İstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
İstirahət mərkəzlərində istifadə olunan tros, kanat və digər əyləncə qurğularının təhlükəsizliyi xüsusilə yay mövsümündə diqqət tələb edir. Trosların köhnəlməsi, korroziya, mexaniki zədələnmələr, düzgün texniki xidmət göstərilməməsi və qurğuların normadan artıq yüklənməsi qəza riskini artıra bilər. Mütəxəssislər bu cür avadanlıqların müntəzəm və peşəkar şəkildə yoxlanılmasını, aşkar edilən qüsurların isə qurğu istifadəyə verilməzdən əvvəl aradan qaldırılmasını vacib hesab edirlər.
Bəs, tros və digər əyləncə qurğularının qırılmasına əsasən hansı amillər səbəb olur, onların texniki baxışı hansı ardıcıllıqla və nə qədər tez-tez aparılmalıdır və qəza baş verməzdən əvvəl potensial riskləri müəyyənləşdirmək üçün hansı nəzarət mexanizmləri tətbiq edilməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, turizm və istirahət mərkəzlərində istifadə olunan kanat, zipline və digər ekstremal əyləncə qurğuları birbaşa insan həyatı və təhlükəsizliyi ilə bağlı olan, ciddi nəzarət tələb edən texniki qurğulardır.
"Mühərrikin olub-olmamasından asılı olmayaraq, belə sistemlərin istismarı sahibkarın şəxsi mülahizəsinə buraxılmamalı, beynəlxalq mühəndislik və texniki təhlükəsizlik qaydalarına əsaslanmalıdır. Ümumi təhlükəsizlik standartlarına görə, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı faktiki canlı yükdən ən azı üç-dörd qat artıq ağırlığa hesablanmalı və mütləq paralel işləyən ikinci sığorta trosu nəzərdə tutulmalıdır".
Ekspert bildirib ki, qaydalara əsasən, trosun diametri sürtünmə və ya paslanma nəticəsində 7 faiz azalarsa və ya daxili metal kəsiyinin 10 faizi yeyilərsə, tros zahirən bütöv görünsə belə, yararsız hesab edilməli və istismardan çıxarılmalıdır:
"Kəskin hava şəraitindən və ya ildırım vurmasından sonra da tros xüsusi diaqnostik cihazlarla yoxlanılmalı və qurğu dərhal istifadəyə verilməməlidir. Dünya təcrübəsində əsas prinsiplərdən biri insan daşınan sistemlərdə təhlükəsizliyin yalnız bir trosdan asılı olmamasıdır. Əsas trosda hər hansı qırılma baş verdiyi halda təhlükənin qarşısını almaq üçün paralel işləyən ehtiyat təhlükəsizlik xəttinin olması vacibdir. Təhlükəsizliyin təmin olunmasında personal və bələdçi heyətinin də rolu böyükdür. Qanunvericiliyə əsasən, bu qurğularda çalışan bələdçi, təlimatçı və nəzarətçilər xüsusi komissiya qarşısında bilik yoxlanışından, yəni attestasiyadan keçmiş şəxslər olmalıdır. Təlimatçının vəzifəsi yalnız sərnişinə təhlükəsizlik kəməri taxmaqla məhdudlaşmır. O, texniki qaydaları izah etməli, çəki limitinə riayət olunmasını təmin etməli və qurğuda, kəmərdə və ya trosda hər hansı nasazlıq aşkar etdikdə prosesi dərhal dayandırmalıdır".
Onun sözlərinə görə, normativ sənədlərdə gündəlik vizual baxışlar, test yükləri və sınaqlar, personalın hazırlığı, eləcə də dövlət orqanları tərəfindən aparılan ilkin, illik və dövri müayinələrlə bağlı tələblər müəyyən edilib:
"Bu baxımdan əsas məsuliyyət xidmət göstərən sahibkarlıq subyektinin daxili nəzarət mexanizmlərinin üzərinə düşür. İstirahət mərkəzləri təhlükəsizlik qaydalarına formal tələb kimi deyil, birbaşa insan həyatı ilə bağlı məsələ kimi yanaşmalı və müəyyən edilmiş standartlara hər zaman riayət etməlidirlər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazi üzrə PENSİYALAR VERİLDİ
Rekord temperatur kabusu: sentyabr ayında 45,7 dərəcə isti
Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Bakıda yağış, bölgələrdə leysan yağacaq
Türk bayrağına tüpürən ingilis turist həbs edildi
Leyla Əhmədova həbs olundu
"Gənclik Mall"da həyəcan siqnalı - Yenilənib
Zərdabda DƏHŞƏTLİ QƏZADA beş nəfər həlak oldu, bir yaralı Bakıya gətirildi - FOTO
"Şəki yaylası"nda faciə - 2 nəfər öldü
Hədsiz artıq çəkinin yaranmasının səbəbi nələrdir? - AÇIQLAMA
Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
Sahildə gənc qızın fotosunu çəkən kişi tutulanda görün nə dedi - VİDEO - VİDEO