Bu məlumatları süni intellektlə paylaşmaq TƏHLÜKƏLİDİR - AÇIQLAMA
Şəxsi məlumatların, şəxsiyyət vəsiqəsi, pasport, bank sənədləri, tibbi məlumatlar və digər məxfi informasiyaların süni intellekt platformalarına daxil edilməsi məlumatların qorunması baxımından müəyyən risklər yarada bilər. Mütəxəssislər belə məlumatlarla işləyərkən onların hansı məqsədlə toplandığına, necə saxlanıldığına və kimlərlə paylaşıla biləcəyinə diqqət yetirməyi tövsiyə edirlər.
Bəs, istifadəçilər süni intellekt alətlərindən istifadə edərkən hansı şəxsi və məxfi məlumatları paylaşmaqdan çəkinməli, məlumatların platforma tərəfindən necə istifadə olunduğunu və saxlanıldığını necə yoxlamalı, öz məlumatlarını qorumaq üçün hansı əsas təhlükəsizlik qaydalarına əməl etməlidirlər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, süni intellekt platformaları gündəlik işlərimizi asanlaşdırır. Ancaq bu alətlərdən istifadə edərkən şəxsi və məxfi məlumatların qorunmasına diqqət etmək çox vacibdir.
"Süni intellektə yazdığımız məlumatlar arasında ad, soyad, telefon nömrəsi, ünvan, şəxsiyyət vəsiqəsi məlumatları, bank rekvizitləri, parollar və işlə bağlı məxfi sənədlər ola bilər. Belə məlumatların paylaşılması tövsiyyə olunmur. Buna görə süni intellekt alətlərindən istifadə edərkən bir neçə sadə qaydaya əməl etmək lazımdır. Şəxsiyyət vəsiqəsinin məlumatları, parollar, bank kartı nömrələri və digər həssas məlumatlar süni intellektə daxil edilməməlidir. Sənədi təhlil etdirmək lazımdırsa, əvvəlcə ad, ünvan, telefon, imza, hesab nömrəsi və digər məxfi hissələri silmək və ya gizlətmək daha təhlükəsizdir. Şirkətin müştəri siyahısı, müqavilələri, maliyyə göstəriciləri və daxili yazışmaları icazə olmadan süni intellekt platformalarına yükləmək olmaz. Məlumatların necə saxlandığını və hansı məqsədlərlə istifadə oluna biləcəyini öyrənmək vacibdir. Süni intellektdən kömək almaq üçün bütün sənədi və ya bütün şəxsi məlumatları paylaşmaq lazım deyil. Süni intellekt faydalı köməkçidir, amma ondan təhlükəsiz istifadə etmək istifadəçinin də məsuliyyətidir. Məlumat paylaşmazdan əvvəl bir neçə saniyə düşünüb "Bu məlumat məxfidirmi və bunu paylaşmağa həqiqətən ehtiyac varmı?" sualını vermək bir çox riskin qarşısını ala bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazi üzrə PENSİYALAR VERİLDİ
Dağdan sarımsaq dərdilər, 3 milyonluq cərimə edildilər
Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?
Rekord temperatur kabusu: sentyabr ayında 45,7 dərəcə isti
Yolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Bu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMA
Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
Xəzərlə bağlı xəbərdarlıq: "Sahildən 12 kilometrədək uzaqlaşa bilər"
İlham Mirzəyevin vəziyyəti ağırdır
"40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video
Yaxın günlərdə maqnit qasırğası gözlənilir - Tarixlər açıqlandı
"Gənclik Mall"da həyəcan siqnalı - Yenilənib
Generala ağır itki
Şəxsin telefon nömrəsini icazəsiz şəkildə paylaşmaq hüquqi məsuliyyət yaradırmı? - AÇIQLAMA