Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə hansı pillədə qərarlaşıb?
"Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə 422 bal toplayaraq 91 ölkə və region arasında 49-cu yerdə qərarlaşıb. Bakı üzrə nəticə isə 2022-ci illə müqayisədə 63 bal artaraq 460 bala yüksəlib".
Oxu.Az xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə açıqlanıb.
Qeyd edək ki, PISA 2025-də 91 ölkə və region iştirak edib. Riyazi savadlılıq üzrə Sinqapur 563 balla birinci, Makao (Çin) 550 balla ikinci, Çin Taybeyi isə 546 balla üçüncü olub.
Azərbaycan 422 balla 49-cu yerdə qərarlaşıb. Ölkənin nəticəsi əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə dəyişməyib.
Bakı üzrə göstəricilərə nəzər saldıqda isə 2018-ci ildə 420, 2022-ci ildə 397, 2025-ci ildə 460 bal qeydə alınıb. Beləliklə, paytaxtın nəticəsi 2018-ci illə müqayisədə 40 bal, 2022-ci illə müqayisədə isə 63 bal artıb.
İƏİT üzrə orta balda son dörd qiymətləndirmə dövründə geriləmə müşahidə olunub. 2015-ci ildə 490 bal olan göstərici 2018-ci ildə 489, 2022-ci ildə 472, 2025-ci ildə isə 463 bal təşkil edib.
Müqayisə üçün, Almaniyanın riyazi savadlılıq üzrə nəticəsi 2015-ci ildə 506 baldan 2025-ci ildə 463 bala, Fransanın göstəricisi 493 baldan 458 bala, İsrailin nəticəsi 470 baldan 433 bala, Serbiyanın nəticəsi isə 448 baldan 417 bala enib.
Türkiyənin göstəricisi 2015-ci ildəki 420 baldan 2025-ci ildə 462 bala yüksəlib. Birləşmiş Ərəb Əmirliklərində nəticə 427 baldan 453 bala, Səudiyyə Ərəbistanında isə 373 baldan 390 bala yüksəlib.
PISA 2025-də iştirak edən 91 ölkə və regiondan 13-ü əvvəlki qiymətləndirmə dövründə iştirak etməyib, 16-sı irəliləyiş göstərib, 62-si isə geriləyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 168 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və "Aviasiya haqqında"
14 sentyabrNəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA
Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac
15 sentyabrMəhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı
14 sentyabrAzərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat
14 sentyabr"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"
"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq". "Qafqazinfo"
14 sentyabrFuad Əliyevə vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibat
14 sentyabr