Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb.
Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkən söz açıb. O, atası ilə mütəmadi görüşdüklərini bildirib:
"Atamın yanına tez-tez gedib-gəlirdik. Biz həmişə görüşmüşük. Son 1 ay yarımda görüşə bilməmişdik. İndi gəlib məni gördü, şok oldu. Arıqlamağıma görə təəccübləndi".
Anar Cəlilov şəxsi həyatı ilə bağlı da danışaraq üçüncü həyat yoldaşından rəsmi şəkildə boşandığını açıqlayıb:
"3 dəfə evlənib boşanmışam. Allah dördüncüdən saxlasın. 4 övladım var. Böyük oğlumun 23 yaşı var. İkinci övladım Hüseyndir. Ən balaca övladımın 5 yaşı var. 20 yaşımdan evlənirəm. Daha bəsdir".
Qeyd edək ki, Çingiz Cəlilov 9 il həbsdə qaldıqdan sonra azadlığa çıxıb. O, "Bank Standard"ın keçmiş İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21,874 milyon manat məbləğində krediti qanunsuz çıxarmaqda təqsirli bilinib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 410 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı
"Məktəblərdə dərs saatlarının dəyişdirilməsi çox mürəkkəb prosesdir". Qaynarinfo xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bunu valideynlərin uşaqlarını məktəbə qoyub işə getməsi ilə əlaqələndirib. O əlavə edib ki, dərs saatlarını
14 sentyabr40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı
"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n
14 sentyabrÖtən həftə 1348,9 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 426 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm
14 sentyabrAzərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat
14 sentyabrAzərbaycanda Bilik Günüdür
Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2026-2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,
15 sentyabrBeş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO
Zərdabda altı gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova dünyasını dəyişib. -ın məlumatına görə, o, müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışara
14 sentyabr