Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur"​.

Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ​2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib.

"Hazırda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşır. Proqramlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Proqramlar hazırlanarkən DİM-də fəaliyyət göstərən müvafiq fənlər üzrə elmi-metodik seminarlarda orta və ali təhsil müəssisələrinin müəllim və mütəxəssislərinin iştirakı ilə geniş müzakirələr aparılıb.

Bu prosesdə, ilk növbədə, cari tədris ilində ümumtəhsil müəssisələrində istifadə olunan 5-11-ci sinif dərslikləri təhlil edilib. 9 və 11-ci siniflərdə təhsil alan şagirdlərin əvvəlki illərdə istifadə etdikləri dərsliklərlə hazırda müvafiq siniflərdə istifadə olunan dərsliklər müqayisə olunub. Fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələblərinə uyğun mövzular müəyyənləşdirilərək proqramlar formalaşdırılıb.

Nəticə etibarilə, proqramların məzmununda ciddi dəyişiklik yoxdur, yalnız redaktə xarakterli düzəlişlər aparılıb.

Burada yeni dərsliklərlə bağlı bir məqamı xüsusilə izah etmək istəyirəm. Artıq bir neçə ildir ki, ümumtəhsil müəssisələrində müəyyən fənlər üzrə yeni kurikulumlar əsasında hazırlanmış dərsliklər mərhələli şəkildə istifadəyə verilir. Cari tədris ilində Azərbaycan dili fənnindən 7-ci , kimya, biologiya və fizika fənlərindən 7, 8 və 9-cu, coğrafiyadan 6, 7 və 8-ci, tarixdən isə 6 və 7-ci siniflər üçün yeni dərsliklər istifadə olunacaq.

Bu dərsliklər əvvəlki nəşrlərdən həm məzmun, həm də terminologiya baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Yeni nəşrlərə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik kimi aktual mövzular daxil edilib. Eyni zamanda, şagirdlərin yalnız nəzəri biliklərinin deyil, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına daha çox diqqət yetirilib.

Ancaq vacib məqam budur: hazırda 11-ci sinifdə təhsil alan şagirdlər bu yeni dərsliklər üzrə təhsil almayıblar. Buna görə də həmin dərsliklərin yeni nəşrlərindəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib.

Müvafiq mövzular üzrə əvvəlki nəşrlərə istinad ediləcək və həmin materiallar da DİM-in saytında yerləşdiriləcək.

Şagirdlərimizin və valideynlərin xüsusilə diqqətinə çatdırmaq istəyirəm ki, proqramlara yalnız tədris prosesində keçilən mövzular daxil edilib. Dərsliklərdən kənar heç bir mövzu imtahan proqramlarına daxil edilməyib", - DİM sədri qeyd edib.

Bəs imtahan modelində nə dəyişir?

"2027-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında isə əvvəlcədən məlumat verildiyi kimi, yalnız xarici dil fənni üzrə dəyişiklik olacaq. Xarici dil fənni üzrə yazı bacarıqlarının yoxlanılması və qiymətləndirilməsi məqsədilə yeni tapşırıq formasından istifadə ediləcək. Şagirdlər verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək öz düşüncələrini ifadə edən kiçikhəcmli mətn yazacaqlar.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə dəyişiklik yoxdur. 2026-cı ildə tətbiq olunan imtahan modeli 2027-ci ildə də qüvvədə qalacaq.

Yeni tədris ilinə başlayan bütün şagirdlərimizə uğurlar arzulayıram. Tövsiyəm budur ki, hazırlıq prosesində müxtəlif qeyri-rəsmi məlumatların yaratdığı narahatlığa deyil, DİM tərəfindən dərc ediləcək rəsmi imtahan proqramlarına əsaslanasınız. Proqramlar dərc olunduqdan sonra hər bir fənn üzrə imtahana daxil edilən mövzularla əvvəlcədən tanış olmaq mümkün olacaq", - M.Abbaszadə qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 847   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xocalıda ANAMA əməkdaşı minaya düşdü (YENİLƏNİB)

Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, agentliyin əməkdaşı - 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyad

10 sentyabr
.

Bu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMA

Özəl məktəblərdə təhsil haqlarının yüksək olması əsasən müəllim heyəti, məktəbin maddi-texniki imkanları, beynəlxalq və əlavə tədris proqramları, nəqliyyat, qidalanma və digər xidmətlərlə əlaqələndirilir. Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məktəbdən məktəbə ciddi şəkildə dəyişir və bəz

9 sentyabr
.

"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?

Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə

9 sentyabr
.

Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı

Sabirabad rayonunun Narlıq kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalarla hadisənin kənd sakini H.Şükürov tərəfindən qəsdən həyata keçirildiyi məlum olub. Nəticədə 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb

9 sentyabr
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

10 sentyabr
.

PISA 2025 nəticələri şagirdlərin hazırlıq səviyyəsi ilə bağlı hansı mənzərəni ortaya qoyur? - AÇIQLAMA

PISA 2025 nəticələri Azərbaycan şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarının real həyatda tətbiqi baxımından mövcud vəziyyəti qiymətləndirmək üçün mühüm göstəricidir. PISA məhz 15 yaşlı şagirdlərin bu sahələrdə biliklərini tətbiq etmək bacarığını ölçür. Bəs, PISA 202

8 sentyabr
.

500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA

Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi uzun müddətdir gündəmdədir. 2025-ci ildə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilərək bəzi sənədlərin çıxarış üçün əsas kimi qəbul olunmasına imkan yaradılıb. Bununla belə, sənədsiz evlərin hamısının avtomati

10 sentyabr
.

Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır

Qaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BİG.AZ-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır. Sakinlə

9 sentyabr
.

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı

9 sentyabr