Bu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMA

Bu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMAÖzəl məktəblərdə təhsil haqlarının yüksək olması əsasən müəllim heyəti, məktəbin maddi-texniki imkanları, beynəlxalq və əlavə tədris proqramları, nəqliyyat, qidalanma və digər xidmətlərlə əlaqələndirilir. Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məktəbdən məktəbə ciddi şəkildə dəyişir və bəzi müəssisələrdə kifayət qədər yüksək məbləğlərə çatır.

Bəs, özəl məktəblərdə yüksək təhsil haqqını formalaşdıran əsas amillər hansılardır, bu məbləğ müəllimlərin əməkhaqqı, maddi-texniki baza və əlavə xidmətlərin keyfiyyəti ilə nə dərəcədə əsaslandırılır və valideyn ödədiyi yüksək məbləğin qarşılığında hansı təhsil keyfiyyətini gözləməlidir?
Bu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, özəl təhsil müəssisələri ilə bağlı bu kimi məsələlər hər il sentyabr ayında gündəmə gəlir.

"Azərbaycanda özəl təhsil müəssisələrinin təhsil haqları əhalinin aşağı gəlirli təbəqəsi üçün əlçatan deyil. Bu müəssisələrdə əsasən orta və yuxarı gəlirli ailələrin övladları təhsil alırlar. Hazırda özəl təhsil müəssisələri arasında da ciddi qiymət fərqləri mövcuddur. Təhsil haqları təxminən 7-8 min manatdan başlayaraq 50 min manatadək dəyişir. Daha yüksək imkanlara malik ailələr övladlarını prestijli liseylərdə, xüsusilə xarici universitetlərə qəbul üçün xüsusi proqramlar üzrə təhsil almağa yönləndirirlər. Bununla yanaşı, yerli kurikulum, MBA, Cambridge və SAT hazırlığı kimi proqramlar üzrə təhsil verən özəl müəssisələr də fəaliyyət göstərir".

Ekspert bildirib ki, özəl məktəblərdə təhsil haqlarının valideynlər üçün nə dərəcədə adekvat olması qiymətləndirilərkən bir sıra amillər nəzərə alınmalıdır:

"Buraya şagirdlərin təhlükəsizliyi, qidalanması, tədrisin təşkili və siniflərdə şagird sayının az olması daxildir. Məsələn, bəzi məktəblərdə bir sinifdə 12-15 şagird təhsil alır. Digər tərəfdən, özəl məktəblərdə əlavə məşğələlərin də təşkil olunması şagirdlərin repetitor yanına getmək ehtiyacını azalda bilər. Şagirdlər gün ərzində məktəbdə həm əsas dərslərdə iştirak edir, həm də əlavə məşğələlərə cəlb olunurlar. Təcrübə göstərir ki, özəl liseylərin məzunları qəbul imtahanlarında yüksək nəticələr göstərə bilirlər. Bu baxımdan bəzi valideynlər məktəbə ödədikləri təhsil haqqını əlavə repetitor xərcləri ilə müqayisə edirlər. Onlar hesab edirlər ki, həmin vəsaiti özəl məktəbə ödəməklə övladlarının həm təhlükəsizliyini, həm də əlavə hazırlıq imkanlarını təmin etmək mümkündür".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 176   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmə

8 sentyabr
.

Bakıda yağış, bölgələrdə leysan yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

9 sentyabr
.

Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb

Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

8 sentyabr
.

Əvvəl qıraqda, indi metronun girişində: Azyaşlıların diləndirilməsində yeni metod?

Metronun "Koroğlu" stansiyasının girişində azyaşlının sərnişinlərin hərəkət hissəsində dilənçilik etməsi narazılığa səbəb olub. -a daxil olan məlumata əsasən, uşağın anası yaxınlıqda dayanaraq ona kənardan nəzarət edir. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb

9 sentyabr
.

Zaur Rzayev xəstəxanaya yerləşdirildi

Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xəstəxananın diretoru Zaur Xəlilov məlumat verib. O bildirib ki, Xalq artistinin vəziyyəti qənaətbəxşdir və o, palata şəraitində müalicə alır. O, bir neçə gün sonra xəstəxanadan ev

9 sentyabr
.

Bu məlumatları süni intellektlə paylaşmaq TƏHLÜKƏLİDİR - AÇIQLAMA

Şəxsi məlumatların, şəxsiyyət vəsiqəsi, pasport, bank sənədləri, tibbi məlumatlar və digər məxfi informasiyaların süni intellekt platformalarına daxil edilməsi məlumatların qorunması baxımından müəyyən risklər yarada bilər. Mütəxəssislər belə məlumatlarla işləyərkən onların hansı məqsədlə toplandığına

9 sentyabr
.

Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş

Ötən gün Şəkidə yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanat yolunda trosun qırılması nəticəsində iki nəfər həyatını itirib. "Bakupost"a istinadla xəbər verir ki, ölən şəxslərdən biri - Ucal Asif oğlu Bayramov - faciədən cəmi bir gün əvvəl evliliyinin birinci ildönümünü qey

9 sentyabr
.

PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB

"PISA 2025 nəticələrinə əsasən, Bakı iqtisadi rayonu riyazi savadlılıq üzrə 460 bal, təbiət elmləri üzrə 440 bal, oxu savadlılığı üzrə isə 405 bal toplayıb. Bu göstəricilər iqtisadi rayonlar arasında müvafiq olaraq riyazi və oxu savadlılığı üzrə ən yüksək nəticələr sırasındadır". xəbər veri

8 sentyabr
.

Sabah hava necə olacaq?

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ

8 sentyabr