DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladıDövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub.

Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar təqdim edilib.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar açıqlanıb.

DİM-dən bildirilib ki, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.

Əvvəlcədən məlumat verildiyi kimi, tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil - ingilis, alman, fransız, rus, ərəb və fars dilləri üzrə dinləyib-anlama bacarıqlarını yoxlamaq məqsədilə 1 mətndən - publisistik və ya dialoq formalı - və ona aid 4 tapşırıqdan istifadə ediləcək.

Oxuyub-anlama üzrə bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi məqsədilə 2 mətndən və hər mətnə aid 4 tapşırıqdan istifadə olunacaq. Qrammatika və leksika üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə isə 13 qapalı tipli tapşırıq tətbiq ediləcək.

Yazı bacarıqlarının yoxlanılması məqsədilə verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıq tətbiq ediləcək.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında tədris dili - Azərbaycan dili və rus dili - və riyaziyyat fənlərindən 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.

Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili) imtahanında da 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.

Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində istifadədə olan "Azərbaycan dili" dərsliyindən çıxarılmış, lakin vacibliyi nəzərə alınaraq proqramda saxlanılmış feilin şəkilləri - xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli və şərt şəkli - mövzusu ilə DİM-in təqdim etdiyi keçid vasitəsilə tanış olmaq mümkündür.

Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrində Azərbaycan dili fənnindən 7-ci siniflərdə yeni dərslik istifadəyə verilib. Bu dərslik məzmun və terminlərin işlənməsi baxımından əvvəlki nəşrdən tamamilə fərqlidir.

Proqramlarda bu dərsliyin materialları nəzərə alınmayıb, çünki hazırda 9 və 11-ci sinifdə təhsilalanlar həmin dərsliyi keçməyiblər. Ona görə də həmin dərslik ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliyin əvvəlki nəşrinə istinad ediləcək. Həmin materiallarla da DİM-in təqdim etdiyi keçid vasitəsilə tanış olmaq olar.

Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklər göstərilib. Ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməyib. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlardan isə orta məktəbdə öyrənilənlərin təkrarı üçün istifadə edilə bilər.

Hər iki təhsil səviyyəsi üzrə təqdim edilmiş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları "Abituriyent" jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 154   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!

Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında

10 sentyabr
.

"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?

Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə

9 sentyabr
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

10 sentyabr
.

Əvvəl qıraqda, indi metronun girişində: Azyaşlıların diləndirilməsində yeni metod?

Metronun "Koroğlu" stansiyasının girişində azyaşlının sərnişinlərin hərəkət hissəsində dilənçilik etməsi narazılığa səbəb olub. -a daxil olan məlumata əsasən, uşağın anası yaxınlıqda dayanaraq ona kənardan nəzarət edir. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb

9 sentyabr
.

Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır

Qaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BİG.AZ-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır. Sakinlə

9 sentyabr
.

Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

9 sentyabr
.

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbayca

10 sentyabr
.

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl

9 sentyabr
.

Nuranın oğlu Avropada təhsil alacaq

Müğənni Nura Suri kiçik oğlu Davidi Macarıstana yola salıb. Axşam.az xəbər verir ki, sənətçinin övladı Budapeştdə təhsil alacaq. Nura sosial şəbələdə paylaşım edərək "Oğlum David bu gündən yeni həyata addımlayır. Macarıstana təhsil almağa gedir. Yolun açıq olsun. Allah səni qorusun" sözlərin

9 sentyabr