Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA

Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMASon illər həyatında dəyişiklik etmək istəyən insanların bir qismi psixoloqla yanaşı, müxtəlif "enerji kouçları"na və ritual praktikalarına da müraciət edir.

"Enerjimi təmizlədim, həyatım dəyişdi", "ritual etdim və arzuma çatdım" kimi fikirlər sosial şəbəkələrdə də kifayət qədər yayılıb.

Bəs insanın həyatını həqiqətən ritual və enerji praktikaları dəyişə bilərmi, yoxsa burada əsas rol insanın düşüncəsində və davranışındakı dəyişikliklərə məxsusdur?

Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Ritual və müxtəlif simvolik praktikalar insanın psixoloji vəziyyətinə müəyyən təsir göstərə bilər. Məsələn, insan hər hansı ritualı yerinə yetirərkən özünü daha sakit, ümidli və motivasiyalı hiss edə bilər. Bu, onun diqqətini məqsədlərinə yönəltməsinə və davranışlarını dəyişməsinə səbəb olarsa, nəticədə həyatında real dəyişikliklər yarana bilər. Lakin burada dəyişiklik yaradan mexanizmi "enerjinin mistik şəkildə dəyişməsi" kimi izah etmək elmi baxımdan əsaslandırılmış yanaşma deyil.

İnsan bəzən ritualdan sonra "hər şey dəyişdi" deyir. Əslində isə ritual onun üçün bir növ psixoloji başlanğıc nöqtəsi rolunu oynaya bilər. Məsələn, insan özünə "bu gündən həyatımı dəyişirəm" deyir, daha sonra iş axtarmağa, münasibətlərində sərhədlər qoymağa, sosiallaşmağa və ya sağlam vərdişlər formalaşdırmağa başlayır. Nəticəni yaradan əsas amil isə bu yeni davranışlardır.

"Enerji kouçu" məsələsində isə daha ehtiyatlı olmaq lazımdır. Əgər kouç insanın məqsədlərini müəyyənləşdirməsinə, özünü müşahidə etməsinə, gündəlik davranışlarını dəyişməsinə və motivasiyasını artırmasına kömək edirsə, bu proses müəyyən psixoloji fayda verə bilər. Amma depressiya, güclü təşviş, travma, panik atak və digər psixoloji problemlərin yalnız "mənfi enerjinin təmizlənməsi" ilə həll ediləcəyini söyləmək düzgün deyil.

Burada gözlənti effekti də rol oynaya bilər. İnsan bir praktikaya inanırsa, həmin inam onun emosional vəziyyətini və davranışlarını dəyişə bilər. Lakin bu, ritualın fövqəltəbii gücə malik olduğunu sübut etmir.

Ən böyük risk insanın bütün məsuliyyəti ritualın üzərinə qoymasıdır. "Ritual etdim, amma həyatım dəyişmədi, deməli, düzgün etmədim" düşüncəsi insanı özünü günahlandırmağa və daha çox belə praktikadan asılı olmağa gətirə bilər. Xüsusilə də "mənfi enerjini təmizləmək üçün mütləq pul ödəməlisən", "sənin üzərində enerji bloklanması var" kimi qorxu yaradan iddialara diqqətlə yanaşmaq lazımdır.

Yəni, ritual insanın həyatını sehrli şəkildə dəyişdirməsə də, onun düşüncələrinə və davranışlarına təsir edən simvolik bir vasitəyə çevrilə bilər. Real və davamlı dəyişiklik isə adətən insanın qərarları, davranışları, münasibətləri və lazım gəldikdə peşəkar psixoloji dəstəyi ilə formalaşır"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 122   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əvvəl qıraqda, indi metronun girişində: Azyaşlıların diləndirilməsində yeni metod?

Metronun "Koroğlu" stansiyasının girişində azyaşlının sərnişinlərin hərəkət hissəsində dilənçilik etməsi narazılığa səbəb olub. -a daxil olan məlumata əsasən, uşağın anası yaxınlıqda dayanaraq ona kənardan nəzarət edir. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb

9 sentyabr
.

Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır

Qaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BİG.AZ-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır. Sakinlə

9 sentyabr
.

Bu məlumatları süni intellektlə paylaşmaq TƏHLÜKƏLİDİR - AÇIQLAMA

Şəxsi məlumatların, şəxsiyyət vəsiqəsi, pasport, bank sənədləri, tibbi məlumatlar və digər məxfi informasiyaların süni intellekt platformalarına daxil edilməsi məlumatların qorunması baxımından müəyyən risklər yarada bilər. Mütəxəssislər belə məlumatlarla işləyərkən onların hansı məqsədlə toplandığına

9 sentyabr
.

"Bu hadisə milyonda bir belə olmur, şokdayıq" - "Şəki yaylası"nın direktoru

Ötən gün "Şəki yaylası" istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, direktor "Shimal.News"a danışarkən hadisənin şokunda olduğunu bildirib. "B

9 sentyabr
.

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl

9 sentyabr
.

"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?

Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə

9 sentyabr
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli

9 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib

10 sentyabr
.

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi

10 sentyabr