tələbələrin bu imkanlardan kənard

14 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və "Aviasiya haqqında"

14 sentyabr
.

Nəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac

15 sentyabr
.

Dövlət Suverenliyi Günü - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin rəmzi

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan, milli iradənin, ərazi bütövlüyünün və müstəqil dövlətçilik prinsipinin təntənəsini ifadə edən mühüm tarixi gündür. Bu günün mahiyyətində Azərbaycan dövlətinin öz ərazisi üzərində tam hakimiyyətinin təmin olunması

14 sentyabr
.

Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA

Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı

14 sentyabr
.

Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA

Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat

14 sentyabr
.

"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"

"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq". "Qafqazinfo"

14 sentyabr
.

Fuad Əliyevə vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibat

14 sentyabr